Hadisə 

Şamaxıda torpaq sürüşməsi: Təhlükəli vəziyyət yarandı – VİDEO

Şamaxıda torpaq sürüşməsi baş verib. Şamaxı-Qızmeydan yolunun altıncı kilometrliyində baş verən sonuncu sürüşmə nəticəsində qayadan qopan iri daş parçaları yol kənarına tökülüb. Sürüşmə asfalt örtüyünə də ciddi ziyan vurub. Sürücülərin sözlərinə görə, yol kənarına tökülən qaya parçaları hərəkətə maneə törədir: “Adıçəkilən yolda ilk dəfə hərəkət edən, yola nabələd olan insanlar buradakı maneələrlə qarşılaşaraq idarəetməni itirə bilərlər. Təklif edərdim ki, buradan gedib-gələn sürücülər həmişə ehtiyatlı olsunlar”. 19 saylı xüsusi təyinatlı yol istismar sahəsindən məsələ ilə bağlı bildirilib ki, son zamanlar yağan güclü yağışlar nəticəsində yollarda bir çox fəsadlar əmələ gəlib və…

Read More
Hadisə 

SON DƏQİQƏ! Bakıda yük avtomobili dərəyə yuvarlandı – ÖLƏN VAR

Bakda bir nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, qəza paytaxtın Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində qeydə alınıb. Belə ki, yol-nəqliyyat qəzası nəticəsində yük avtomobili dərəyə yuvarlanıb. Sürücünün meyiti nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More
Hadisə 

Məktəb binasında YANĞIN: xəsarət alan var

Bərdədə köhnə məktəb binasında yanğın baş verib Hadisə Birinci Qaradəmirçi kəndində qeydə alınıb. Laçın rayonundan olan, məktəb binasında məcburi köçkün kimi məskunlaşan şəxsin yaşadığı otaqda baş verən yanğın nəticəsində bir nəfər yanıq xəsarətləri alıb. Zərərçəkən Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Fakt araşdırılır./Report

Read More
Hadisə 

Naxçıvanda gəlin maşını qəzaya düşdü- Bir ölü, dörd yaralı

Naxçıvanda ağır yol qəzası olub. ARANTV.AZ  nuhçıxan-a istinadən xəbər verir ki, Naxçıvan-Sədərək avtomobil yolunun 23-cü kilometrliyində 75-AF-793 dövlət nömrə nişanlı “Ford” markalı avtomobil 74-BC-207 dövlət nömrə nişanlı “VAZ-2106” markalı maşınla toqquşub. Qəza nəticəsində “VAZ-2106”-nın sürücüsü Məmmədov Təbriz Fəxrəddin oğlu hadisə yerində ölüb. Avtomobildəki sərnişin Əsgərli Təbriz Yadulla oğlu ağır xəsarət alıb. Qəza zamanı həmçinin digər avtomobilin sürücüsü, Rəsulov Fərid Emin oğlu, sərnişinlər – Tağıyev Elvin Zeynalabdin oğlu və Qulubəyli Tayfun Amin oğlu ciddi xəsarət alıb. Yaralılar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriblər. Qeyd edək ki, hadisə Fərid Rəsulovun toyu zamanı baş verib.…

Read More
Hadisə 

Həbsdəki general Müdafiə Nazirliyindən ən çox oğurlayanlardan birinin ADINI ÇƏKDİ – SENSASİYA

Bakı Hərbi Məhkəməsində Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir. General-mayor Nizami Məmmədov müttəhimlər kürsüsündə tək deyil. Onunla bərabər Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə mühakimə olunurlar. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb. ARANTV.AZ  xəbər verir ki, hakim Fikrət Əliyevin sədrliyi…

Read More
Hadisə 

Xankəndi, Xocalı, Şuşa, Xocavənddən bir həftədə xeyli silah-sursat aşkarlanıb

İşğaldan azad olunan bölgələrin təhlükəsiz əraziyə çevrilməsi üçün DİN əməkdaşları tərəfindən tədbirlər davam etdirilir Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icra edirlər. “Müharibə qalıqları, təhlükə mənbələrinin aşkarlanıb zərərsizləşdirilməsi prosesi fasiləsiz davam etdirilir. Bölgənin silah-sursatlardan, partlayıcı maddələrdən təmizlənməsi işi xidmətə cəlb edilən daxili işlər orqanları əməkdaşlarının əsas fəaliyyət istiqamətlərindən biridir. Həyata keçirilən tədbirlərlə 14-20 sentyabr tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 6 avtomat silahı,…

Read More
Hadisə 

Sahibkarların övladları arasında QANLI DAVA

Sabirabad rayonunda 2004-cü il təvəllüdlü Əli şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı tanışı Xəyala xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əli Sabirabad şəhərinin İ.İsgəndərov küçəsində yerləşən ailəsinə məxsus gündəlik tələbat malları mağazasından müxtəlif vaxtlarda nisyə mal almış şəxslərdən borcların qaytarılmasını tələb edib. O, 16 manat məbləğində nisyə mal almış Xəyala 2022-ci ilin iyul ayının əvvəllərində dəfələrlə zəng edərək borcunu ödəməsini xahiş edib. Lakin Xəyal hər dəfə borcunu ödəməyi vəd etsə də, ödəməyib. İyulun 3-də isə yenidən telefon əlaqəsi saxlayıb və ondan borcunu ödəməsini xahiş edib. Lakin Əli Xəyalın borcunu…

Read More
Hadisə 

Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkir şəhər ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü küçə ərazisində qeydə alınıb. “VAZ-2107” və “Hyundai” markalı avtomobillərin toqquşması nəticəsində 2003-cü il təvəllüdlü T.Abidi, 2002-ci il təvəllüdlü C.Namazov və 2003-cü il təvəllüdlü B.Əliyev xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri orta-ağır və kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Read More