Hadisə 

Azərbaycanda kafedə partlayış: Ölən varYENİLƏNİB

Ötən gün Yevlaxdakı kafedə baş verən partlayışda yaralanan şəxs vəfat edib. *** Yevlaxda kafedə partlayış olub. Hadisə Aran qəsəbəsində qeydə alınıb. Kafenin içərisində olan maye-qaz balon partlayıb. Nəticədə obyektin sahibi – 57 yaşlı Yevlax rayon sakini Sadıqov Ruslan Şirin oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.//Lent.az

Read More
Hadisə 

Gəncədə tonqala yıxılan yeniyetmə xəstəxanaya yerləşdirilib

Gəncədə çərşənbə tonqalına yıxılan yeniyetmə yanıq xəsarətləri alıb. Gəncə şəhər ərazisində 15 yaşlı T.Şükürov çərşənbə tonqalının üzərindən tullanmaq istəyən zaman ehtiyatsızlıqdan ocağa yıxılıb. Nəticədə o, yanıq xəsarətləri alıb. Zərərçəkən xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.(Report)

Read More
Hadisə 

Zərdabda 5 günlük körpə öldü – Foto

Ötən gün Zərdabda 5 günlük körpə Qasımov Alparslan Nurlan oğlu vəfat edib. Bu barədə “Qafqazinfo”ya körpənin babası Tahir Qasımov məlumat verib. Onun iddiasına görə, körpənin ölümünə səbəb həkim səhlənkarlığıdır: “Uşaqda sarılıq əlamətləri var idi. Zərdab Rayon Mərkəzi Xəstəxanasına apardıq, lakin orada ona səhv diaqnoz qoyuldu. Nəticədə səhhəti ağırlaşdı. Onu Bakıda xəstəxanaya çatdırsaq da, həkimlərin bütün səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmadı”. Qeyd edək ki, bu, ananın ilk hamiləliyidir. Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlamışıq.

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏT: Peyvənd vurulan körpə şoka düşərək öldü

Goranboyda peyvənd vurulan körpə ölüb. Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yuxarı Ballıqaya kəndində baş verib. Belə ki, kənd sakini 2025-ci il təvəllüdlü körpəyə tibb məntəqəsində yoluxucu xəstəliklərə qarşı peyvənd vurulub. O, iynənin təsirindən şoka düşərək vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

İki rayonda canavarlar təsərrüfatlara hücum etdi – Video

Lənkəran və Masallı rayonlarının bir neçə kəndində canavarların hücumları sakinlər arasında ciddi narahatlıq yaradıb. Publika.az Teleqraf-a xəbər verir ki, son günlər vəhşi heyvanlar əsasən Lənkəran rayonunun Zövlə, Masallı rayonunun Mollon və Mahmudavar kəndlərində təsərrüfatlara hücum ediblər. Canavarlar mal-qaraya və atlara hücum edərək bəzi heyvanları parçalayıblar. Kənd sakinlərinin sözlərinə görə, vəziyyət artıq qorxulu həddə çatıb. Valideynlər övladlarını məktəbə tək göndərməyə çəkinir, axşam saatlarında isə kənddə hərəkət demək olar ki, məhdudlaşıb. Sakinlər məcbur qalaraq əllərinə balta, yaba və digər alətlər götürüb növbə ilə kənd ətrafında keşik çəkməyə başlayıblar. Hadisələr nəticəsində vətəndaşlara xeyli maddi…

Read More
Hadisə 

Gəncədə azyaşlı qızdırmadan öldü

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı uşaq dünyasını dəyişib. Təxminən 3 yaşlarında olan uşaq Gəncədə yerləşən xəstəxanalardan birinə çatdırılıb. Həkimlərin apardığı tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Məlumata əsasən, azyaşlının yüksək qızdırma səbəbindən vəfat etdiyi bildirilir. Faktla bağlı prokurorluq əməkdaşları tərəfindən araşdırma aparılır. /Apa

Read More
Hadisə 

Azərbaycanda silah zavodunda QƏZA – Araşdırma başlandı

Fevralın 18-i “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin strukturuna daxil olan “Sənayecihaz” Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunda qəza baş verib. Musavat.com xəbər verir ki, bu barədə Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb. Hadisə zavodun sexlərinin birində baş verib və istehsalat xarakterli olub. Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri araşdırılır.

Read More
Hadisə 

SON DƏQİQƏ! Xocalıda PARTLAYIŞ – Yaralanan var

Fevralın 18-də işğaldan azad edilmiş Xocalı rayonunun Muxtar kəndi ərazisində mina hadisəsi baș verib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) məlumat yayıb. Məlumata görə, Agentliyin əməkdaşı 2000-ci il təvəllüdlü Çobanov Vasif Fizuli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində əməkdaş sol əlindən və üz nahiyəsindən müxtəlif xəsarətlər alıb. Vasif Çobanov rayon mərkəzi xəstəxanasına təxliyə olunub. Vəziyyəti qənaətbəxşdir, həyati təhlükəsi yoxdur.

Read More
Hadisə 

Azərbaycanda ŞOK: Məzar daşına yazılan cümləyə görə…

Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub. Musavat.com-un Teleqraf-a istinadla məlumatına görə, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib. Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılıyan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb. Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbir daşının üzərinə “Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum” cümləsini yazdırıb. Mərhumun dayısının sözlərinə görə, Rusiyada İdilinin ölümü ilə bağlı…

Read More