Hadisə 

Ər-arvad dəm qazından zəhərləndi- Biri öldü

Bakıda ər-arvad dəm qazından zəhərlənib. Hadisə ötən gecə Sabunçu rayonu Nardaran qəsəbəsində baş verib. 1962-ci il təvəllüdlü Rəşad Əliyev və həyat yoldaşı 1968-ci il təvəllüdlü Dilarə Əliyeva evdə qazdan zəhərləniblər. R.Əliyev hadisə yerində ölüb. D.Əliyeva isə xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır. Araşdırmalar aparılır.

Read More
Hadisə 

SON DƏQİQƏ! İlhamə Quliyevanın bacısı qızı həbs edildi

Azərbaycanın Xalq artisti İlhamə Quliyevanın bacısı qızı Nigar Həsənova həbs edilib. Musavat.com-un Manset.az-a istinadla məlumatına görə, Bakıda tanınmış kosmetoloq kimi fəaliyyət göstərən N.Həsənova Xətai Rayon Məhkəməsinin hakimi Aygün Həsənovanın sədrliyi ilə keçirilən prosesdə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham edilərək barəsində üç ay on yeddi gün (3 ay 17 gün) müddətinə həbs qətimkan tədbiri seçilib. Polis tərəfindən aparılan araşdırmalarla dələduzluq faktı üzrə başlanılmış cinayət işi çərçivəsində 18 nəfərin ümumilikdə 811 337 manat pul vəsaitini ələ keçirməsi müəyyən edilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, Manset.az Nigar Həsənovanın…

Read More
Hadisə 

Şəhidlər xiyabanında nalayiq hərəkətlər edən ərəblərin sonu necə OLDU?

Şəhidlər xiyabanında qeyri-etik hərəkətlər etməkdə təqsirləndirilən üç Səudiyyə Ərəbistanı vətəndaşının (Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain, Alghabr Mahdi Mohammad) barəsində olan qərardan apellyasiya şikayəti üzrə məhkəmə hazırlıq iclası keçirilib. Bakı Apellyasiya Məhkəməsində hakim Əfqan Ələkbərovun sədrliyi ilə keçirilən prosesdə müttəhimlərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən ərəblərin vəkilləri müvəkkilləri barədə olan cinayət işinin xitamını istəsələr də məhkəmə vəsatəti təmin etməyib, cinayət işinin məhkəmə baxışına verilməsinə dair qərar qəbul olunub. Məhkəmənin baxış iclası fevralın 17-də keçiriləcək. Qeyd edək ki, Səbail rayon Məhkəməsinin hökmünə əsasən, müttəhimlərin hər biri 2 il müddətinə azadlıqdan məhrum olunub. Onlar cəzalarını…

Read More
Hadisə 

DİN-dən ƏMƏLİYYAT-21 kq narkotik…

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 21 kq narkotik vasitə aşkarlanıb. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, 28 yaşlı İsmayıl Muradov və 32 yaşlı Çingiz Quliyev saxlanılıblar. Onlardan 21 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. İ.Muradov və Ç.Quliyevin şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək narkotik vasitələri satış məqsədilə əvvəlcədən təyin edilən nöqtələrə yerləşdirməyi planlaşdırdıqları məlum olub. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Tərtər sakini Bakıda dəm qazından öldü

Tərtər rayon sakini Bakıda dəm qazından zəhərlənərək ölüb. Musavat.com Teleqraf-a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib. Məlumata görə, 2003-cü il təvəllüdlü Dadaşov Anar kirayə qaldığı mənzildə, hamamda olarkən dəm qazından zəhərlənərək həyatını itirib. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Sabirabadda böyük ƏMƏLİYYAT: Saxlanılanlar var

Sabirabadda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib. Musavat.com xəbər verir ki, əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Fariz Babayev, Pərvin Fərəcov, Şakir Abasov, Ramil Məmmədov, Elnur Qənizadə, Rizvan Kərimov, Əlyar Cəbrayılov və Səfər Əlizadə saxlanılıblar. Adıçəkilən şəxslərdən külli miqdarda metamfetamin, heroin və marixuana aşkarlanıb. Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib.

Read More
Hadisə 

Müdafiə Nazirliyinin sabiq mayoru SAXLANILDI

Müdafiə Nazirliyi Mərkəzi Hərbi-Həkim komissiyasının sabiq rəisi Rasim Həsənov saxlanılıb. Musavat.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, R.Həsənov korrupsiya cinayətlərində ittiham olunur. Hazırda sərəncamda olan tibb xidməti mayoru Baş Prokuror yanında Korruspiayaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən tutulub. Ona Cinayət Məcəlləsinin müvafiq maddələri ilə ittiham verilib.

Read More
Hadisə 

Vəlizar həbs olundu

“TikTok” platformasında əxlaq normaları ilə bir araya sığmayan informasiyalar yaydığına görə “Velizarofficial” adlı səhifəni idarə edən Salman Məmmədov saxlanılıb. Musavat.com xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi maddəsi ilə protokol tərtib edilib. Müvafiq qərarla S.Məmmədov inzibati qaydada həbs edilib.**”Report”

Read More