Hadisə 

Göyçayda güclü yanğın olub

Göyçayda güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik sexində baş verib. Yanğın zamanı sexin 300 m² ərazisi, içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Read More
Hadisə 

Abşeronda bir nəfər süni göldə BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub. Bu barədə Musavat.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Taxtakörpü-Ceyranbatan su kanalında 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. “İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Astarada 10 aylıq körpə türkəçarənin qurbanı oldu

Astara rayonunun Siyəkü kənd sakini – 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər. Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Read More
Hadisə 

İki uşaq anasının müəmmalı ölümü

Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində intihar etdiyi bildirilən qadının qəsdən öldürüldüyü iddia edilir. Bu barədə “Qafqazinfo”ya mərhumun yaxınları məlumat verib. İlkin məlumatlara görə, 35 yaşlı Minurə Mustafayeva 6 gün əvvəl gecə saatlarında yaşadığı evin həyətində özünü asıb. Lakin qadının qohumları bu versiya ilə razılaşmır. Onların sözlərinə görə, ailədaxili ciddi problemi olmayan və psixoloji vəziyyəti normal görünən iki uşaq anasının qəfil intiharı inandırıcı deyil. Yaxınları Minurənin əri Bayandur Bədəlovdan şübhələndiklərini dilə gətirirlər. Mərhumun qohumu Razim Əmiraslanlı deyib ki, qadının boynunda ip izləri olmayıb: “Yalnız bir tərəfdə qaraltılar vardı. Ən şübhəlisi isə ərinin dedikləridir. Bayandur deyir…

Read More
Hadisə 

Sumqayıtda 13 yaşlı uşaq ÖLDÜ

Sumqayıtda 13 yaşlı uşaq ölüb.  Hadisə şəhərin 76-cı məhəlləsində qeydə alınıb. İlkin məlumata görə, 2012-ci il təvəllüdlü Yusif Sahib oğlu Məcidzadənin boğazında yad cisim qalıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.//Report

Read More
Hadisə 

Xaçmazda ağır qəza – Ölən var

Xaçmazda ağır yol-nəqliyyat hadisəsi baş verib. Xaçmaz-Quba yolunun Yergüc kəndindən keçən hissəsində “Range Rover” markalı avtomobillə “Volkswagen” markalı avtomobil toqquşub. Nəticədə “Range Rover”in sürücüsü, Xaçmaz şəhər sakini Firuz Fətəliyev həyatını itirib. Digər nəqliyyat vasitəsində olan iki nəfər Quba sakini isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır. /Baku TV

Read More