Hadisə 

Üç avtomobil toqquşdu- Broyler toyuqları ətrafa dağıldı

Yevlaxda zəncirvari qəza baş verib, bir avtomobil su kanalına düşüb. Yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistiral yolda qeydə alınıb. Hərəkətdə olan yük avtomobili idarəetmədən çıxaraq “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Nəticədə zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb. Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa səpələnib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

Metroda problem yarandı

Səhər saatlarından etibarən Bakı metrosunda problem yaranıb. Hazırda bütün stansiyalarda sərnişin sıxlığı müşahidə edilir. “Həzi Aslanov” istiqamətində hərəkət edən qatar “İnşaatçılar” və “28 May” tunelində dayanıb. Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-yə sorğu ünvanlamışıq.

Read More
Hadisə 

41 yaşlı məntəqə sədri faciəvi şəkildə öldü – FOTO

Quba rayon sakini dəm qazından boğulub. 41 yaşlı Vüqar Qədirağa oğlu Atayev özünə məxsus Quba rayon Dağlı kəndindəki evdə dəm qazından boğulub. Onun meyiti hamam otağında aşkar edilib. Bildirilib ki, V. Atayev Dağlı kənd orta məktəbinin fiziki tərbiyə üzrə rəhbəri və 52 saylı Quba Seçki Dairəsi üzrə 16 saylı seçki məntəqəsinin sədri imiş. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

27 yaşlı qadın abortdan sonra öldü

Sumqayıtda 27 yaşlı qadının ailəsi onun abortdan sonra öldüyünü bildirib. Hadisə Sumqayıt Şəhər 1 nömrəli xəstəxananın doğum şöbəsində baş verib. Bildirilib ki, 1998-ci il təvəllüdlü Zərifə Əliyeva abort məqsədilə xəstəxanaya müraciət edib. Tibbi prosedurdan sonra qadının vəziyyəti kəskin pisləşib və aparılan reanimasiya tədbirlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir./Report

Read More
Hadisə 

Şəhid atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi əsgər Nicat Nəsibovun atası vəfat edib. Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhidin atası Səməd Nəsibov uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib. Mərhum Qazaxda dəfn edilib. Qeyd edək ki, 1996-cı il təvəllüdlü N. Nəsibov 2020-ci il oktyabrın 27-si Qubadlıda gedən döyüşlər zamanı şəhid olub. Qazax rayonunun Birinci Şıxlı kəndində torpağa tapşırılıb. O, ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.

Read More
Hadisə 

Lerikdə avtomobil dərəyə aşdı – Ölən var

Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb. Hadisə rayonunun Tikaband kəndində baş verib. Belə ki, kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında dayanıqlı vəqziyəttdə olmasına baxmayaraq qəfildən hərəkət edib və dərəyə aşıb. Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb. Hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən uşaq bağçasında qeydə alınıb. Burada gözətçi işləyən qəsəbə sakini 61 yaşlı Zülfi Mustafa oğlu Mustafayevin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More
Hadisə 

Azərbaycanda kapitan vəfat etdi – FOTO

Uzun illər Xəzər sularında xidmət göstərmiş kapitan İlqar Dadaşov vəfat edib. Musavat.com Unikal-a istinadla xəbər verir ki, kapitan gecə saatlarında dünyasını dəyişib. Qeyd edək ki, İlqar Dadaşov 40 ilə yaxın Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində çalışıb. O, “Cabbar Həşimov” tankerinin kapitanı kimi fəaliyyət göstərib və peşəkarlığına görə 2024-cü ildə “Ən yaxşı kapitan” adına layiq görülüb.

Read More
Hadisə 

25 yaşlı oğlan və 23 yaşlı qızın meyitləri tapıldı

Abşeron rayonu Masazır qəsəbəsində meyit tapılıb. Dekabrın 6-sı saat 13 radələrində Gəncə şəhər sakini 2002-ci il təvəllüdlü Gülçin Aleksandr qızı Potapenkonun meyiti yaşadığı Masazır qəsəbəsindəki evdə aşkar edilib. Meyit üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Oxşar hadisə Salyan rayonunda da baş verib. Dekabrın 7-si saat 06 radələrində 2000-ci il təvəllüdlü Ramin Sadıqov yaşadığı Salyan şəhərində qəfil vəfat edib. Onun evdə beyninə qansızmasından öldüyü bildirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır./Sfera.az

Read More
Hadisə 

Şəhid atası vəfat etdi – FOTO

Vətən müharibəsi şəhidi baş leytenant Röyal Ələkbərovun atası Fərmayıl Ələkbərov dünyasını dəyişib. Musavat.com xəbər verir ki, F.Ələkbərov uzunsürən xəstəlikdən sonra ötən gün vəfat edib. O, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və III dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib. Musavat.com

Read More