Hadisə 

“Qəzadır, olub, nə edək, dahilər də ölür”

Zərdabda baş verən ağır yol qəzası ilə bağlı sosial mediada geniş müzakirələr yaranıb. “VAZ 21099” və “Range Rover” markalı avtomobillərin toqquşması nəticəsində “VAZ 21099″un sürücüsü Azər Abdullazadə hadisə yerində dünyasını dəyişib. Qəzanın ardından “Range Rover”in sahibi açıqlama verərək bildirib ki, sükan arxasında özü deyil, əmisi oğlu olub. O, hadisə ilə bağlı “Ölüm var, Allah rəhmət eləsin. Biz nə edək, adam öldürməmişik ki. Qəzadır, olub. Dahi insanlar da dünyadan köçür” sözlərini deyib. Onun bu açıqlaması sosial şəbəkələrdə ciddi narazılıq doğurub və soyuqqanlı münasibətinə görə sərt tənqid edilib. /APA

Read More
Hadisə 

Bərdədə maşın arxa aşdı – Ölən var

Bərdədə maşın su arxına aşıb, sürücü ölüb. Hadisə rayonun Məşədibişli kəndində baş verib. Belə ki, Koroğlu Rzayev idarə etdiyi “Mitsubishi Pajero” markalı avtomobillə Bərdə rayonu, Məşədibişli kəndindən Mollalı kəndi istiqamətində gedən kəndarası yolda yolun idarəetməni itirərək idarə etdiyi avtomobil yolun kənarında olan su arxının içərisinə aşıb. Hadisə nəticəsində sürücü ölüb. Faktla bağlı cinayət işi başlanılıb.

Read More
Hadisə 

Bakı metrosunda DAVA – HƏBS EDİLDİLƏR

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə metronun “Koroğlu” stansiyasında insident baş verib. İnsident metronun “Koroğlu” stansiyasında qeydə alınıb. Məlumata görə, platformada bir qrup şəxs arasında mübahisə yaranıb və bu, səs-küyə səbəb olub. Hadisə yerinə gələn polis əməkdaşları dərhal vəziyyətə müdaxilə ediblər. Qaydanı pozan 4 nəfər saxlanılaraq polis şöbəsinə aparılıb. Məhkəmənin qərarına əsasən, onların hər biri 30 sutka inzibati həbs cəzası alıb. Hazırda insidentin səbəbləri araşdırılır./lent.az

Read More
Hadisə 

Masallıda həkimlərə görə körpə infeksiyaya yoluxub? – Açıqlama

Övladım dünyaya gələndən 2 gün sonra infeksiyaya yoluxub. Uşağımın bu hala düşməsində günahkar həkimlərdir”. Bu iddia ilə “Qafqazinfo”ya Masallı rayon Rüdəkənar kənd sakini Elçin Ağayev müraciət edib. Onun sözlərinə görə, oğlu oktyabrın 1-də Masallı rayon Mərkəzi Xəstəxanasında dünyaya gəlib. Amma ailə bunun sevincini yaşaya bilməyib: “20 gündən çoxdur ki, uşağım doğulub, amma biz onu evimizə apara bilməmişik. Sevincimiz ürəyimizdə qalıb. Oğlum doğulduqdan 2 gün sonra infeksiyaya yoluxub. Doğuş şöbəsinin müdirindən övladımın bu hala niyə düşməsinin səbəbini soruşmaq istəyəndə Təhminə həkim məni otağından qovur. Orada konkret özbaşınalıq hökm sürür. 9 ay…

Read More
Hadisə 

Xaçmazda avtomobildə doğuş olub, körpə ölüb

Xaçmazda körpə avtomobildə doğuş zamanı ölüb. Məlumata görə, rayon sakini, 1985-ci il təvəllüdlü X.A. doğum üçün Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılarkən ərazidəki avtomobil yolu ilə kəsişən dəmiryolu keçidinin təmirə bağlanması səbəbindən onun xəstəxanaya çatdırılması mümkün olmayıb. Nəticədə doğum “VAZ-21010” markalı nəqliyyat vasitəsində baş tutub. Ancaq bütün səylərə baxmayaraq, yeni doğulan körpənin həyatını xilas etmək mümkün olmayıb. TƏBİB-dən verilən məlumatda bildirilib ki, oktyabrın 23-ü saat 11:00 radələrində 1985-ci il təvəllüdlü qadın Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub: “Ona vaxtından əvvəl doğuş diaqnozu təyin edilib. Hazırda pasiyentin müalicəsi tibb müəssisəsinin Ginekologiya və…

Read More
Hadisə 

Bakıda qadın ərini öldürüb həyətdə basdırdı, üzərində güllər əkdi

Sabunçu rayonunda bir müddət əvvəl itkin düşmüş şəxsin qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, 1985-ci il təvəllüdlü Samir Əliyevin itkin düşməsi ilə bağlı 2024-cü il dekabrın 24-də onun ailə üzvləri polisə müraciət edib. Aparılan araşdırmalar zamanı müəyyən edilib ki, S. Əliyev həyat yoldaşı, 1986-cı il təvəllüdlü Elmira İbrahimova tərəfindən ov tüfəngi ilə öldürülüb. Qadın meyiti yaşadıqları evin həyətyanı sahəsində basdırıb. Cinayəti törətməkdə şübhəli bilinən E. İbrahimova saxlanılıb və istintaqa təhvil verilib. Fakt üzrə cinayət işi başlanıb, araşdırma davam edir. Əldə olunan məlumata qadın izi itirmək üçün ərini…

Read More
Hadisə 

4-cü kurs tələbəsi qəfil vəfat etdi – FOTO

Milli Aviasiya Akademiyasının dördüncü kurs tələbəsi dünyasını dəyişib. Musavat.com bildirir ki, unikal-ın yaydığı məlumata görə 2005-ci il təvəllüdlü Qəşəm Alıyev oktyabrın 19-da vəfat edib. Hazırda gənc tələbənin ölüm səbəbi açıqlanmayıb. Məlumat üçün bildirilib ki, Qəşəm Alıyevin atası da iki il əvvəl dünyasını dəyişib.

Read More
Hadisə 

Naqil özünü və 6 inəyini VURDU

Siyəzən sakinini elektrik cərəyanı vurub. Hadisə rayonun Sədan kəndində qeydə alınıb. Belə ki, həmin kəndin sakini, 1990-cı il təvəllüdlü Seymur Nəcməddin oğlu Əhmədov və ona məxsus 25 min manatlıq altı baş inəyi elektrik naqilinin qırılıb yerə düşməsi nəticəsində cərəyan vurub. Nəticədə inəklər tələf olub, S.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Read More
Hadisə 

Bacı-qardaşım var, amma yanıma gələn yoxdur – həbsdə olan model – VİDEO

Bir zamanların “Ağalarova” ləqəbli məşhur modeli Diana Mehdiyeva indi məhbus həyatı yaşayır. Milli.Az xəbər verir ki, bloger və aparıcı Nail Kəmərli Diana ilə həbsxanadan süjet hazırlayıb. Narkotik vasitələrin külli miqdarda saxlanması, daşınması və istifadəsinə görə həbs olunan Diana öz acınacaqlı taleyindən söz açıb. 18 yaşında modellik fəaliyyətinə başlayan Diana, qısa zamanda şöhrətə çatıb, maddi gəlir əldə edib. Lakin narkotiklə tanışlığı onun əlindən hər şeyini alır, qazandığı dostlar da bir-bir onu tərk edir. Vəziyyət o yerə çatır ki, Diana pis vərdişi ucbatından iş tapa bilmir və gənc yaşda enerji içki bankalarını…

Read More