Hadisə 

ANAMA əməkdaşı Xocavənddə minaya düşdü – Ayağı amputasiya edildi

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb. Bu barədə Musavat.com-a ANAMA-dan məlumat verilib. Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur. O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.

Read More
Hadisə 

Azərbaycanda 2 nəfər qəbiristanlıqda öldü

Abşeron rayonunda ölümlə nəticələnən bədbəxt hadisə olub. Oktyabrın 19-u saat 16 radələrində Saray qəsəbəsinin ərazisində yerləşən qəbiristanlıqda orada fəhlə işləyən Bakı şəhər sakini 1978-ci il təvəllüdlü Ramin Əliş oğlu Mehdiyev elektrik cərəyanı vurmasından ölüb. Onun ehtiyatsızlıqdan naqilə toxunduğu və bu zaman bədbəxt hadisənin baş verdiyi bildirilir. Göygöl rayonunda isə qəbiristanlıqda təzyiqi qalxan şəxs ölüb. Belə ki, Balçılı kəndinin ərazisində yerləşən qəbiristanlıqda kənd sakini 1957-ci il təvəllüdlü Nürəddin Cəfərqulu oğlu Xəlilov qəfil ölüb. Ziyarətə getmiş şəxsin yüksək təzyiqdən öldüyü bildirilib. Hər iki faktla bağlı araşdırmalar aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

Maştağada kişi bıçaqlandı- Şübhəli tanışıdır

Paytaxtın Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. Oktyabrın 16-sı saat 04:30 radələrində Maştağa qəsəbəsində 1970-ci il təvəllüdlü Fəxrəddin Əsgər oğlu Teymurov daxilə nüfuz edən bıçaq xəsarəti alıb. O, xəstəxanaya çatdırılıb. Hadisənin F.Teymurovun tanışı 32 yaşlı Allahverdi Fəxrəddin oğlu Əliyev tərəfindən törədildiyi bildirilir. Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanıb.

Read More
Hadisə 

Qubada ayı çobana hücum etdi – itlər sahibini xilas etdi

Qubada ayı təsərrüfat sahibinə hücum edib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Qonaqkənd qəsəbəsində baş verib. Belə ki, rayonun Vladimirovka kənd sakini 36 yaşlı Azər İskəndərov xırdabuynuzlu heyvanları yaylaqda otararkən ayının hücumuna məruz qalıb. Sürüdə olan çoban itləri təsərrüfat sahibini yırtıcı heyvanın əlindən xilas edə bilib. Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan A.İskəndərov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Qeyd edək ki, bundan öncə ayılar Xanagah, Qımılqazma və Səbətlər kəndində təsərrüfatlara zərər verib.

Read More
Hadisə 

Bakıda xadimə müdiri döydü

Sabunçu Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərər vurmaqda və xuliqanlıqda təqsirləndirilən Zəminə Səlimovanın (adı, soyadı şərtidir) barəsindəki cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Hakim Teymur Həsənovun sədrliyi ilə keçirilən prosesdə hökm elan edilib. Hökmə əsasən, Z.Səlimova 1 il 1 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib. İttiham aktına əsasən, hadisə 17 aprel 2025-ci il tarixdə, saat 9 radələrində paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Eldar Xəlilov küçəsi 1A ünvanında fəaliyyət göstərən marketin qarşısında qeydə alınıb. Belə ki, Zəminə Səlimova qeyd olunan marketin qarşısında toplanmış zibillərin…

Read More
Hadisə 

Müdafiə Nazirliyinin “İstirahət evi”nin rəisi saxlanılıb

Müdafiə Nazirliyinin “İstirahət evi” rəisi saxlanılıb. Bununla bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb. Mayor İlham Haqverdiyev rüşvət ittihamı ilə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə cinayət işi açılıb. Onun barəsində qətimkan tədbiri seçilməsi üçün Bakı Hərbi Məhkəməsinə təqdimat daxil olub. Təqdimata baxılacaq. Qeyd edək ki, İlham Haqverdiyevin saxlanılması barədə ilkin olaraq “Qafqazinfo” məlumat yayıb. Müdafiə Nazirliyinin Abşeronun Görədil kəndində yerləşən Mərkəzi Sanatoriyası hazırda “İstirahət evi” adlanır.

Read More
Hadisə 

Su polisindən ƏMƏLİYYAT: Xəzərdə brokonyerlik edənlər tutuldu

Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizində, xidməti ərazi olan qoruq, milli park və su hövzələrində brakonyerliyə qarşı mübarizə tədbirləri davam etdirilir. DİN mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, idarə əməkdaşlarının bu istiqamətdə keçirdikləri növbəti tədbir zamanı Suraxanı rayonu Qum adası adlanan ərazidə qanunsuz balıq ovu ilə məşğul olan 48 yaşlı Həşim Göyçayev və əvvəllər məhkum olunmuş 41 yaşlı Natiq İsgəndərov saxlanılıblar. Baxış zamanı onlardan 195 ədəd qanunsuz olaraq ovladıqları balıq, kustar üsulla hazırlanan ov alətləri, xüsusi mühərriklə təchiz edilən qayıq aşkarlanıb. Faktla bağlı araşdırma aparılır. Su bioresurslarının qorunması və ekoloji…

Read More
Hadisə 

Tovuzda dəhşətli qətlin təfərrüatları məlum oldu – FOTO

Tovuz rayonunda baş verən qətlin bəzi təfərrüatları məlum olub. Qərb bürosunun məlumatına görə, hadisəni törətməkdə şübhəli bilinən 32 yaşlı Səbuhi Hacızadə bir müddətdir Almaniyada yaşayırmış və dünən axşam Azərbaycana qayıdıb. Məlumata əsasən, həyat yoldaşı Mətanət Hacızadə ilə aralarında yaranan mübahisə zamanı S.Hacızadə qadının boğaz nahiyəsinə kəsici alətlə xəsarət yetirib. Cütlüyün üç oğlu var. Qətl hadisəsini törədən Səbuhi Hacızadə cinayətin motivi barədə özünün “TikTok” səhifəsində video paylaşaraq açıqlama verib.\\Teleqraf.com Fotoda: Səbuhi Hacızadə

Read More
Hadisə 

Bərdədə avtoqəzada xəsarət alanların SON DURUMU

  Bərdə-Yevlax yolunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların son durumu açıqlanıb. TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iki kişi Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən hər iki şəxs ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki, Bərdə rayonunda iki minik avtomobili toqquşub, xəsarət alanlar var.

Read More
Hadisə 

Zəncirvari yol qəzası BAŞ VERİB

Bərdədə zəncirvari avtomobil qəzası qeydə alınıb. Hadisə rayonun Otuzikilər kəndi ərazisində baş verib. İlkin məlumata görə, “Xəzər”, “Mercedes” və “VAZ-2107” markalı avtomobillər toqquşub. Qəza nəticəsində xəsarət alan və ya ölən şəxslərin olub-olmaması barədə hələlik məlumat yoxdur. Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır./Ajans.az

Read More