Hadisə 

Soyuq suyla çimdi, infarkt oldu – 22 yaşlı tələbənin faciəvi sonu

Osmaniyədə universitetdə tibb bacılığı fakültəsinin son kurs tələbəsi, 22 yaşlı Kasım Bulqan, qaldığı KYK kişi tələbə yataqxanasında isti suyun olmaması səbəbilə soyuq duş qəbul etdikdən sonra infarkt keçirərək dünyasını dəyişib. Hadisə sentyabrın 27-də səhər saatlarında baş verib. Eğitim-İş Birliyinin Osmaniye şöbəsinin sədri tələbənin vəziyyətinin ağırlaşdığını, otaq yoldaşlarının göstərdiyi ilk yardıma baxmayaraq onu xilas etməyin mümkün olmadığını bildirib: “Kasım Bulqan xəstəxanaya aparılarkən həyatını itirib. Təəssüf ki, təcili yardım komandası da tələbələrdən yardım istəmək məcburiyyətində qaldı. Bu, ölkədə təcili tibbi yardım xidmətlərinin qeyri-adekvatlığını göstərir” ./Milli.az/

Read More
Hadisə 

“Kasıbın kokaini” təhlükəsi – ucuz eyforiya Azərbaycanda qadağan edilsə də…

Son illərdə narkotik bazarında yeni adlar sürətlə yayılır. Onlardan biri də Mefedron və ya daha məşhur adı ilə “kasıbın kokaini”dir. Ucuzluğu, tez təsir göstərməsi və asan əldə olunması ilə diqqət çəkən bu maddə qısa müddətdə narkoistifadəçilər arasında geniş yayılıb. İstifadəçilərə qısa müddətli xoşbəxtlik bəxş etsə də, insanın həyatını məhv edən ən təhlükəli sintetik narkotiklərdən hesab olunur. Mefedronun tarixi ötən əsrin əvvəllərinə gedib çıxır. İlk dəfə 1929-cu ildə sintez edilsə də, uzun müddət diqqətdən kənarda qalıb. 2000-ci illərin əvvəlində Avropa ölkələrində parti narkotiki kimi kütləviləşdi. İstehsalçılar onu banyo duzu, bitki gübrəsi…

Read More
Hadisə 

“Abşeron” ticarət mərkəzinin qarşısında ağır qəza – Ölənlər var

Bakıda ağır yol qəzası baş verib. Qəza Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində – “Abşeron” ticarət mərkəzinin qarşısında qeydə alınıb. Bərdə rayon sakini 1995-ci il təvəllüdlü Abbasov Elməddin Səməd oğlu və Bakı şəhər sakini 1996-cı il təvəllüdlü Sadıxov Elxan Elman oğlunun idarə etdikləri avtomobillər toqquşub. Nəticədə Elməddin Abbasov və 1978-ci il təvəllüdlü sərnişin Xankişiyeva Aynurə Elxan qızı aldıqları ağır xəsarətlərdən vəfat edib. E.Sadıxov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanaraq istintaq aparılır. (Qafqazinfo)

Read More
Hadisə 

Cabir İmanov dünən bu toyda imiş – Video

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, aktyor ötən gün toy məclislərindən birində qonaq qismində iştirak edib. Onun toyda rəqs etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Read More
Hadisə 

Toyda tər yerinə qan axdı – İsmayıllıda

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib. İnsident sentyabrın 28-i saat 23 radələrində Talıstan kəndi ərazisində keçirilən toy mərasimində qeydə alınıb. Mərasimdə yaranan mübahisə dava ilə nəticələnib. Nəticədə, 2002-ci il təvəllüdlü Elşən Babayev rayon sakinləri – 2005, 2007, 2008 və 1976-cı il təvəllüdlü şəxslərə bıçaq xəsarətləri yetirib. Polis əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən E.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır. Oxu.Az

Read More
Hadisə 

Qubada baş verən yol qəzasında sürücü ölüb, daha bir nəfər xəsarət alıb

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda yol-nəqliyyat hadisəsi baş verib. “Report”un Şimal bürosunun məlumatına görə, hadisə yolun Ağbil kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Quba rayonu Aşağı-Xuc kənd sakini, 2002-ci il təvəllüdlü Ceyhun Yusifov idarə etdiyi “VAZ-21011” markalı minik avtomobili idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Hadisə nəticəsində ağır bədən xəsarətləri alan C.Yusifov Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, ölüb. Avtomobildə olan sərnişin – 2001-ci il təvəllüdlü Asim Qafarov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Read More