Hadisə 

Nizami rayonunda ev yanır – VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev küçəsində yerləşən evdə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-in Mətbuat xidmətindən Musavat.com-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam edir. Əlavə məlumat veriləcək. Error loading media: File could not be played

Read More
Hadisə 

Bakıda qənd sexində döşəmə çöküb- Ölən var

Paytaxtın Binəqədi rayonunda yerləşən qənd sexində bədbəxt hadisə baş verib. Sentyabrın 17-si saat 14 radələrində Binəqədi qəsəbəsinin ərazisində yerləşən sexin taxta döşəməsi çöküb. Nəticədə orada xadimə işləyən 1963-cü il təvəllüdlü Bakı şəhər sakini Güllü Hüseyn qızı Qədimalıyeva yıxılaraq vəfat edib. Faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

Naxçıvanda 5 yaşlı uşaq eyvandan yıxıldı

Naxçıvan şəhərində 5 yaşlı uşaq eyvandan yıxılıb. Hadisə şəhərin 3-cü mikrorayon ərazisində baş verib. Beşmərtəbəli binanın 3-cü mərtəbəsində yaşayan 2020-ci il təvəllüdlü Rzayeva Xədicə Heydər qızı ehtiyatsızlıqdan eyvandan yıxılıb. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən qızın vəziyyətinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Polis Daşkəsən dağlarında narkoşəbəkənin üzvünü yaxaladı – ƏMƏLİYYAT DAVAM EDİR

Narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə paytaxt və bölgələrdə fasiləsiz olaraq davam etdirilir. DİN-in Mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının bu istiqamətdə çətin relyef şəraitində həyata keçirdikləri əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 31 yaşlı Zamin Məmmədov saxlanılıb. Onun üzərindən ümumi çəkisi 12 kiloqram 150 qram tərkibi psixotrop maddələrlə zənginləşdirilən narkotik vasitə marixuana aşkarlanıb. Araşdırma zamanı onun narkotik vasitələri maddi qazanc müqabilində əldə etdiyi müəyyən olunub. Faktla bağlı cinayət işi başlanılıb, Zamin Məmmədov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.…

Read More
Hadisə 

Avtobus sürücüsünü döyən şəxs saxlanıldı

Paytaxtın Nizami rayonunda 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsünü döyən şəxsi polis saxlayıb. DİN Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli “Qafqazinfo”ya bildirib ki, 25 yaşlı Elşən Səmədzadə məsuliyyətə cəlb olunub. Araşdırmalar davam edir. Xatırladaq ki, ötən gün 49 nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusun sürücüsü Qafarov Kamran Azər oğlu sərnişin tərəfindən döyülüb. İddiaya görə, insident sürücünün sərnişindən ödəniş etməsi tələbindən sonra baş verib.

Read More
Hadisə 

Bakıda təcili yardım maşını palçıqda batdı – Həkim çağırışa piyada getdi – VİDEO

Bakıda təcili tibbi yardım maşını palçıqda bataraq yolda qalıb. Hadisəyə dair görüntülər sosial şəbəkələrdə yayılıb. Məlumata görə, palçıqlı vəziyyətə görə hərəkətsiz qalan avtomobildəki tibb işçisi çağırışa piyada davam etməyə məcbur olub. Bildirilir ki, yolun bu hala düşməsinə son günlər paytaxta yağan intensiv yağışlar səbəb olub. Həmin görüntüləri təqdim edirik: Milli.az

Read More
Hadisə 

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub. “Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” və “Chevrolet” markalı avtomobillərin toqquşması zamanı 1981-ci il təvəllüdlü B.Həsənova, 2006-cı il təvəllüdlü N.Həsənov, 2008-ci il təvəllüdlü G.Həsənova və 2006-cı il təvəllüdlü S.Ələkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Sel suları Balakəndə körpünü dağıtdı – Fotolar

Şimal-qərb bölgəsində qeyri-sabit hava şəraitinin hökm sürməsi bir sıra fəsadlar yaradıb. Balakən rayonunun Gərəkli kəndi ərazisindən keçən Hunbul çayından səhər saatlarında sel keçib. Sel çayın üzərində olan körpünün bir hissəsini dağıdaraq yararsız vəziyyətə salıb. Nəticədə avtomobil və piyadaların gediş-gəlişi müvəqqəti olaraq dayanıb. Hazırda aidiyyəti qurumlar ərazidə işlər aparır.\\“Qafqazinfo”

Read More
Hadisə 

TƏCİLİ! Xankəndidə erməni avtomatla silahlanaraq tədbiri gülləbaran etmək istədi

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Musavat.com-a verilən məlumata görə 2025-ci il sentyabrın 14-də Xankəndi şəhərinin erməni əsilli sakini 1967-ci il təvəllüdlü Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə massivinə gedərək qabaqcadan orada gizlətdiyi “Kalaşnikov” avtomatını və ona aid patronla dolu 4 sandıqcanı,  eləcə də 5 ədəd qumbaranı götürüb. Xankəndi şəhərində keçirilən tədbir yerinə yaxınlaşmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılmış, bu zaman K.Avanesyan 3 ədəd əl qumbarası atmaqla və avtomatdan atəş açmaqla polisə silahlı müqavimət göstərmişdir. Cavab atəşi nəticəsində güllə yarası almış K.Avanesyan tutulmuşdur. Əməliyyat zamanı bir polis əməkdaşı yaralanmışdır.…

Read More
Hadisə 

Sumqayıtda xəstəxana həyətindən 8 aylıq insan dölü tapıldı

Sumqayıt Şəhər Uşaq Xəstəxanasının həyətində 8 aylıq qız uşağı dölü aşkarlanıb. ARANTV.AZ  “Report”a istinadən xəbər verir ki, dölün kimə aid olduğu və kim tərəfindən əraziyə atıldığı hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıb. Döl aidiyyəti qurumlara təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

Read More