Hadisə 

Gəncədə avtomobillər toqquşub, xəsarət alanlar var

Gəncədə iki avtomobil toqquşub. “Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” və “Chevrolet” markalı avtomobillərin toqquşması zamanı 1981-ci il təvəllüdlü B.Həsənova, 2006-cı il təvəllüdlü N.Həsənov, 2008-ci il təvəllüdlü G.Həsənova və 2006-cı il təvəllüdlü S.Ələkbərov müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Culfada 63 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Naxçıvan Baş Gömrük İdarəsinin “Culfa” gömrük postunda İran İslam Respublikasından gələrək Azərbaycan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasına etilen polimer yükü aparan nəqliyyat vasitəsi rentgen baxış qurğusundan keçirilərkən monitorda şübhəli təsvirlərin görünməsi səbəbindən əsaslı yoxlamaya cəlb olunub. Bu barədə Musavat.com-a DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib. Yoxlama zamanı nəqliyyat vasitəsindəki yükün 30 kisəsinin içərisində gömrük nəzarətindən gizlədilmiş, ümumi təmiz çəkisi 63 kiloqram olan xüsusilə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilib.

Read More
Hadisə 

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslərdən 17 kq marixuana aşkarlanıb

Bakıda narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 20 və 22-ci Polis Şöbələrinin əməkdaşları tərəfindən narkotik vasitələri ölkə ərazisinə gətirərək satışı və qanunsuz dövriyyəsini təşkil edən şəxslərə qarşı əməliyyatlar keçirilib. Növbəti tədbirlərlə 23 yaşlı Əmrah Hüseynov, 27 yaşlı Kənan Məmmədov və tanışı 48 yaşlı İdris Məlikov saxlanılıblar. Onlardan ümumilikdə 17 kiloqrama yaxın marixuana, heroin, tiryək və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. Saxlanılanlar narkotik vasitələri şəxsiyyətləri istintaqla araşdırılan İran vətəndaşlarından əldə etdiklərini və maddi qazanc müqabilində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını…

Read More
Hadisə 

Azərbaycanda məktəbli dəhşətli qəza törətdi – Sinif yoldaşı öldü – FOTOLAR

Dünən Ağdam rayonunda ağır yol qəzası baş verib. Axşam saat 16 radələrində baş verən qəzanı törədən şəxsin və ölənin ikisinin də məktəbli olması məlum olub. Belə ki, rayonun Səfərli kəndinin ərazisində Böyükbəyli kənd sakini 2011-ci il təvəllüdlü Əli Elnur oğlu Məmmədli atasına məxsus “VAZ-21 115” markalı 90 NG 609 dövlət qeydiyyat nişanlı avtomobili aşırıb. Avtombildə olan Elnurun həmkəndlisi və sinif yoldaşı 2011-ci il təvəllüdlü Adəm Sərvər oğlu İsmayılzadə aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı  Ağdam RPŞ tərəfindən araşdırmalar aparılır. *** Ötən gün Ağdam rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində azyaşlının…

Read More
Hadisə 

Gəncədə evdə suqızdırıcı PARTLADI – Xəsarət alan var

Gəncə şəhərində evdə suqızdırıcı partlayıb, yanıq xəsarəti alan var. Hadisə zamanı yanıq xəsarəti alan 1992-ci il təvəllüdlü qadın Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Akademik Z.Məmmədov adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə yerləşdirilib. TƏBİB-dən bildirilib ki, hər iki yuxarı ətrafın və sinənin I, II dərəcəli yanığı diaqnozu təyin edilən pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.//Report

Read More
Hadisə 

Qayınata gəlinini Bulvarda başqa şəxslə gördü – dava düşdü

Astara şəhər Bulvar ərazisində dava baş verib. Buna səbəb qayınatanın gəlinini başqa bir şəxslə söhbət edərkən görməsi olub. Musavat.com-un əldə etdiyi məlumata görə, hadisə sentyabrın 10-da Astara şəhər Bulvar ərazisində baş verib. 60 yaşlı Rasim Məmmədov (ad və soyad şərtidir) Bulvarda olan zaman gəlinini tanımadığı şəxslə söhbət edərkən görüb. Həmin şəxslə mübahisə etməyə başlayıb və dava baş verib. Tərəflər bir-birlərini təhqir ediblər. Hadisə yerinə gələn polis əməkdaşları 60 yaşlı Rasim Məmmədovu və 33 yaşlı Qasım Əliyevi (ad və soyad şərtidir) saxlayıblar. Qasım Rasim Məmmədovun gəlini ilə sosial şəbəkədə tanış olubmuş.…

Read More
Hadisə 

Qəzada həlak olan polis əməkdaşlarının FOTOSU

Xəbər verdiyimiz kimi, sentyabrın 12-si saat 05 radələrində Culfa rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəzada 4 polis əməkdaşı həlak olub. Qəzada həlak olan şəxslər Quliyev Qüdrət Qasım oğlu, Adnınsoy Uğur Emin oğlu, Abbasov Səbri Mövla oğlu və Əliyev İlham Elnur oğludur. Hadisənin yağıntılı hava şəraitinə görə yolda avtomobilin sürüşməsindən baş verdiyi ehtimal edilir. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Həmin şəxslərin fotolarını təqdim edirik: Allah rəhmət eləsin! Milli.az

Read More
Hadisə 

İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü

Sabirabad Rayon İcra Hakimiyyətində dava düşüb. Hadisə rayon icra hakimiyyətinin qəyyumluq şöbəsində baş verib. Sabirabad rayon sakini, 1977-ci il təvəllüdlü Şəlalə Ağayeva (soyad şərtidir) oğlu və gəlinini qəyyumluq şöbəsinə gətirib, onların birgə nikahdan olan övladını qəyyumluğa götürmək istəyir. Hadisə yerinə gəlinin anası Rüqəyya Əliyeva (soyad şərtidir) gəlib və Şəlalə ilə Rüqəyya arasında uşağa görə mübahisə yaranıb. Mübahisə nəticəsində Şəhla gəlinini və onun anası Rüqəyyanı yumruqla vurub yıxıb. O, daha sonra Rüqəyyanın saçından tutaraq icra hakimiyyətinin koridorunda sürüyüb. Hadisə yerinə polis əməkdaşları gəliblər, faktla bağlı inzibati protokol tərtib edilərək məhkəməyə göndərilib.…

Read More