Hadisə 

İlhamənin anası məhkəmədə dindirildi

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işinin növbəti məhkəmə prosesi keçirilib. Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıqovun sədrliyi ilə keçirilən prosesdə İlhamə Əskərovanın mənzilində yoxlama aparan polis əməkdaşlarından daha bir nəfəri ifadə verdikdən sonra müdafiə tərəfi onun ev dustaqlığına buraxılması ilə bağlı yenidən vəsatət qaldırıb. Müşavirədən sonra vəsatətin əsassız olduğu bildirilərək təmin edilməyib. Vəkilin növbəti vəsatəti isə İlhamə Əskərovanın anası Almaz Əskərovanın əlavə şahid kimi prosesdə dindirilməsi ilə bağlı olub. Dövlət ittihamçısı buna etiraz etsə də, təqsirləndirilənin anasının prosesdə ifadə verməsi…

Read More
Hadisə 

Xankəndidə müğənni narkotikə görə həbs edildi

Xankəndi şəhərində müğənni kimi fəaliyyət göstərən şəxs həbs edilib. 8 aydan artıq müddətdə Xankəndidə yaşayan 1990-cı il təvəllüdlü E.Quliyevin (şərti soyadlı) qaldığı evdə narkotik vasitələr və patronlar aşkar edilib. Belə ki, polis əməkdaşları daxil olmuş məlumat əsasında müğənninin qaldığı 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki mənzilə baxış keçiriblər. Bu zaman stolun üstündən bükümdə narkotik vasitə və 7,62 kalibrli patronlar aşkar edilib. Fakta görə Xankəndi ŞPŞ-də Cinayət Məcəlləsinin 228 və 234-cü maddələri ilə cinayət işi açılıb. Əslən Laçın rayonunun Minkənd kəndindən olan E.Quliyev Xankəndiyə işləmək məqsədilə gəldiyini və restoranlarda müğənnilik etdiyini deyib.…

Read More
Hadisə 

Qızın barmağında qalan üzüyü belə çıxardılar- Video

Bakı şəhəri, Binəqədi rayonunda yeniyetmə qızın barmağında üzük qalıb. Musavat.com-un məlumatına görə, yeniyetmənin barmağındakı üzüyü çıxarmaqda aciz qalan yaxınları Fövqəladə Hallar Nazirliyinə müraciət ediblər. Nazirliyin Bakı Regional Mərkəzinin xilasedciləri dərhal yardıma yetişiblər. FHN əməkdaşları müvafiq vasitələrlə həmin üzüyü yeniyetmənin barmağından çıxarıblar.

Read More
Hadisə 

Göyçayda güclü yanğın olub

Göyçayda güclü yanğın hadisəsi baş verib. Hadisə rayonun Bahəddin Mirzəyev küçəsində sahibkar 1979-cu il təvəllüdlü Mustafayev Samir Vidadi oğluna məxsus yeşik sexində baş verib. Yanğın zamanı sexin 300 m² ərazisi, içərisindəki əşyalarla birlikdə yanıb. Hadisə yerinə FHN-nin Göyçay Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb. Yanğının yeşik sexinin emal hissəsində başladığı və qısaqapanmadan baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. (APA)

Read More
Hadisə 

Abşeronda bir nəfər süni göldə BATDI

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonunun Digah qəsəbəsində 1 nəfərin süni sututarında batması barədə ilkin məlumat daxil olub. Bu barədə Musavat.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Taxtakörpü-Ceyranbatan su kanalında 2 nəfər batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Taxtakörpü-Ceyranbatan su kanalının Xızı rayonunun Sitalçay kəndindən keçən hissəsində 2 nəfərin batması barədə ilkin məlumat daxil olub. “İki sahil” nazirliyə istinadla xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar. Əlavə məlumat veriləcək.

Read More
Hadisə 

Astarada 10 aylıq körpə türkəçarənin qurbanı oldu

Astara rayonunun Siyəkü kənd sakini – 2024-cü il təvəllüdlü körpə Elcan Taleh oğlu Həsənzadənin bədən hərarəti yüksəlib, körpənin valideynləri zəhərləndiyini düşünərək ona sodalı su içiriblər. Halı daha da pisləşən körpəni yaxınları əvvəlcə Şürük kənd xəstəxanasına, oradan da Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlərin səyinə baxmayaraq, körpənin həyatını xilas etmək mümkün olmayıb.

Read More