Cəmiyyət 

Qiymətlər artır, gəlirlər geri qalır – İQTİSADÇIDAN AÇIQLAMA

Son aylarda ölkədə müşahidə olunan bahalaşma əhalinin gündəlik həyatına birbaşa təsir göstərməkdə davam edir. Ərzaq məhsullarından tutmuş kommunal xidmətlərə qədər bir çox sahədə qiymətlərin artması ailə büdcələrinə əlavə yük gətirib. Bu vəziyyət fonunda maaş və pensiyaların inflyasiya ilə müqayisədə kifayət qədər sürətlə artmaması cəmiyyətdə narahatlıq yaradır.

Sosial təminat sistemində mümkün dəyişikliklər və gəlirlərin artırılması məsələsi yenidən gündəmə gəlib. Bəs bahalaşmanın sürətləndiyi bir şəraitdə maaş və pensiya artımı əhalinin real alıcılıq qabiliyyətini qorumağa kifayət edirmi?
Qiymətlər artır, gəlirlər geri qalır - İQTİSADÇIDAN AÇIQLAMAMövzu ilə bağlı iqtisadçı Əkrəm Həsənov BiG.AZ-a açıqlamasında bildirdi ki, maaşların artması yalnız iqtisadi inkişaf şəraitində olur. Yəni bunlar hamısı bir-birinə bağlı olan bir şeydir. Onun sözlərinə görə, iqtisadiyyat artmasa və təsarüffat subyektlərinin gəliri artmırsa hökümətdə təbiiki maaşları artırmır: “İqtisadiyyat inkişaf edəndə daha çox biznes olur və işçiyə ehtiyac artır. Şirkətlər arasında rəqabət həmçinin işçilər uğrunda olur. Buna görədə maaşlar artır. Azərbaycanda isə bunların heç biri yoxdur. Dövlətdə təbiiki pensiya və ya dövlət qurumlarında olan maaşları artıra bilmir. Çünki dövlətində gəlirləri azalıb. Bundan başqa maaş artımı inflyasiyaya səbəb olacaq. Yəni dövriyyədə pul həcmi artacaq və buda inflyasiyaya aparacaq. Dediyim kimi maaşların artımı iqtisadi inkişaf şəraitində ola bilər.

Buda bizdə yoxdur. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, ən azı yaxın 10 il ərzində çox ağır bir dövr olacaq. Yəni iqtisadi inkişafın heç konturlarıda görünmür. Bu şəraitdə təbiiki maaş artımını gözləmək yersizdir. İnsanlar buna alışmalıdır və çalışmalıdırlarki hər kəs özünə bir çarə qılsın. İqtisadi inkişafın olmamasının kökündə sahibkarlıq üçün normal şəraitin olmaması dayanır. Şərait olmadığı üçün mülkiyyət hüququ qorunmur və sahibkarların haqları pozulur. Eyni zamanda məhkəmələr onları müdafiə etmir. Buna görədə əksər insanlar ölkədə aktiv fəaliyyətlə məşğul olmaq istəmir”.

Müəllif: İlkin Məmmədkərimov

Daha çox xəbərlər