Hadisə 

“Sədərək”dəki yanğında xəsarət alanların sayı AÇIQLANDI

24.08.2025-ci il tarixində saat 11:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, “Sədərək” ticarət mərkəzi ərazisində yanğın hadisəsinin baş verməsi ilə bağlı çağırış daxil olub. Bu barədə Musavat.com-a TƏBİB-dən bildirilib. Çağırış əsasında 3 təcili tibbi yardım briqadası ünvana cəlb olunub. Təcili tibbi yardım briqadasına ümumilikdə, 12 nəfərin (kişi cinsli) müraciəti qeydə alınıb. Onlardan 3 nəfər ilkin tibbi yardımdan sonra Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Hər üç şəxsə tüstüdən zəhərlənmə diaqnozu təyin olunub və zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.…

Read More
Hadisə 

“Sədərək”dəki yanğın bu məşhur şirkətin anbarında baş veribmiş – FOTO

“Sədərək” ticarət mərkəzindəki yanğının yeni təfərrüatı məlum olub. Musavat.com-un əldə etdiyi məlumata görə, güclü yanğının baş verdiyi anbar “Super Toys” mağazalar şəbəkəsinə məxsus olub. Şirkət həmin anbarı icarəyə götürübmüş. Bildirək ki, məşhur “Super Toys” mağazalar şəbəkəsinin “Sədərək” ticarət mərkəzi ilə yanaşı Bakı və ətraf qəsəbələrdə filialları var. Şirkətin rəsmi saytında olan məlumata əsasən hazırda şəbəkənin Bakıda 19 filialı xidmət göstərir. Bu mağazalar şəbəkəsində uşaq aləminə aid olan müxtəlif nöc malların satışı həyata keçirirlir. İlkin məlumata görə, baş verən yanğın zamanı şirkətə dəymiş zərər yüz minlərlə manatdır. Yanğın zamanə anbarda olan…

Read More
Hadisə 

DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib

Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən “Sədərək” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib. Bu barədə Musavat.com-a DİN-in Mətbuat Xidmətindən bildirilib. Polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik və digər zəruri tədbirlər görülür.

Read More
Hadisə 

Vətən müharibəsi iştirakçısı qəfil vəfat etdi-foto

Azərbaycan ordusunun mayoru, Vətən müharibəsi iştirakçısı Fətəliyev Zahir Zakiroviç vəfat edib. Musavat.com bildirir ki, mərhum 1985-ci ildə Zığ kəndində anadan olub. Cəmşid Naxçıvanski adına Hərbi Liseyi bitirəndən sonra 14 il Naxçıvan Muxtar Respublikasında xidmət edib. 44 günlük Vətən Müharibəsində ən gərgin döyüşlərdə iştirak edib, Suqovuşanda minaya düşərək qəlpə yaraları alıb. 20 ildən artıq orduda xidmət edən Z.Fətəliyev Vətən Müharibədindən bir neçə ay sonra otdudan tərxis olunaraq təqaüdə çıxıb. Atası Zakir kişinin dediyinə görə, uzun müddət müalicə alsa da, son günlər vəziyyəti kritikləşib və dünyasını dəyişib. Mərhum 2 məktəbli oğul atasıdır. Kiçik…

Read More
Hadisə 

Lənkəranda DƏHŞƏT: 34 yaşlı qadın qətlə yetirildi

Lənkəranda qadını qətlə yetirməkdə şübhəli bilinən əri polisə könüllü təslim olub. “Əfsanə Lələzadəni qətlə yetirməkdə şübhəli bilinən 32 yaşlı Nicat Lələzadə polisə gedərək könüllü təslim olub. Hadisənin başvermə səbəbləri araşdırılır./Report *** Lənkəranda gənc qadın qətlə yetirilib. Hadisə Liman şəhəri ərazisində baş verib. Belə ki, 1991-ci il təvəllüdlü Əfsanə Əkbər qızı Lələzadə bədən və boyun nahiyələrinin çoxsaylı kəsilmiş-deşilmiş yaraları ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Lakin xəstəxanadan həkiməqədər ölüm faktı qeydə alındığı bildirilib. Qətli törətməkdə Ə.Lələzadənin həyat yoldaşı şübhəli bilinir. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya…

Read More
Hadisə 

Ağdamda yanğın törədən şəxs SAXLANILDI

Avqustun 23-də Ağdam rayonunun Əfətli kəndinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, araşdırmalarla yanğını 64 yaşlı Nuşrəvan Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 1 hektar ərazidə ərazidə quru ot və kol-kos yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb. Faktla bağlı Ağdam Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Füzulidə yanğın törədən şəxs saxlanılıb

Avqustun 22-də Füzuli rayonunun Qayıdış qəsəbəsinin ərazisində əkin sahəsində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib. Bildirilib ki, araşdırmalarla yanğını 33 yaşlı Zaman Məhəmmədlinin törətdiyi məlum olub. Hadisə nəticəsində 24 sot ərazidə quru ot yanıb. Həmin şəxs saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Read More
Hadisə 

Bu qadın “Tiktok”da vətəndaşları aldadırmış – DİN FOTOsunu yaydı

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşları aldadaraq onlayn yolla onların maddi vəsaitini ələ keçirən, əvvəllər də analoji əmələ görə dəfələrlə məhkum edilmiş Nəzakət Məhərrəmova saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, o, “Tiktok”dakı “qemgin_20” adlı saxta hesabında canlı yayım açaraq şəhid ailələrinə, qazilərə, eləcə də aztəminatlı şəxslərə özünü humanitar yardım təşkilatlarından birinin nümayəndəsi kimi təqdim edib və əvvəlcədən 1000-2000 manat ödəniş etmələri müqabilində zərərçəkmişlərə il ərzində maddi yardım göstərilməsinə dair yalan vədlər verib. Bu üsullarla N.Məhərrəmova bir neçə vətəndaşın pulunu dələduzluqla ələ keçirib. Faktla bağlı cinayət…

Read More