Hadisə 

DİN: Beyləqanda polis 16 kiloqram marixuana və həşiş aşkarlayıb

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat tədbiri keçirilib. DİN-dən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş 36 yaşlı Nahid Allahverdiyev saxlanılıb. Onun üzərindən kibrit qutularında qablaşdırılmış marixuana və həșiş aşkar edilib. Əməliyyatın davamında N.Allahverdiyevin külli miqdarda narkotiki gizlətdiyi yer də müəyyən olunub. Oradan 11 kilqoramdan artıq marixuana və 5 kiloqramdan artıq həşiş aşkarlanaraq götürülüb. Faktla bağlı cinayət işi başlanılıb, adıçəkilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Read More
Hadisə 

Salyanda ağır qəza- Ölən və xəsarət alanlar var

Salyanda ağır yol-nəqliyyat hadisəsi olub. Hadisə Ələt-Astara magistralının rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Salyan rayon sakini Azər Cabbarovun idarə etdiyi “Mersedes” markalı minik avtomobil həmyerlisi Şahlar Rzayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə toqquşub. Qəzada “VAZ-2107”də olan sərnişin Salyanın Şəkərli kənd sakini 1955-ci il təvəllüdlü Qəribxan Qəfərov hadisə yerində ölüb. Qəzada xəsarət alanlar – Şahlar Rzayev, avtomobillərdə olan iki sərnişin müxtəlif dərəcəli xəsarətlərlə Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilib, ambulator müalicəyə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Rusiyada tanınmış azərbaycanlı iş adamı həbs edildi

Rusiyanın Voronej şəhərində tanınmış azərbaycanlı iş adamı, “Alekseyeviski” bazarının sahibi Yusif Xəlilov həbs edilib. Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, o, bu ilin mart ayında oğlunun orduya çağırılmaması üçün həkimə 330 min rubl rüşvət verməkdə təqsirli bilinir. Qeyd edilib ki, Yusif Xəlilov rüşvətxorluq ittihamı ilə 7 ildən 12 ilə qədər həbs cəzası və deportasiya gözləyir. /APA

Read More
Hadisə 

Astarada qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

Avqustun 17-də Astara rayonunun Suparibağ kəndi ərazisində qəsdən adam öldürülməsinə dair rayon prokurorluğuna məlumat daxil olub. Rayon prokurorluğundan AZƏRTAC-a bildirilib ki, araşdırma zamanı 2004-cü il təvəllüdlü Vüsal Əliyevin aralarında yaranmış mübahisə zamanı tanışı 1959-cu il təvəllüdlü İskəndər Məmmədova bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Vüsal Əliyev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib və prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub. Cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Read More
Hadisə 

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, DSX-nin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması halının qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində xidməti ərazidən ümumi çəkisi 12 kiloqram 270 qram narkotik vasitə və 1970 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb. Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Ağdamda 2 ton yabanı çətənə bitkisi məhv edilib

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən “Xaş-xaş 2025” planına uyğun olaraq tədbir keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, tədbir zamanı Xaçındərbənd kəndi ərazisində yabanı halda bitən çəkisi 2 ton olan 1560 ədəd çətənə bitkisi toplanılaraq yandırılıb.

Read More
Hadisə 

Bakıda psixoloq estetik əməliyyatın qurbanı oldu

Bakıda 36 yaşlı qadın liposaksiya (bədənin müxtəlif nahiyələrindən piyin çıxarılması) əməliyyatından sonra vəfat edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə “Teleqraf”a onun yaxınları məlumat verib. Bildirilib ki, məşhur kouç (şəxsi inkişaf mütəxəssisi – red.) və psixoloq Nilufər Abdulla “Etalon” hospitalda plastik əməliyyat olunub. Əməliyyatdan sonra onun vəziyyəti ağırlaşıb və vəfat edib. 1989-cu il təvəllüdlü Nilufər Abdulla 3 uşaq anasıdır. Qeyd edək ki, liposaksiya bədənin müxtəlif nahiyələrindən (üz, boyun, qolların yuxarı hissələri, qarın, bud nahiyələri, dizin iç tərəfləri, kürək) piylərin alınması deməkdir. Liposaksiya çəki azaltmaq əməliyyatı olmayıb, diet və idmanla çəkilməyən…

Read More
Hadisə 

Lökbatan qəsəbəsində yaşayış binasında partlayış olub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən beşmərtəbəli yaşayış binasında mənzildə partlayış baş verməsi barədə məlumat daxil olub. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub. Yanğınsöndürənlər tərəfindən yanğın qısa müddətdə söndürülüb, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb. Hadisə nəticəsində ikiotaqlı mənzilin 1 otağının dəhlizinin yanar konstruksiyaları 26 m² sahədə və mətbəxin lambirdən ibarət tavanı 10 m²…

Read More