Hadisə 

Azərbaycanlı uşaq Rusiyada bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanlı uşaq Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində ölüb. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb. Belə ki, 2022-ci il təvəllüdlü Seyidov Amiral Amin oğlu ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq həlak olub. Qeyd edək ki, 3 yaşlı uşağın atası Amin Seyidov əslən Cəlilabad rayonundandır. O bir müddətdir ki, Rusiya Federasiyasında yaşayır.

Read More
Hadisə 

Azərbaycanda fabrikdə FACİƏ – Lift qırıldı, xəsarət alan var

Lənkəranda çay fabriklərindən birində işçi istehsalat qəzası nəticəsində xəsarət alıb. Hadisə rayonunun Sütəmurdov kəndində qeydə alınıb. Belə ki, Lənkəranın Aşağı Nüvədi kənd sakini, 1969-cu il təvəllüdlü Bəxtiyar Baldadaş oğlu Məmmədov liftdən yıxılaraq xəsarət alıb. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin ehtimala görə, B.Məmmədov müəssisənin liftinin qırılması nəticəsində xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Azərbaycanda qardaşlardan yarım milyonluq- Dələduzluq

Azərbaycanda iki qardaş xüsusilə külli miqdarda dələduzluq əməlinə görə cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Kənan və Emil Nurullayev qardaşları bir neçə nəfərin yarım milyondan çox pulunu ələ keçirməkdə ittiham olunurlar. Zərərçəkmişlərin bir neçəsi dəmir ticarəti qurmaq, bir neçəsi isə müxtəlif qurumlara işə düzəltmək üçün qardaşlara ümumilikdə 593 min manat pul veriblər. Verilən vədlər yerinə yetirilmədikdən sonra isə zərərçəkmişlər prokurorluğa şikayət ediblər. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaqla Nurullayev qardaşlarına cinayət işi açılıb. Onlara qarşı AR Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq-xüsusilə külli miqdarda törədildikdə)…

Read More
Hadisə 

Naxçıvanda ağır yol qəzasında avtomobil hissələrə bölünüb, iki nəfər ölüb

Naxçıvanda iki nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib. “Report”un yerli bürosu xəbər verir ki, hadisə Babək rayonunun Qahab kəndi ərazisində qeydə alınıb. Belə ki, 33 yaşlı Zamanov Möhlət Baxtıcamal oğlunun idarə etdiyi “Mercedes” markalı avtomobil “Ford” markalı nəqliyyat vasitəsilə toqquşub. Nəticədə Babək rayon Qahab kənd sakini, Zamanov Möhlət Baxtıcamal oğlu və 27 yaşlı Babək rayon Naxışnərgiz kənd sakini, Zamanov Mənsur Mərdan oğlu hadisə yerində dünyasını dəyişib. Avtomobilin digər sərnişini, Naxışnərgiz kənd sakini, 30 yaşlı Zamanov Şöhrət Aydın isə ağır bədən xəsarətləri ilə Naxçıvan Muxtar Respublika xəstəxanasının travmatologiya şöbəsinə…

Read More
Hadisə 

Vüqar Tapdıqlı vəfat etdi

Yazıçı, prodüser Vüqar Tapdıqlı vəfat edib. Bu barədə onun yaxınları məlumat yayıb. Onun bu gün 63 yaşında dünyasını dəyişdiyi bildirilib. Qeyd edək ki, Vüqar Tapdıqlı 1962-ci ildə Gədəbəydə anadan olub. 1985-2009-cu illərdə Azərbaycan televiziyasında çalışıb, uzun müddət “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin rəhbəri, Azərbaycan Dövlət Foto-Kino Sənədləri Arxivinin direktoru olub./Qafqazinfo.az/

Read More
Hadisə 

Analiz vermək adı ilə xəstəxanaya getdi, keçmiş arvadını balta ilə öldürdü

Lənkəran Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Füzuli rayon sakini Elsevər Bağırovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Bağırov 18 il azadlıqdan məhrum edilib. İttihama görə, 1977-ci il təvəllüdlü E.Bağırov keçmiş həyat yoldaşını balta ilə öldürüb. Belə ki, E.Bağırov 2006-cı ildə Füzuli rayonu, Böyük Bəhmənli kənd sakini Dilbər Namazova ilə ailə həyatı qurub və onun bu nikahdan iki övladı dünyaya gəlib. 2018-ci ildə E.Bağırov həyat yoldaşından şübhələnib və aralarında mübahisələr başlanıb. Mübahisələrin sonunda cütlük rəsmən boşanıb və Dilbər iki övladı ilə…

Read More
Hadisə 

Bakıda gündüz vaxtı maşına hücum etdilər – VİDEO

Bakıda, Neftçilər metrostansiyası yaxınlığında  qeyri-adi hadisə baş verib. Sosial şəbəkələrdə yayılan görüntülərdə yoldan keçən kişinin yol kənarında dayanan avtomobilə hücum etdiyi əks olunub. O, avtomobilin pəncərələrini sındırıb. Hadisə anı yaxınlıqdakı təhlükəsizlik kamerasına düşüb və kadrlar qısa müddətdə sosial mediada geniş yayılıb. Hücum edən şəxsin kimliyi və hadisəni hansı səbəbdən törətdiyi hələlik məlum deyil. Həmin görüntüləri təqdim edirik: Milli.az

Read More
Hadisə 

Müğənni Səfər niyə öldürüldü? – TəfərrüatVİDEO

Laçının Fingə kəndində güllələnmə hadisəsi baş verib. Belə ki, Ağcabədi rayonunun Şərəfxanlı kəndində müvəqqəti məskunlaşan 58 yaşlı Səfər Quliyevin qardaşı, 52 yaşlı Xasay Quliyev tərəfindən ov tüfəngi ilə öldürüldüyü bildirilir. “Qardaşı onu 2 güllə ilə qaldığı çadırda qətlə yetirib. Hadisə baş verəndə bizə zəng etdilər gəldik. Hamı onları mehriban görüb. Aralarında nə münaqişə olub bilmirəm”, – kənd sakini Tofiq Əliyev söyləyib. Qeyd edək ki, bölgədə müğənni kimi tanınan Səfər Quliyev Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Laçın Rayon Komitəsinin sədri vəzifəsində çalışırmış. Mərhumun nəşi Ağcabədinin Şərəfxanlı kəndinə gətirilib və orada dəfn edilib.…

Read More