Hadisə 

Qubada saxlanılan 2 nəfərdən müxtəlif növ narkotik vasitələr aşkarlanıb

Quba Rayon Polis Şöbəsi əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Bakı şəhər sakini Zaur Baxşiyev və Salyan rayon sakini Yadulla Səmədov saxlanılıblar. AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Onlardan külli miqdarda psixotrop maddə olan metamfetamin, narkotik vasitə olan heroin, ümumilikdə 117 ədəd metadon, preqabalin və tramadol həbləri aşkarlanaraq götürülüb. Məhkəmənin qərarı ilə hər iki şəxsin barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

DİN: Elan saytlarında vətəndaşları aldadan şəxs tutulub

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə elan saytlarında vətəndaşları aldadan 28 yaşlı Orxan Hüseynov saxlanılıb. DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, o, ev heyvanları satmaq adı ilə saytlarda yalan elanlar yerləşdirib və onlayn yolla alıcıların maddi vəsaitini ələ keçirib. Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. O.Hüseynovun əməllərindən zərər görən başqa vətəndaşlar olarsa, polis orqanlarına məlumat verə bilərlər.

Read More
Hadisə 

Biləsuvarda bir ailənin üç üzvü yol qəzasına düşüb, ikisi ölübVİDEO

Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. “Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi “VAZ-2115” markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2115″də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı Ahu Niftəliyeva ölüb, həyat yoldaşı 1996-ci il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb. Həmçinin “Mercedes”də olan sərnişinlər –…

Read More
Hadisə 

Biləsuvardakı ağır qəzada həlak olan ata və körpəsinin FOTOLARI

Biləsuvar rayonunda baş vermiş ağır yol-nəqliyyat hadisəsində həlak olan ata və körpə qızının fotoları yayılıb. ARANTV.AZ  xəbər verir ki, dünyasını dəyişən şəxs – 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbində informatika müəllimi işləyirdi. O, hadisə zamanı 6 aylıq qızı Ahu Niftəliyeva ilə birgə həlak olub. Qeyd edəkki, qəza köhnə Ələt–Astara avtomobil yolunun 90-cı kilometrində, Biləsuvar rayonu ərazisində baş verib. Elşən Niftəliyevin idarə etdiyi VAZ-2115 markalı avtomobil “Mercedes-Benz” markalı minik avtomobili ilə toqquşub. Hadisə nəticəsində E.Niftəliyev və körpə qızı hadisə yerində keçinib, həyat yoldaşı Günay Niftəliyeva ağır xəsarət…

Read More
Hadisə 

Hacıqabulda traktorla minik avtomobili toqquşub

Hacıqabul rayonunda traktorla minik avtomobili toqquşub. ARANTV.AZ  xəbər verir ki, hadisə Abdulabad kəndi ərazisində qeydə alınıb. Belə ki, “QAZ-31” markalı avtomobillə traktor toqquşub. Qəza nəticəsində Abdulabad kənd sakinləri; 1984-cü il təvəllüdlü Qasımov Elnur Sakit oğlu, 1993-cü il təvəllüdlü Babayev Bayram Müslüm oğlu və 2016-cı il təvəllüdlü Babayev Müslüm Bayram oğlu müxtəlif xəsarətlər alıblar. Yaralılar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Zəngilanda yanğın törədən şəxs SAXLANILDI – FOTOLAR

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub. Hadisə nəticəsində 5 hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir. Musavat.com

Read More
Hadisə 

İsmayıllıda avtomobil körpüdən aşıb, xəsarət alanlar var

İsmayıllıda avtomobil qəzası baş verib. APA-nın Şirvan bürosunun məlumatına görə, İsmayıllı rayonunun Istisu-Qalacıq kəndlərinə gedən yolda qəza baş verib. İlkin məlumata görə, “Mercedes” markalı avtomobil körpüdən aşıb. Hadisə nəticəsində 3 nəfər agır bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Read More
Hadisə 

İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda ələ keçdi

Gürcüstanın Kvemo Kartli Polis İdarəsinin Marneuli rayon şöbəsinin əməkdaşları tərəfindən İnterpol xətti ilə qırmızı vərəqə ilə axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı, 1986-cı il təvəllüdlü R.A saxlanılıb. Bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, saxlanılan şəxs mütəşəkkil dəstəyə üzv olmaqda və sağlamlığa zərər vurmaqda ittiham olunaraq 2013-cü ildən Azərbaycan Respublikası tərəfindən axtarışdadır. Qeyd edilir ki, hazırda saxlanılan şəxs barəsində qanunvericiliklə nəzərdə tutulmuş qaydada ekstradisiyadan əvvəlki prosedurlar davam etdirilir. Oxu.Az

Read More