Hadisə 

Azərbaycanda DƏHŞƏT – Arıqlamaq üçün sirkə turşusu içdi, öldü

Arıqlamaq üçün sirkə turşusu içən 34 yaşlı Sumqayıt şəhər sakini zəhərlənərək ölüb. Sumqayıt şəhər İnşaatçılar qəsəbəsində yaşayan 1991-ci il təvəllüdlü Əlixanov Yusif Aydəmir oğlu zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, o arıqlamaq məqsədilə sirkə turşusu qəbul etdikdən sonra halı pisləşib. Y.Əlixanov əvvəlcə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Vəziyyəti ağır olduğundan Bakı şəhərində yerləşən Kliniki Toksikologiya Mərkəzinin Reanimasiya şöbəsinə köçürülüb. Həkimlərin səylərinə baxmayaraq, Yusif Əlixanov həyatını itirib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır./report

Read More
Hadisə 

Lənkəran sakini Serbiyada FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ

27 yaşlı Lənkəran sakini Serbiyada 7-ci mərtəbədən yıxılaraq ölüb. Məlumata görə, Lənkəran şəhər sakini 1998-ci il təvəllüdlü Həsən Mənsubov işləmək üçün Serbiya Respublikasına gedib. Bir neçə gün bundan əvvəl o, yüksək mərtəbəli binanın 7-ci mərtəbəsindən yıxılıb. Müxtəlif dərəcəli bədən xəsarəti alan H.Mənsubov Serbiyada xəstəxanaların birinə yerləşdirilib və 4 gün komada qalıb. Həkimlər onun həyatını xilas edə bilməyiblər və o, aldığı xəsarətlərdən ölüb. Onun meyitinin bu gün Lənkərana gətirilərək dəfn olunacağı bildirilir. Qeyd edək ki, Həsən idmanın ağır atletika növü ilə məşğul idi.//APA

Read More
Hadisə 

Xırdalanda fəhlə binadan yıxılaraq ÖLDÜ

Biləsuvar rayon sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Məlumata görə, rayonun Aşağı Cürəli kənd sakini Cəfərov Vüqar Əligüşad oğlu Xırdalan şəhərində fəhlə kimi çalışdığı hündürmərtəbəli binadan yıxılaraq xəsarət alıb. O, xəstəxnaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Şəkidə şəhid atası vəfat etdi – FOTO

Aprel döyüşlərinin şəhidi Orxan Hümbətovun atası dünyasını dəyişib. Şəhid atası 63 yaşlı Kazım Hümbətov ötən gün xəstəlikdən vəfat edib. Mərhum Şəkinin Kiş kəndində dəfn olunacaq. Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin giziri Orxan Hümbətov 2016-cı ilin Aprel döyüşlərində Talış kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib. (Unikal)

Read More
Hadisə 

Ənvər Seyidov VƏFAT ETDİ

Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Ənvər Seyidov 76 yaşında vəfat edib. Teleqraf-ın əldə etdiyi xəbərə görə, o, avqustun 2-də müalicə olunduğu Mərkəzi Gömrük Hospitalında dünyasını dəyişib. Mərhum Yasamal qəbiristanlığında dəfn olunacaq. Qeyd edək ki, Ənvər Seyidov 1949-cu il martın 29-da Oğuz rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsil alıb. Əmək fəaliyyətinə 1964-cü ildən başlayan hüquqşünas səhiyyə və rabitə sahəsində müxtəlif işlərdə çalışıb. Zaqatala və Cəlilabad rayon məhkəmələrinin hakimi, Cəlilabad Rayon Məhkəməsinin sədri vəzifəsində işləyib. 1990-cı ildən Ali Məhkəmənin, 2000-ci ildən Ağır Cinayətlərə dair Məhkəmənin, 2011-ci ildən 2019-cu…

Read More
Hadisə 

Paytaxtda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücünün ANBAAN GÖRÜNTÜLƏRİVİDEO

Bakı Şəhər Dövlət Yol Polisi  İdarəsinin əməkdaşları yol hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün real təhlükə yaradan “Lada” markalı, 99-PD-057 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Fariz İsmayılovu saxlayıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı F.İsmayılovun narkotik vasitə qəbul etməsi də müəyyən olunub. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə F.İsmayılovun sürücülük…

Read More
Hadisə 

Bərdədə batan yeniyetmənin kimliyi BİLİNDİ

Bərdədə suda boğulan 16 yaşlı oğlanın kimliyi açıqlanıb. Hadisə Tərtər çayının Bərdə rayonu Zümürxan kəndindən keçən hissəsində toplanmış su gölməçəsində baş verib. Kənd sakini, 2009-cu il təvəllüdlü Nihad Bəhrəm oğlu Rüstəmov həmkəndliləri ilə çimərkən suda boğularaq ölüb. Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır. (Oxu.Az)

Read More
Hadisə 

Meyiti 11 gün sonra körpünün altında tapıldı

İyulun 20-si Yevlaxda içkili halda Kür çayında boğulan şəxsin meyiti tapılıb. Kür çayının Yevlax şəhərindən keçən hissəsində batmış 1987-ci il təvəllüdlü Bərdə sakini Sənan Əliyevin meyiti iyulun 31-i saat 23:20 radələrində tapılıb. Meyit Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt hissəsində aşkar edilib. Faktla bağlı araşdırma aparılır. (Qafqazinfo)

Read More