Hadisə 

Aeroport yolunda avtomobil yanır – Sıxlıq var

Sabunçu rayonu, Aeroport şosesi, köməkçi yolda minik avtomobillərindən birində yanğın baş verib. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib. Hətəkətdə olan digər nəqliyyat vasitələrinin sürücülərinin hadisə yerinə baxması səbəbindən mərkəz istiqamətində sıxlıq yaranıb. Polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması üçün tədbirlər görülür.

Read More
Hadisə 

Qalmaqallı prokuror vəfat etdi- FOTO

Uzun müddət prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışmış Nazim Ağamirzəyev vəfat edib. Bu barədə onun yaxınları bildiriblər. 67 yaşlı sabiq prokurorun xəstəlik səbəbindən həyatını itirdiyi qeyd edilib. Qeyd edək ki, N.Ağamirzəyev Baş Prokurorluqda xüsusilə mühüm işlər üzrə müstəntiq, DİO-nun istintaq, təhqiqat və əməliyyat-axtariş fəliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru vəzifələrində çalışıb. O, İsmayıllı, Binəqədi və Biləsuvar rayonlarında da prokurorluq orqanlarında çalışıb. Xatırladaq ki, 2018-ci ildə N.Ağamirzəyev işdən qanunsuz çıxarıldığını bildirərək Baş Prokurorluğu məhkəməyə vermişdi. 2017-ci ildə isə o, atalığın mübahisələndirilməsi iddiası ilə məhkəməyə verilmişdi və həmin prosesi uduzmuşdu./Qafqazinfo.az/

Read More
Hadisə 

Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub

Laçının Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın olub. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Laçın rayonunun Güləbird kəndində mürəkkəb relyefli dağlıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Aviasiya dəstəsinin qüvvələri cəlb olunub. Nazirliyin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində dağlıq ərazidə baş vermiş yanğın geniş əraziyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Read More
Hadisə 

Sərhədi pozan 4 xarici vətəndaş saxlanıldı – FOTOLAR

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətindən Musavat.com-a verilən məlumata görə, iyul ayının 27-də Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində 3 (üç) nəfər Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı (1997-ci il təvəllüdlü Mesimi Rami Süleyman, 2004-cü il təvəllüdlü Moussaouı Tadjedin Həsən, 2003-cü il təvəllüdlü Kateb Djoudı Abdulxani), “Qazax” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Gürcüstan istiqamətində isə 1 (bir) nəfər Şri-Lanka Demokratik Sosialist Respublikası vətəndaşı (Udula İmanthalanka) dövlət sərhədini pozmağa cəhd göstərərkən…

Read More
Hadisə 

Xızıda ağır qəza- Ölən var

Xızı-Giləzi avtomobil yolunda ağır qəza baş verib. “Qafqazinfo” xəbər verir ki, yolun 27-ci kilometrliyində Rəfail Bünyatovun idarə etdiyi “Mitsubishi Pajero” ilə Cəbrayıl Heydərovun sürdüyü “Changan Qiyuan Q05” markalı avtomobil toqquşub. Nəticədə ikinci avtomobildə olan sərnişin Əsədova Zərqələm Abas qızı aldığı xəsarətlərdən ölüb. Faktla bağlı Xızı RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

Read More
Hadisə 

Kanala düşən yeniyetmədən 36 gündür xəbər yoxdur – VİDEO

Kanala düşən 16 yaşlı yeniyetmədən 36 gündür xəbər yoxdur. Hadisə Füzuli rayonun Kərimbəyli kəndi ərazsində qeydə alınıb. Nağızadə Nihat Kanalın yanında oturan zaman ehtiyatsızlıqdan suya düşüb. Həmin anlar yaxınlıqda olan obyektin kamerasına düşüb. Valideynlər dərhal aidiyyəti qurumlara məlumat verib. Lakin uşaq hələdə tapılmır. Uşağın tapılması üçün kanalın suyu birgünlük dayandırılıb. Amma texniki səbəbdən axtarışları aparmaq mümkün olmayıb. Çarəsiz qalan ailə indi həmin kanalın suyunun yenidən dayandırlımasını axtarışların aparılmasını istəyir. Ətraflı “Xəzər Xəbər”in videomaterialında:

Read More
Hadisə 

Ayağını çölə çıxardı – sürücü və sərnişin polisə çağırıldı – VİDEO

Bir sıra media resurslarında “Mercedes” markalı nəqliyyat vasitəsində sərnişinin hərəkət zamanı ayaqlarını avtomobilin pəncərəsindən çölə çıxarmasına dair yayılan videogörüntülər araşdırılıb. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, araşdırmalarla nəqliyyat vasitəsinin sürücüsü Anar Sadıxzadə və sərnişini Fərid Mikayılov müəyyən olunaraq dəvət ediliblər. Bildirilib ki, onlarla profilaktik söhbətlər aparılıb və qayda pozuntusuna görə barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. “Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, bu kimi məsuliyyətsiz davranışlar nəinki avtomobildə olan şəxslərin, eyni zamanda digər hərəkət iştirakçılarının da həyat və sağlamlığı üçün təhlükə yaradır. Qanunvericiliyin tələblərinə yalnız sürücülər…

Read More