Hadisə 

Fikrət Cəfərli həbs olundu

İşgəncələr Əleyhinə Araşdırma Mərkəzinin sədri Fikrət Cəfərliyə qarşı xüsusi ittiham qaydasında qaldırılan iddia üzrə məhkəmə prosesi keçirilib. Bu gün Binəqədi Rayon Məhkəməsində hakim Zamiq Bağırovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Fikrət Cəfərli 4 ay müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Qeyd edək ki, Vəkillər Kollegiyasının İntizam Komissiyasının üzvü, vəkil Elvin Əliyev Fikrət Cəfərlini xüsusi ittiham qaydasında məhkəməyə verib. E.Əliyev F.Cəfərlinin ona sosial şəbəkədə böhtan atdığını, işgüzar nüfuzuna zərər vurduğunu iddia edərək onun Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi üzrə cinayət məsuliyyətə cəlb olunmasını istəyib.//APA

Read More
Hadisə 

Mərkəzi Nəbatat Bağında 7 yaşlı uşağı ilan sancdı – Vəziyyəti ağırdır

Mərkəzi Nəbatat Bağında 7 yaşlı Ə. Heydərovu ilan sancıb. Hadisə dünən baş verib. Uşaq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, azyaşlının vəziyyəti ağır qiymətləndirilir:  “Ötən gün ilan sancması səbəbi ilə 2018-ci il təvəllüdlü azyaşlı (kişi cinsli) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub. Dərhal zəruri tibbi xidmətlər göstərilən azyaşlıya ilan zəhəri əleyhinə zərdab tətbiq olunub. Hazırda azyaşlının müalicəsi Toksikologiya şöbəsində davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir”.  (Qafqazinfo)

Read More
Hadisə 

Pirşağı çimərliyində daha 2 nəfər boğuldu – Biri azyaşlıdır

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb. Dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar. Onların meyiti sudan çıxarılıb. Ölüm faktları ilə bağlı araşdırmalar aparılır./qafqazinfo

Read More
Hadisə 

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan PUA ilə Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb. Bu barədə Musavat.com-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, iyul ayının 28-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində aparılmış sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin pilotsuz uçuş aparatı (PUA) vasitəsilə İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. Axtarış tədbirləri nəticəsində sərhədyanı sahədən ümumi çəkisi 12 kiloqram 100 qram narkotik vasitə marixuana və 399 ədəd narkotik tərkibli metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Read More
Hadisə 

Pirşağı çimərliyində daha 2 nəfər boğuldu – Biri azyaşlıdır

Paytaxtın Sabunçu rayonunda yerləşən Pirşağı çimərliyində 2 nəfər suda batıb. Dünən saat 20 radələrində Pirşağı çimərliyində İmişli rayon sakini 2017-ci il təvəllüdlü Arif Aqil oğlu Rüstəmov və Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Rüfət Adil oğlu Cabbarov suda çimərkən boğulublar. Onların meyiti sudan çıxarılıb. Ölüm faktları ilə bağlı araşdırmalar aparılır.  (Qafqazinfo)

Read More
Hadisə 

SON DƏQİQƏ! Kazan Anıl Azərbaycanda HƏBS EDİLDİ

Türkiyənin beynəlxalq axtarışa verdiyi şəxs Azərbaycanda həbs edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən quldurluq cinayət əməlini törətməkdə təqsirli bilinərək beynəlxalq axtarışa verilmiş 1994-cü il təvəllüdlü həmin ölkənin vətəndaşı Kazan Anıl İbrahimin verilməsinə dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Kazan Anıl ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib. “Ekstradisiya haqqında” 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasına uyğun olaraq Kazan Anılın barəsində qərar qəbul edilərək, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun…

Read More
Hadisə 

Azərbaycan hərbçisinin qəhrəmanlığı: Bir yeniyetməni xilas etdi, özü isə…

Dünən Binəqədi rayonu Novxanı qəsəbəsində boğulma hadisəsi baş verib. 2 nəfər dənizdə boğularaq ölüb. Artıq 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlunun və 2009-cu il təvəllüdlü Cabbarov Əli Elşən oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Milli.Az-ın əldə etdiyi məlumata görə, 2003-cü il təvəllüdlü Əliyev Rəvan Şahin oğlu DİN-in Daxili Qoşunlarının hərbçisi olub. O dənizdə 2 yeniyetmənin boğulduğunu görüb. Dərhal onları xilas etməyə çalışıb. Əvvəlcə yeniyetmələrdən birini boğulmaqdan xilas edib. R.Əliyev digər boğulmaqda olan digər yeniyetmə Ə.Cabbarovu da xilas etmək üçün geri qayıdıb və onu xilas edərkən hər…

Read More