Hadisə 

DİN əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi Bakıda əməliyyat keçirib, 24 kiloqram narkotik aşkarlanıb. Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib. Bildirilib ki, Binəqədi rayonunda keçirilən əməliyyat zamanı narkoşəbəkəyə üzv olan iki nəfər – 47 yaşlı Elnur Hacıyev və 29 yaşlı Əkbər Kərimov saxlanılıblar. Sonunculara məxsus avtomobil və gizli saxlanc yerindən 24 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə cinayət əlaqəsinə girdiklərini etiraf edən E.Hacıyev və Ə.Kərimov narkotik vasitələri Yardımlı və Binəqədi rayonları ərazisindən götürüb maddi gəlir qazanmaq üçün satışını təşkil etməyi planlaşdırıblar. Faktla…

Read More
Hadisə 

Milli Qəhrəman Natiq Qasımovun anası VƏFAT ETDİ

Milli Qəhraman Natiq Qasımovun anası Dursun Qasımova Gəncə şəhərində vəfat edib. ARANTV.AZ  xəbər verir ki, bu barədə Teleqraf-ın yerli bürosuna N. Qasımovun qardaşı Nofəl Qasımov bildirib. “Anam təxminən 2 saat öncə dünyasını dəyişdi. Sabah Səbiskar qəbiristanlığında atamın məzarının yanında torpağa tapşıracağıq”- deyə N. Qasımov bildirib. Dursun Qasımovanın 83 yaşı vardı. Qeyd edək ki, Natiq Qasımov 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak…

Read More
Hadisə 

Bakıda avtoyuma məntəqəsində faciə: Ölən var

Bakıda avtomobil yuyan şəxsi elektrik cərəyanı vurub. Oxu.Az-ın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Bəhruz Nuriyev küçəsində yerləşən avtoyuma məntəqəsində baş verib. Orada işləyən Sahib Mahir oğlu Şəbiyev avtomobil yuyarkən elektrik cərəyanının vurması nəticəsində ölüb. Faktla bağlı rayon prokurorluğunda araşdırma davam etdirilir.

Read More
Hadisə 

Şadlıq sarayında bədbəxt hadisə: 23 yaşlı oğlan xəstəxanaya yerləşdirildi

Qax rayonunda yerləşən şadlıq saraylarından birində bədbəxt hadisə baş verib. 2002-ci il təvəllüdlü, əslən Ağdam rayonundan olan Orxan Nizami oğlu Qarayev tədbir zamanı şadlıq sarayının pilləkənindən yıxılıb. Hadisə nəticəsində o, ciddi xəsarət alıb və dərhal təcili tibbi yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Müayinə zamanı O.Qarayevə kəllə-beyin silkələnməsi diaqnozu qoyulub. Hazırda onun müalicəsi xəstəxanada davam etdirilir.\Oxu.Az

Read More
Hadisə 

Qubada məzuniyyətə gələn əsgəri maşın vurdu

Quba rayonunun Rustov kəndi ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hərbi xidmətdən məzuniyyətə gələn əsgər, rayonun Rustov kənd sakini 18 yaşlı Bayramov Pərvin Pərviz oğlunu avtomobil vurub. O müxtəlif dərəcəli xəsarətlər alaraq Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, hazırda tibbi yardım göstərilir. TƏBİB-dən verilən məlumata görə 2006-cı il təvəllüdlü şəxsə sol qamış sümüyünün qapalı sınığı, 3-4-5-ci qabırğaların sınığı və başın açıq yarası diaqnozu təyin olunub. Müalicəsi Travmatologiya şöbəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.//APA

Read More
Hadisə 

“İndi “lüstür”ümü bəyənmirsən, sabah da qızımı…” – Qiyasın qayınatası DANIŞDI

Ağdaşın Ləki qəsəbəsində cehiz məsələsinə görə intihar etdiyi deyilən Qiyas İsmayılzadənin qayınatası danışıb. Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb. O bildirib ki, nişanın pozulmasına səbəb oğlan evinin cehizləri bəyənməməsi olub: “Qızım zəng edib dedi ki, “lüstür”ü bəyənmirlər, deyirlər ki, bu plastikdir. Evimizə yaraşmır. Mən də oğlanın atasına zəng etdim, soruşdum ki, nə məsələdir? O da dedi ki, həmin söhbətə görə evdə narazılıq var. Mən əvvəldən demişdim ki, kasıbam. Dedim, cehizi qızıma almışam, sizə yox. Bu gün “lüstür”ü bəyənmirsən, sabah da qızımı bəyənməyəcəksən”. Qız evinin iddialarına görə, cehiz məsələsinə görə, əvvəllər…

Read More
Hadisə 

Azərbaycanda dağlıq ərazidə baş verən yanğınlar tam söndürülüb

Xocavənd rayonunun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi və Xocalı rayonunun Aşağı Yemişcan kəndləri istiqamətində dağlıq ərazidə baş vermiş yanğınlar söndürülüb. Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Nazirlyin yanğın-xilasetmə qüvvələrinin yüksək peşəkarlığı sayəsində yanğınların qarşısı alınıb.

Read More
Hadisə 

Yanacaqdoldurma məntəqəsi yaxınlığında ağır qəza – Yaralı var+FOTOLAR

Salyanda ağır yol qəzası baş verib. Hadisə Salyan-Noxudlu kənd yolunda qeydə alınıb. Belə ki, yanacaqdoldurma məntəqəsi yaxınlığında “Mercedes” markalı minik avtomobili “Ford Transit” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzada “Ford”un sürücüsü xəsarət alaraq rayon xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.  (Qafqazinfo)

Read More