Hadisə 

“Xüsusi hallar üzrə vəzifəli şəxs”i polis saxladı, 85 minlik dələduzluq

Bakıda özünü xüsusi hallar və əlaqələr üzrə vəzifəli şəxs kimi təqdim edib dələduzluq edən şəxs polis əməkdaşları tərəfindən saxlanıraq həbs edilib. Lent.az xəbər verir ki, 45 yaşlı Məmmədov Tural Səməd oğlu 2021-ci ildə tanışlarından birini mötəbər vəzifəyə — aviasiya şirkətinə rəhbər təyin etdirəcəyi vədi verməklə onun etibardan sui-istifadə etmə və aldatma yolu 85 min manat pulunu ələ keçirməkdə təqsirləndirilir. T.Məmmədovun ötən 4 il ərzində zərərçəkmişin işinin artıq həll olunduğunu, tapşırdığını və əmrinin gecikməsinin isə aparılan yoxlama ilə əlaqəli olmasını bildirməklə verdiyi yalan vədləri təkrar-təkrar dəyişib, ona daha başqa vəzifələr təklif edib. Aldadıldığını…

Read More
Hadisə 

Aytacdan 40 gündür xəbər yoxdur – VİDEO

Qonşu ölkədə itkin düşən 21 yaşlı soydaşımızdan 40 gündən çoxdur ki, xəbər yoxdur. Gürcüstanda azərbaycanlıların kompakt yaşadıqları Qardabani rayonunun Kosalı kənd sakini Aytac Məmmədova aprelin 1-də Tbilisidə itkin düşüb. Aytac Tbilisi Dövlət Universitetinin ikinci kurs tələbəsidir və o, təhsili ilə əlaqədar Tbilisidə yaşayıb. Ailəsi ilə sonuncu dəfə dostunun doğum gününə getməsi barədə danışıb. Oradan ayrıldıqdan sonra Aytac anasına səsli mesaj göndərib və əlaqə tamamilə kəsilib. “Rəfiqəsinin ad gününə getmək istəmirdi. Özüm göndərdim ki, gedib bir az dincəlsin. Əlaqə saxlayırdım. Sonuncu dəfə gecə səsyazısı göndərdi. “Gecən xeyrə qalsın. Səni öpürəm, heç…

Read More
Hadisə 

Qubada fəhlələri cərəyan vurdu- Biri öldü, digəri xəstəxanadadır

Quba rayonunda bədbəxt hadisə baş verib. Mayın 13-ü saat 18 radələrində Əski İqriq kəndinin ərazisində Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Fuad Əliyevə məxsus evdə təmir işləri aparılarkən orada işləyənləri elektrik cərəyanı vurub. Belə ki, paytaxt sakini Xanlar Paşayevin idarə etdiyi “Mercedes” markalı 99-BS-280 nömrə nişanlı betonqarışdıranın borusu elektrik xəttinə dəyib. Nəticədə orada fəhlə işləyən Qobustan rayon sakinləri – 2000-ci il təvəllüdlü Əsəd Elman oğlu Hüseynquliyevi və 2001-ci il təvəllüdlü Şəmistan Əşrəf oğlu Yusibovu cərəyan vurub. Ə.Hüseynquliyev hadisə yerində ölüb. Xəstəxanaya yerləşdirilən Ş.Yusibovun vəziyyəti orta-ağırdır. Hazırda faktla bağlı araşdırma aparılır./Qafqazinfo.az/

Read More
Hadisə 

Eşidib ki, inilti səsi gəlir… – 18 yaşlı Elgünün cinayətinin dəhşətli təfərrüatı

Xəbər verdiyimiz kimi, ötən gün axşam saatlarında Gəncə şəhərində 18 yaşlı oğlan ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Milli.Az xəbər verir ki, Elgün İbrahimov xəstəxanada vəfat edib. O, 34 saylı məktəbin 11-ci sinif şagirdi olub. Mərhumun atasının sözlərinə görə, Elgün döyülərkən tanınmaz hala salınıb: “Axşam bacım zəng edib ağlaya-ağlaya dedi ki, Elgünün başına iş gəlib, 3 nömrəli xəstəxanaya gəl. Həkimlərdən icazə alıb oğlumun yanına girdik. Uşağım vəhşicəsinə döyülmüşdü, tanınmaz halda idi. Başı yoxdur, tikə-tikə idi”. Məsələ ilə bağlı TƏBİB-dən bildirildi ki, mayın 13-də 2007-ci il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş…

Read More
Hadisə 

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI+FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Hazırda insan alveri cinayət əməllərinə görə axtarışda olan təqsirləndirilən şəxslərin sayı 13 nəfərdir. Onların siyahısını təqdim edirik: Ələkbərova Lalə Vilayət qızı – 13.12.1960-cı ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib. Orucova Ruhəngiz Şükür qızı – 14.01.1987-ci ildə Gəncə şəhərində anadan olub. Gəncə şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2021-ci ildə axtarış elan edilib. Məmmədova Gülnarə…

Read More
Hadisə 

Hakim infarkt keçirdi, xəstəxanada dünyasını dəyişdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib. Musavat.com-un məlumatına görə, bu gün infarkt keçirən S. Əliyev xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, S. Əliyev 2008-2016-cı illərdə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi kimi fəaliyyət göstərib.  2016-cı ildən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi idi. Allah rəhmət eləsin!

Read More
Hadisə 

SON DƏQİQƏ! Azərbaycanda yaşayış binasında partlayış – Ölən və xəsarət alan var

Gəncə şəhərində yaşayış binasında partlayış baş verib. Hadisə şəhərin Fikrət Əmirov küçəsində yerləşən binaların birində qeydə alınıb. Yaşayış binasında mənzillərin birində baş vermiş partlayış nəticəsində ölən və xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub. Faktla bağlı araşdırma aparılır.  (Report)

Read More
Hadisə 

Həftəsonu vətəndaşların bank kartlarından 13 min manatdan çox pul oğurlanıb

Vətəndaşların bank kartlarından mayın 10-da və 11-də 13 min manatdan çox pul oğurlanıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, vətəndaşların bank kartlarından oğurluqlar davam edir: “Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar”. Məlumatda qeyd olunub ki, mayın 10-da və 11-də ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 11000, 750, 430, 403, 200, 100, 72,…

Read More