Ağdam-Füzuli yolunda QƏZA- 20 nəfər xəsarət alıb
Bu gün Ağdam-Füzuli avtomobil yolunun 22-ci kilometrliyində Ford markalı sərnişin daşıyan nəqliyyat vasitəsinin aşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib. DİN-in Mətbuat Xidmətinin regional qrupundan Musavat.com-a bildirilib ki, hadisə zamanı avtomobildə olan 20 nəfər Baharlı qəsəbə sakini müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlara müvafiq tibbi yardım göstərilib. Faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır.
Read More