Hadisə 

Azərbaycanda DƏHŞƏT: 24 yaşlı gəlin öldürüldü, qayınanası yaralandı

İyulun 6-sı saat 18 radələrində Qobustan rayonunda qətl törədilib. Rayonun Təklə kəndindəki evdə 2001-ci il təvəllüdlü Günel Rasim qızı Ağabəyli bıçaqlanaraq öldürülüb. Onun qayınanası 1959-cu il təvəllüdlü Sevil Ağayevanın isə baş və əl nahiyələrinə bıçaqla xəsarətlər yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən G.Ağabəylinin qayınatası 1957-ci il təvəllüdlü Orucağa Sətdar oğlu Ağayev polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlərlə saxlanılıb. Xəstəxanaya yerləşdirilmiş S.Ağayevanın vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.**qafqazinfo.az

Read More
Hadisə 

Baş Prokurorluğun istintaqa çağırdığı İmaməddin Əlimanovun məhkəməsi başlayıb

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqdirləndirilən İmaməddin Əlimanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib. “Report”un məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ölkə xaricində yaşadığı üçün məhkəməyə gətirilməsi mümkün olmayıb. Hakim prosesin qapalı keçiriləcəyini bildirib və media nümayəndələri məhkəmə zalından çıxarılıb. Məlumata görə, cinayət işi məhkəmə baxışına verilib və növbəti iclas iyulun 18-nə təyin olunub. Qeyd edək ki, İmaməddin İntiqam oğlu Əlimanov bu ilin aprel ayında Baş Prokurorluğun İstintaq İdarəsinə çağırılıb. Rəsmi məlumata görə, o, 2019-cu ilin aprel ayından başlayaraq 2021-ci…

Read More
Hadisə 

“LC Waikiki”nin anbarı yandı- Xeyli miqdarda ziyan dəydi

“LC Waikiki” mağazalar şəbəkəsinin anbarında yanğın baş verib. ARANTV.AZ  xəbər verir ki, hadisə iyulun 6-da gecə saat 02:00 radələrində olub. Hadisə mağazalar şəbəkəsinin Binəqədidə yerləşən anbarında yaşanıb. Yanğın nəticəsində xeyli miqdarda ziyan dəyib. Şirkətin xeyli sayda geyim əşyaları yanaraq məhv olub. İlkin məlumata görə hadisə qısapanmadan baş verib.

Read More
Hadisə 

İki dostun öldüyü dəhşətli qəzanın ŞOK təfərrüatı

Şəmkirdə iki dostun öldüyü dəhşətli qəzanın təfərrüatı məlum olub. İstintaq zamanı qəzanın sərxoş halda maşını idarə edən sürücünün idarəetməni itirərək kanala aşması nəticəsində baş verdiyi müəyyən edilib. Musavat.com-un xəbərinə görə, hadisə Şəmkir rayonu, Təzəkənd-Qapanlı kənd yolunda baş verib. “Ford Transit” markalı yük maşını Qapanlı kəndi ərazisində olan körpünün üzərindən içərisində su olmayan kanala aşıb. Nəticədə sürücü Tural İsgəndərli və yanında əyləşən Elçin Manafov aldıqları xəsarətdən hadisə yerində ölüblər. Araşdırma zamanı sürücü Tural İsgəndərlinin sərxoş olduğu müəyyən edilib. Həmçinin onun sürücülük vəsiqəsi olmadığı da məlum olub. Turalla Elçin uşaqlıq dostu olublar.…

Read More
Hadisə 

Mingəçevirdə çayda İKİ KATER TOQQUŞDU: Yaralılar varYENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinə (FHN) Kür çayının Mingəçevir şəhərindən keçən hissəsində 2 ədəd mühərrikli qayığın toqquşması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub və qayıqların vətəndaşlarla birgə sahilə çıxarılması təmin edilib. Qəza nəticəsində su nəqliyyat vasitələrində olan 5 nəfər vətəndaş yüngül xəsarət alıb. Hadisə zamanı xəsarət alan və tibb müəssisəsinə yerləşdirilən şəxslər 2011-ci il təvəllüdlü Ə.Vəliyev, 2008-ci il təvəllüdlü Ə.Xudiyev, 1984-cü il təvəllüdlü O.Xudiyev, 2007-ci il təvəllüdlü G.Xudiyeva, 2018-ci il təvəllüdlü T.Xudiyev, 1983-cü il təvəllüdlü X.Vəliyevdir. Daha iki…

Read More
Hadisə 

Komada olan Vətən müharibəsi iştirakçısı vəfat etdi – FOTO

Vətən müharibəsi iştirakçısı Hüseynov Sübhan İlham oğlu vəfat edib.  1999-cu il təvəllüdlü ehtiyatda olan baş leytenant Ucar rayonunun Qazyan kəndindəndir. Məlumata görə o, bir müddət öncə Ucar rayon Mərkəzi Xəstəxanasında qıl dönməsi səbəbi ilə əməliyyat olunub. S.Hüseynov burada narkozun təsirindən komaya düşüb. Daha sonra onu Bakıdakı özəl xəstəxanaların birinə çatdırıblar. Maliyyə çatışmazlığı səbəbindən Qobustan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən baş leytenant komadan ayılmağı bacarsa da, bu gün dünyasını dəyişib. O, doğulduğu Qazyan kəndində dəfn olunacaq.  (Unikal)

Read More
Hadisə 

Polis əməliyyatlar keçirdi – 35 nəfər saxlanılıb

İyulun 4-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 63, o cümlədən borclu şəxs qismində axtarışda olan 57 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Bundan başqa, narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib. Eləcə də, cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Read More
Hadisə 

Sabirabadda bir nəfər çayda batıb

Kür çayının Sabirabad rayonu, Ulacalı kəndindən keçən hissəsində 1 nəfər batıb. “Report” xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Məlumatla əlaqədar nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Read More