Hadisə 

Masallıda avtoqəzada bir nəfər ölüb, üç nəfər xəsarət alıb

Masallıda avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb. “Report”un Cənub bürosunun məlumatına görə, hadisə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Masallının Ərkivan qəsəbəsinin sakini, 1990-cı il təvəllüdlü Şədulla Taleh oğlu Vəliyevin idarə etdiyi “KİA Optima” markalı minik avtomobili “KamAZ” markalı yük maşını ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücü və sərnişinləri – Ərkivan qəsəbəsinin sakinləri, 1966-cı il təvəllüdlü Sevda Abas qızı Hüseynova, 1976-cı il təvəllüdlü Aslan Allahverdi oğlu Hüseynov və 1975-ci il təvəllüdlü Şəhla Abas qızı Vəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi…

Read More
Hadisə 

9200 ədəd xaş-xaş kolu məhv edildi

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Alar kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib. Bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb. Ümumi çəkisi 1650 kiloqram olan 9200 ədəd xaş-xaş kolu yandırılaraq məhv edilib.

Read More
Hadisə 

Yasamalda baş verən partlayışla əlaqədar əraziyə 5 təcili tibbi yardım briqadası cəlb edilib

26.06.2025-ci il tarixində saat 23:05 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakının Yasamal rayonu ərazisində partlayış baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğuna cavab olaraq TƏBİB-dən bildirilib Dərhal çağırış üzrə ilkin olaraq 5 təcili tibbi yardım briqadası əraziyə cəlb edilib. Hələlik hadisə ilə bağlı təcili tibbi yardım xidmətinə müraciət qeydə alınmayıb.

Read More
Hadisə 

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda daha bir tələbə vəfat edib. Azərbaycan Dövlət Pedeqoji Universitetinin tələbəsi Elnur İsmayılov dünyasını dəyişib. E. İsmayılov universitetin 3-cü kurs tələbəsi olub və Coğrafiya müəllimliyi fakültəsində təhsil alırmış. Tələbənin hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil/Bizim.Media

Read More
Hadisə 

Azərbaycanda həkimin oğlu kanalda batdı

Füzüli rayonunda kanalda batan Nihad Nağızadə məktəblidir. Əslən rayonun Aşağı Seyidəhmədli kəndindən olan 16 yaşlı N.Nağızadə hazırda Qaydış 4 qəsəbəsində yaşayır. Qəsəbə məktəbində təhsil alan Nihad bu il X sinifi bitirib. Onun atası Vüqar Nağızadə Füzuli rayon təcili təxirə salınmaz tibbi yardım briqadasında həkim işləyir. Hazırda N.Nağızadənin axtarışları davam edir./Teleqraf

Read More
Hadisə 

Kəlbəcərdə yük avtomobili aşdı, ölən var

Kəlbəcərdə yük avtomobili aşıb, ölən var. Məlumata görə, Tovuz rayon sakini 1998-ci il təvəllüdlü Orxan Mustafayev Kəlbəcər rayon ərazisində idarə etdiyi “HOVO” markalı yük avtomobilinin idarəetməsini itirib. Nəticədə yük avtomobili çaya aşıb və sürücü O.Mustafayev hadisə yerində ölüb. Məlumat üçün bildirək ki, sürücü Kəlbəcər rayonunda fəaliyyət göstərən şirkətlərin birində işləyib. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Hadisə 

Tovuzda qidadan zəhərlənənlərin sayı 28-ə çatıb

Bu gün saat 16:56 radələrində 28 nəfər (13-ü kişi, 15-i qadın cinsli olmaqla) zəhərlənmə şübhəsilə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya edilib. “Report”un Qərb bürosu xəbər verir ki, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib və vəziyyətləri stabil qiymətləndirilib. Hazırda onların müalicəsi tibb müəssisəsinin TTTY şöbələrdə davam etdirilir. *** Tovuzda qidadan zəhərlənən digər şəxslərin adları məlum olub. “Report”un Qərb bürosu xəbər verir ki, onlar 2012-ci il təvəllüdlü Qədir Yusofov, 1997-ci il təvəllüdlü Səbinə Muradova, 1987-ci il təvəllüdlü Şəhanə İsmayılova, 2015-ci il təvəllüdlü Dilək Musayeva, 2005-ci…

Read More