Hadisə 

Həyətində narkotik bitkilər yetişdirən şəxs SAXLANILDI

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində tədbirlər davam etdirilir. DİN-nin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Musavat.com-a verilən məlumata görə, keçirilən əməliyyat nəticəsində əvvəllər də qeyd edilən cinayət əməlinə görə məhkum olunmuş Cəfər Dadaşov saxlanılıb. Onun üzərindən marixuana, həyətyanı sahəsindən isə kultivasiya yolu ilə yetişdirdiyi 80 ədəd çətənə kolu aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Gəncədəki xəstəxanada oksigen balonu yandı- Xəstələr təxliyə edilir

Gəncədə xəstəxanada oksigen balonu yanıb. Hadisə Abbas Səhhət adına 1 saylı Xəstəxanada qeydə alınıb. Hazırda xəstəxananın Reanimasiya şöbəsində olan xəstələr Gəncə şəhər Zülfüqar Məmmədov adına 3 saylı Xəstəxanaya köçürülür. İlkin məlumata görə, təxminən 10-dan artıq xəstə artıq təxliyə olunub. Bildirilib ki, Abbas Səhhət adına Xəstəxanaya elektrik enerjisi verilişi dayandırılıb, həmçinin bəzi xidmətlər göstərilmir. Əlavə məlumat veriləcək./Qafqazinfo.az/

Read More
Hadisə 

Zəhərlənərək ölən Dərya tatu ustası imiş – DETALLARVİDEO

Bakıda həyatını itirən 2005-ci il təvəllüdlü Dərya Ağayevanın doğmaları onun vaxtsız ölümünün təfərrüatını Baku TV-yə danışıblar. Onlar bildiriblər ki, sosial şəbəkələrdə yayılan məlumatların böyük əksəriyyəti həqiqəti əks etdirmir. 20 yaşlı qız universitet tələbəsi olmayıb, pirsinq və tatu ustası kimi işləyirmiş. Hadisənin baş verdiyi gün qarpız yedikdən sonra vəziyyəti pisləşib. Mərhumun bundan əvvəl də qıcolmaları olurmuş. “Qarpız yedikdən sonra yatdı. 4-5 saat sonra anam məni yuxudan oyadıb dedi ki, Dərya özünü pis hiss edir, xəstəxanaya getməliyik. Təcili tibbi yardım maşınında komaya düşdü. Epilepsiyası var idi, zəhərlənib və qıcolma vəziyyətinə düşüb”, –…

Read More
Hadisə 

Ələt-Astara yolunda iki təkər qaldıran “avtoş” həbs olundu

Magistral yolda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bu barədə Musavat.com-a Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Məlumata görə, idarənin Yol Patrul Xidməti Alayının əməkdaşlarının keçirdikləri tədbirlərlə “VAZ 2107” markalı avtomobilin sürücüsü Mahir Namiq oğlu Məmmədlinin Ələt-Astara magistral avtomobil yolunda ictimai qaydanı kobud şəkildə pozaraq avtoxuliqanlıq etdiyinə dair sübutlar toplanıb. Araşdırma zamanı məlum olub ki, M.Məmmədli nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edib və həmin təhlükəli hərəkətləri videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb. Onun törətdiyi hərəkətlər digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb. Toplanmış materiallar məhkəməyə təqdim olunub və…

Read More
Hadisə 

Tiktoker “Bəniz” ev dustaqlığına buraxılmadı

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə məhkəmənin növbəti hazırlıq iclası keçirilib. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxsin vəkili onun ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib. Vəsatət təmin olunmayıb. İşin məhkəmə baxışına verilməsi ilə bağlı qərar qəbul olunub. Məhkəmənin baxış iclası iyunun 17-nə təyin edilib. Qeyd edək ki, Aybəniz Səyyaf qızı Xəlilova barəsində Suraxanı Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Zərərçəkmiş X.Kərimov “Bəniz” ləqəbli tiktoker barəsində Suraxanı Rayon Polis İdarəsinə…

Read More
Hadisə 

DİN: Ötən gün 26 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 9-da ümumi çəkisi 26,6 kiloqramdan artıq narkotik vasitə, 717 ədəd psixotrop tərkibli həb və kultivasiya yolu ilə yetişdirilmiş 15 ədəd çətənə kolu götürülüb, yabanı halda bitmiş 6,4 tona yaxın çəkidə 34 min 500 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Read More
Hadisə 

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb

Dənizkənarı Milli Park ərazisində sudan meyit çıxarılıb. ARANTV.AZ  xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Dənizkənarı Milli Park ərazisində, dənizdən 1 nəfərin meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub. Müraciətlə əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunublar. Həyata keçirilən tədbirlər nəticəsində meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Read More