Lənkəranda DƏHŞƏT: Operator FACİƏVİ ŞƏKİLDƏ öldü – FOTO
Lənkəran rayonunun Viyən kəndində antibiotik iynəsi vurulan şəxs dünyasını dəyişib. Məlumata görə, 1993-cü il təvəllüdlü kənd sakini İmran İqbal oğlu Məmmədov yüksək hərarət səbəbilə ev şəraitində müalicə olunub. Yaxınlarının bildirdiyinə görə, qonşulardan biri ona antibiotik iynəsi vurub. İynədən sonra İ.Məmmədovun vəziyyəti qəfil pisləşib və dərhal təcili tibbi yardım çağırılıb. Hadisə yerinə gələn həkim briqadası onun artıq dünyasını dəyişdiyini müəyyən edib. Həkiməqədər ölüm faktı qeydə alınıb. Mərhumun cəsədi ölüm səbəbinin müəyyən olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. Ölümün dəqiq səbəbi ekspertizanın rəyindən sonra…
Read More