Ağır qəzada yaralananların VƏZİYYƏTİ… – RƏSMİ
Bu gün saat 11:45 radələrində Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2010 və 1953-cü il təvəllüdlü iki nəfər (kişi cinsli) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə TƏBİB-dən məlumat verilib.
“Onlara başın təpə nahiyəsinin dərin kəsilmiş yarası və dəqiqləşdirilməmiş travması diaqnozu təyin edilib.
Hazırda pasiyentlərin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir”, – məlumatda qeyd olunub.