Hadisə 

Azərbaycanda müəllim bıçaqlandı

Ağdamda bıçaqlanma hadisəsi baş verib. Hadisə ötən gün rayonun Zəngişalı kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəlüdlü Əsəd Nərimanov həmyerlisi ilə aralarında yaranmış mübahisə zəminində bıçaq xəsarətləri alıb. Xəsarət alan şəxs Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra paytaxtda yerləşən xəstəxanalardan birinə göndərilib. Xəsarət aln Əsəd Nərimanov Rahib Məmmədov adına Mahrızli kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Hadisəni törətməkdə şübhəli bilinən Vasif Səfərov polis tərəfindən saxlanılaraq istintaqa cəlb olunub. Faktla bağlı araşdırma gedir. /APA

Read More
Hadisə 

Bakıda ŞOK: çörək maşınında narkotik daşıyırdı – VİDEO

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Xəzər rayonunda əməliyyat keçirilib. Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, nəticədə 37 yaşlı Bəhruz Şükürov tutulub. Onun evindən 14 kiloqram tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb. Saxlanılan şəxs kamuflaj olunmaq məqsədi ilə mağazalara çörək daşıdığı avtomobili ilə narkotiklərin ünvanlara çatdırılmasını təşkil edib. B.Şükürov ifadəsində narkotik vasitələri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə Qaradağ rayonu ərazisindən götürdüyünü və ayrı-ayrı ünvanlara çatdıraraq maddi qazanc əldə etmək niyyətində olduğunu bildirib. Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Read More
Hadisə 

Şəmkirdə avtomobil dərəyə aşıb, xəsarət alanlar var

Şəmkir rayonunda ağır yol qəzası baş verib. “Report”un Qərb bürosunun məlumatına görə, hadisə rayonun Sərxan kənd ərazisində qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 1979-cu il təvəllüdlü E.Süleymanov, 1972-ci il təvəllüdlü G.Yulçuyev, 1971-ci il təvəllüdlü Z.Məmmədov, 1991-ci il təvəllüdlü O.Məmmədov və 1983-cü il təvəllüdlü N.Səfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyəti kafi və orta-ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır.

Read More
Hadisə 

Ağdərədə MİNA PARTLADI – Xəsarət alan varYENİLƏNİB

Ağdərə rayonunda minaya düşən şəxs Tərtər xəstəxanasına yerləşdirilib. Ağdərə rayonunun Qırmızı kənd ərazisində minaya düşərək xəsarət alan 1978-ci il təvəllüdlü Tərtər Rayon Yuxarı Qaradağlı kənd sakini Hüseynov Telman Əhməd oğlu ərazidən götürülüb. Tərtər Rayon Mərkəzi Xəstəxanasının təcili tibbi yardım şöbəsinə yerləşdirilən yaralaya ilkin tibbi yardım göstərilib. T. Hüseynovun sol ayağının pəncəsi və ayağın ağaşı hissəsinin çox saylı qəlpə yaraları alıb. Yaralının Bərdə mərkəzi xəstəxanasının travmatologiya şöbəsinə köçürüləcəyi bildirilib. Qeyd edək ki, hadisənin baş verdiyi ərazi keçmiş təmas xətti olub. *** Ağdərə rayonunda mina hadisəsi baş verib. Hadisə rayonun Qırmızı kənd…

Read More
Hadisə 

Tərtərdə minaya düşən şəxsin ayağı amputasiya edilib, vəziyyəti ağırdır

Tərtərdə minaya düşərək xəsarət alan şəxsin ayağı amputasiya edilib. “Report”un Qarabağ Bürosuna Bərdə Mərkəzi Xəstəxanasından bildirilib ki, 30.05.2025-ci il tarixində saat 20:30 radələrində Tərtər rayonu Qaradağlı kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1978-ci il təvəllüdlü şəxs (kişi cinsli) Tərtər Rayon Mərkəzi Xəstəxanasından Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub. “Sağ aşıq baldırının travmatik amputasiyası, sağ baldırın qəlpə yarası diaqnozu təyin edilən pasiyentin üzərində sağ baldır ayaq oynağının şopar oynağı amputasiyası əməliyyatı icra olunacaq. Hazırda müvafiq şöbədə müalicəsi davam etdirilir, vəziyyəti ağırdır”.

Read More
Hadisə 

Hərbi vəzifəli şəxslərə cinayət işi açıldı

Hərbi Prokurorluğun İstintaq idarəsində hərbi vəzifəli şəxslərin qanunsuz əməllərinə dair cinayət işi başlanaraq, ibtidai istintaq aparılır. Bu barədə Musavat.com-a hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib. Bildirilib ki, istintaqla Müdafiə Nazirliyinin hərbi qulluqçusu olan Azad Məmmədovun N saylı hərbi hissənin xidmət rəisi vəzifəsində xidmət etdiyi müddətdə mənimsəmə və digər qanunsuz əməllər törətməsinə əsaslı şübhələr müəyyən edilib. Bundan başqa, cinayət işi üzrə davam etdirilən istintaq tədbirləri ilə hüquqi şəxsə faktiki rəhbərliyi həyata keçirmiş mülki şəxs Cahangir Hüseynovun müxtəlif hərbi vəzifəli şəxslərlə əlbir…

Read More
Hadisə 

Faciəli şəkildə həyatını itirdi

Ağsuda yol qəzasında xəsarət alan şəxs xəstəxanada vəfat edib. 1992-ci il təvəllüdlü Ramin Abdullayevin idarə etdiyi “Mercedes” markalı avtomobil mayın 25-də yoldan çıxaraq aşıb. R.Abdullayev aldığı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilsə də, mayın 29-da vəfat edib./Oxu24.com

Read More
Hadisə 

Fərid Xəzər Universitetinə bıçaqla giribmiş – DETALLAR

Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb. Hadisə universitetin 3-cü kurs tələbələri – 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib. Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib: “Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində…

Read More