İdman 

“Barselona”ya yeni hücumçu gəlir

İngiltərinin “Vulverhempton” klubunun hücumçusu Adama Traore “Barselona”ya keçəcək. ARANTV.AZ Trend-ə istinadən bildirir ki, bu barədə öz “Twitter” səhifəsində İtaliyalı jurnalist Fabritsio Romano yazıb. Mənbənin məlumatına görə, Kataloniya klubu futbolçunu transfer etmək imkanı ilə mövsümün sonuna qədər icarə əsasında alacaq. İspaniyalı futbolçu bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.

Read More
İdman 

AMADA dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirir

Dopinqlə mübarizə sahəsində Milli Əlaqələndirici Mərkəz olan Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinq vasitələrinin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirəcək. ARANTV.AZ xəbər verir ki, qurum problemin törətdiyi ictimai təhlükəni də nəzərə alaraq dopinq vasitələri ilə mübarizəni gücləndirmək məqsədi ilə xüsusi tədbirlər planı hazırlayıb. Tədbirlər planında dopinq vasitələrinin bazarının geniş təhlil edilməsi və aidiyyəti dövlət qurumları ilə birgə mübarizə tədbirlərinin gücləndirilməsi əksini tapıb. Bu istiqamətdə aidiyyəti qurumlarla əməkdaşlığın, məlumat və təcrübə mübadiləsinin  artırılması  nəzərdə tutulub. Bundan əlavə dopinq vasitələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxslərin “Qırmızı Siyahı”sının müəyyənləşdirilməsi və bu siyahının…

Read More
İdman 

Genaral Tofiq Musayevə medal təqdim etdi – FOTO/VİDEO

Azərbaycanlı MMA idmançısı Tofiq Musayev döyüş medalı ilə mükafatlandırılıb. ARANTV.AZ-ın xəbərinə görə, Sərhəd Qoşunlarının general-mayoru Rəsul Tağıyev bu gün ona “Cəsur döyüşçü” medalını təqdim edib. Qeyd edək ki, Tofiq Musayev müharibə vaxtı Azərbaycan Silahlı Qüvvələrinin leytenantı kimi fəaliyyət göstərib. O, müharibə başa çatdıqdan sonra Zəngilanda Ermənistanla sərhəddə xidmət edib.  

Read More
İdman 

“Sabah”a rusiyalı baş məşqçini Balaş Qasımov dəvət edib

Sabah”ın adının mənası növbəti gün, gələcək deməkdir və klub “Bridge company” şirkətlər qrupuna aiddir”. “Report” xəbər verir ki, bunu “Sabah” klubunun baş məşqçisi Murad Musayev “Match TV”yə geniş müsahibəsində deyib. 39 yaşlı mütəxəssis paytaxt təmsilçisinin sükanı arxasına keçməklə bağlı ilk dəvəti İctimai Televiziyanın baş direktoru Balaş Qasımovdan aldığını bildirib: “Bir neçə dəfə “Zoom” proqramı vasitəsilə söhbətimiz oldu. Sonra komandanın oyunlarından birini izləmək üçün Bakıya uçdum. “Sabah”ın prezidenti Maqsud Adıgezyalov və baş direktoru Ramin Həsənovla tanış oldum. Amma ilk dəvət tanınmış ekspert Balaş Qasımovdan gəlib”. Rusiyalı baş məşqçi Qasımovla əvvəllər heç…

Read More
İdman 

Nazir Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış oldu – FOTO

Gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Yelkənli İdman Federasiyasının fəaliyyəti ilə tanış olub. Gənc idmançılarla görüşən nazir onların dənizdə məşqlərini izləyib. Federasiya prezidenti Qüdrət Qurbanov görülən işlər barədə məlumat verib. Görüş zamanı görülmüş işlər, idmançıların dünya və Avropa çempionatlarında, beynəlxalq yarışlarda iştirakı və nəticələri barədə təqdimat olub, bu idman növünün inkişafı istiqamətində müzakirələr aparılıb. Qeyd edək ki, görüşdə nazir müavini Mariana Vasileva və Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov da iştirak edib.  

Read More
İdman 

Türkiyəli idmançıdan buz bağlayan göldə möhtəşəm performans – VİDEO

Türkiyənin fiqurlu konkisürmə üzrə milli komanda idmançısı İqlim Şentunalı Şərqi Anadolunun ikinci böyük gölü olan Çıldırda buz üzərində performans nümayiş etdirib. Şentunalının sosial media hesabında paylaşdığı video böyük maraqla qarşılanıb. Ərdahan və Qars sərhədlərindəki Çıldır gölünün donması əsrarəngiz görüntülər yaradıb. Mənbə: Haberler

Read More
İdman 

Türkiyədəki qara görə “Qarabağ”ın oyunu təxirə salındı

Antalyanın Belek bölgəsində yağmış qar “Qarabağ”ın planında dəyişikliyə səbəb olub. Bununla bağlı klub məlumat yayıb. Bildirilib ki, Çexiyanın “Bohemians” klubu ilə 12:00-da start götürməli olan yoxlama oyunu meydanın qardan təmizlənməsində yaşanan çətinliyə görə ləngiyir. Qeyd edilib ki, oyunun başlama vaxtı dəqiqləşən kimi məlumat veriləcək. Xatırladaq ki, “Qarabağ” bu gün ikinci yoxlama matçında saat 18:00-da Polşanın “Visla Krakov” klubu ilə qarşılaşacaq.

Read More
İdman 

Afrika Kubokunda faciə: Ən azı yeddi nəfər öldü, 40 yaralı – FOTO

Afrika Kubokunda 1/8 finalın Kamerun-Komor adaları görüşündən öncə yaranmış izdiham nəticəsində ən azı yeddi nəfər həlak olub. Ölənlərin sayının artması istisna edilmir. Təxminən 40 nəfərin hadisə zamanı xəsarət alaraq xəstəxanalara çatdırıldığı bildirilir. Qeyd edək ki, görüşdə Kamerun millisi 2:1 hesabı ilə qələbə qazanıb.   Mənbə: Associated Press

Read More
İdman 

AŞPA-nın yeni prezidenti seçilib

Niderlandlı siyasətçi Tini Koks Avropa Şurası Parlament Assambleyasının prezidenti seçilib . O, səsvermədə ukraynalı rəqibi Mariya Mezentsevanı məğlub edib. T.Koksa 164, M.Mezentsevaya isə 80 nümayəndə səs verib. Tini Koks bu vəzifədə belçikalı senator Hendrik Daemsi əvəz edib. Mənbə: Dsnews.ua

Read More
İdman 

Mingəçevirdə ilin ilk yarışı keçiriləcək – VİDEO

Azərbaycan Milli Avarçəkmə Federasiyası yeni rəhbərliyin altında ilk yarışını keçirəcək. ARANTV.AZ-ın xəbərinə görə, yanvarın 29-da Mingəçevir şəhərində avarçəkmə üzrə ilin ilk yarışı baş tutacaq. Yarış “Gənclər Kuboku” adlanacaq. Qeyd edək ki, dekabrın 22-də Milli Avarçəkmə Federasiyasının prezidenti vəzifəsinə “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov seçilib. O, bu postda Elçin Zeynalovu əvəzləyib.

Read More