İdman 

“Qarabağ” “Şkendiya” ilə oyuna bu heyətlə çıxacaq

UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunlarında keçiriləcək “Şkendiya” (Şimali Makedoniya) – “Qarabağ” (Azərbaycan) matçının heyətləri bəlli olub. QOL.az xəbər verir ki, Ağdam təmsilçisi 22:00-da başlayacaq görüşə aşağıdakı tərkibdə çıxacaq: “Şkendiya”: 24. Gaye, 2. Trumçi, 4. Ramadani, 5. Keyk, 6. Alhassan, 7. B. İbraimi (k), 10. Krasniqi, 11. Vebster, 15. Fetai, 29. Tamba, 77. Latifi Ehtiyat oyunçular: 25. Amzai, 30. Ramani, 8. Ramadani, 9. Ademi, 16. Murati, 17. Zeynullai, 19. Krstevski, 22. Ajetoviç, 26. Meliqi, 27. Kaba, 28. Qaka, 38. Nuhija “Qarabağ”: 99. Mateuş Koxalski, 13. Bəhlul Mustafazadə, 81.…

Read More
İdman 

“Qarabağ” Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək

“Qarabağ” klubu UEFA Çempionlar Liqasında növbəti oyununu bu gün keçirəcək. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv turnirin III təsnifat mərhələsində ilk oyununa çıxacaq. Azərbaycan çempionu Şimali Makedoniyada yerli “Şkendiya” komandası ilə üz-üzə gələcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da start götürəcək. Görüşün baş hakimi slovakiyalı İvan Krujlyak olacaq. Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.//Report

Read More
İdman 

Qurban Qurbanov: “Şkendiya” ilə matçda sona qədər öz xarakterimizi göstərməliyik”

“Qarabağ” futbolçuları “Şkendiya” ilə matçda xarakter göstərməlidirlər. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Şkendiya”ya (Şimali Makedoniya) qarşı keçirəcəkləri ilk oyundan öncə mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis səfərdəki qarşılaşmaya ciddi hazırlaşdıqlarını söyləyib: “Sabah çox çətin oyuna çıxacağıq. İlk görüşün Şimali Makedoniyada keçirilməsi rəqib üçün üstünlükdür. Çempionlar Liqasında iki ardıcıl qələbədən sonra öz meydanlarında ruh yüksəkliyi ilə çıxış edəcəklər. İstəkli komandaya qarşı mübarizə aparacağıq. Sabahkı oyuna tam hazırıq. Sabah bu komandaya qarşı öz xarakterimizi göstərməliyik. Bakıya sərfəli nəticə ilə dönmək istəyirik”. O,…

Read More
İdman 

“Qarabağ” dərhal müqavilə imzalamaq istəyir – Maaşını ən azı üçqat artırmağa hazırdır

“Qarabağ”ın İsrailin “Hapoel Beer Şeva” komandasının yarımmüdafiəçisi Lukas Venturanı transfer etmək istədiyi iddia olunur. Bu haqda Bolqarıstanın “Koto Sport” nəşri məlumat yayıb. Qeyd edilir ki, 27 yaşlı braziliyalı futbolçunu Sofiyanın SSKA komandası da heyətində görmək istəyir. Nəşrin yazısında bildirilir: “Avropa turnirlərindən “Hapoel Beer Şeva”nın erkən mübarizədən kənarlaşdırılması İsrail klubunda ciddi narahatlıq yaradıb. Klub daxilində əsas futbolçuların – xüsusilə Lukas Ventura və Kings Kangvanın ayrılmaq ehtimalı gündəmə gəlib. Bu iki ulduzdan biri – braziliyalı yarımmüdafiəçi Lukas Ventura ilə Azərbaycan çempionu “Qarabağ” dərhal müqavilə imzalamaq istəyir. Klub onun transferi üçün ciddi maliyyə vəsaiti…

Read More
İdman 

“Qarabağ” “Şelburn”la cavab oyununda üz-üzə

UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşləri davam edir.  Azərbaycanı qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ” bu gün növbəti sınağına çıxacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu “köhlən atlar” İrlandiyanın “Şelburn” komandasını qonaq edəcək. Bir həftə öncə səfərdə 3:0-lıq qələbə qazanaraq cütün taleyini böyük ölçüdə həll edən Ağdam təmsilçisi üstünlüyünü qorumağa çalışacaq. Qarşılaşmaya saat 21:00-da start veriləcək. Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq görüşü italiyalı hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Andrea Kolombo olacaq. Ona Stefano Alassio ilə Dario Çeççoni kömək edəcək. Dördüncü hakim funksiyasını Kevin…

Read More
İdman 

“Qarabağ” erməni klubu ilə oynayarmı?

Deputat bunu erkən sayır; idman yazarı isə bu ideyanın yersiz olduğunu düşünür Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Hidayət Orucov Kulis.az-a geniş müsahibəsində sovet vaxtı Ermənistandakı fəaliyyətindən danışıb və bir sıra maraqlı faktlara toxunub. O, keçirilən futbol yarışlarından da söz açıb.  Sitat: “Bizim rayonda Zəngəzurun digər bölgələrinə – Vedibasara, Zəngibsara, Hamamlıya, Göyçənin özünə nisbətən erməni millətçiliyi kəskin hiss olunmurdu. Münasibətlərin hədsiz gərginliyi “Neftçi” ilə “Ararat”ın oyununda açıq-aydın görünürdü. Onların oyunlarının nəticələri münasibətlərə çox mənfi təsir göstərirdi. Ooo, “Neftçi” qalib gələndə bütün azərbaycanlıların, “Ararat” qalib gələndə bütün ermənilərin milli…

Read More
İdman 

Avrokuboklarda hələ belə uğurumuz olmamışdı

UEFA reytinqində Rusiyanı ötərək bir pillə irəliləyə bilərik Builki avrokubok mövsümü müstəqillik qazandığımız 34 ilin ən uğurlu mövsümüdür. Azərbaycanın UEFA reytinqində xal ehtiyatı daha da artıb. Bu “Qarabağ” (Çempionlar Liqası), “Zirə”, “Sabah” və “Araz Naxçıvan”ın (Konfrans Liqası) ikinci təsnifat mərhələsindəki uğurlu oyunları sayəsində mümkün olub. İlk matçlarında “Qarabağ” “Şelburn”a (İrlandiya) səfərdə 3:0, “”Sabah” “Peteokub”a (Moldova) rəqib meydanında 2:0, “Araz Naxçıvan” evdə “Aris”ə (Yunanıstan) 2:1 hesabı ilə qalib gəlib, “Zirə” isə Bakıda “Hayduk”la (Xorvatiya) heç-heçə (1:1) edib. Buna görə də Azərbaycanın UEFA-da reytinqinə ümumən daha 0,875 xal əlavə olunub. Təsnifat mərhələsində…

Read More
İdman 

Bu gecə gözlər “Qarabağ”da – yeni bir tarix yaşaya biləcəyik?

Bu il ölkəmizi Avropa arenasında təmsil edən bütün futbol klublarımızın rəqibləri məlumdur. 15 ilə yaxındır ki, Azərbaycanın xarici meydanlarda qürur mənbəyinə çevrilən son çempion “Qarabağ”ın rəqibi İrlandiya komandası “Şelburn”dur. Əfsanə baş məşqçimiz Qurban Qurbanovun kollektivi bu səddi aşarsa, “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə qarşılaşacaq. Digər təmsilçilərimizin də qarşıdakı oyunda qalib gələrlərsə, ondan sonrakı potensial rəqibləri də aydınlaşıb. Avropa Liqasında “Sabah” uduzandan sonra 3 klubumuz da Konfrans Liqasında mübarizə aparacaq, yəni Avropa Liqasında heç bir klubumuz qalmayıb. “Petrokub” (Moldova) – “Sabah” cütünün qalibi Avropa Liqasının “Levski” (Sofiya,…

Read More
İdman 

Xorvatiya klubu Azərbaycan yığmasının üzvünü aldı- 200 minə

Rüfət Abdullazadə karyerasını Xorvatiyada davam etdirəcək. “Səbail” yarımmüdafiəçini “Varajdin” klubuna satıb. I Liqaya düşən Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb. Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı. Xatırladaq ki, “Varajdin” Konfrans Liqasında mübarizə aparır. Xorvatlar iyulun 24-də II təsnifat mərhələsinin ilk oyununda Portuqaliya “Santa Klara”sını qəbul edəcək./Qafqazinfo.az/

Read More