İdman 

Benzemanın evi “Real” – “Elçe” matçı zamanı qarət edildi

Madrid “Real”ının hücumçusu Kərim Benzemanın evi qarət edilib. Hadisə İspaniya çempionatının 22-ci turu çərçivəsində “Real” – “Elçe” qarşılaşması (2:2) zamanı baş verib. Mənbə yazır ki, oğrular evə daxil olmaq üçün məhz futbol oyununun keçirildiyi saatı seçiblər. Evə bağçadan daxil olan oğruların hələlik evdən nə apardıqları və futbolçuya nə qədər maddi zərər dəydiyi məlum deyil. Mənbə: Marca.com

Read More
İdman 

Azərbaycan millisi Avropa çempionatındakı ilk oyununa çıxır – VİDEO

Futzal üzrə Avropa çempionatının final mərhələsindəki ilk rəqibimiz Gürcüstan yığması olacaq. İndiyədək komandalar 3-ü rəsmi görüş olmaqla, 9 matçda üz-üzə gəliblər. Azərbaycan Futzal Federasiyasından verilən xəbərə görə, ilk duel 22 il əvvəl baş tutub və heç-heçə başa çatıb – 6:6. Ümumiyyətlə, bu 9 oyunun 7-də komandamız qələbə qazanıb. Bir matçda heç-heçə qeydə alınıb. Yeganə məğlub olduğumuz görüş isə 2013-cü ildə keçirilib – 1:2. Joze Alesio Da Silvanın baş məşqçi olduğu millimiz D qrupundakı ilk oyununda Gürcüstan yığması ilə qarşılaşacaq. Niderlandın Qroningen şəhərindəki “Martini Plaza”da oynanılacaq görüş bu gün Bakı vaxtı ilə…

Read More
İdman 

Teymur Rəcəbov Rusiyanın Xalq artistinin nəvəsi ilə evləndi – Fotolar

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov Rusiyanın Xalq artisti Lyudmila Maksakovanın nəvəsi Anna Maksakova ilə evlənib. ARANTV.AZ  xəbər verir ki, bu barədə şahmatçı İnstaqram səhifəsində məlumat verib. O, nikah mərasimindən fotolar paylaşaraq “Səni sevirəm” sözlərini yazıb. Qeyd edək ki, cütlük ötən ilin noyabrında nişanlanmışdı. T.Rəcəbov 2011-ci ildə Elnarə Nəsirli ilə ailə qurub. Cütlük bir müddət əvvəl isə boşanıb. Onların bu evlilikdən Məryəm adlı qızı var. Elnarə Nəsirli SOCAR-ın Sərmayələr və Marketinq üzrə vitse-prezidenti Elşad Nəsirovun qızıdır.

Read More
İdman 

Azərbaycan dünyanın ən yaxşı məşq mərkəzlərindən biridir – Avstraliyalı gimnast

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti təlim-məşq məqsədilə ölkəmizə səfər etmiş Avstraliyanın bədii gimnastika üzrə yığma komandasının üzvü Aleksandra Kiroy-Boqatıryova ilə müsahibəni təqdim edir. – Azərbaycana xoş gəlmisiniz. Zəhmət olmasa özünüzü təqdim edin. – Salam, ilk növbədə Azərbaycanda məni qəbul etdiyiniz üçün təşəkkür edirəm. Adım Aleksandra Kiroy-Boqatıryovadır. Mənim 19 yaşım var. Mən Yeni Zelandiyada anadan olmuşam. Avstraliyada yaşayıram, amma ailə üzvlərim rus əsillidirlər. Mən Avstraliyanın Monaş Universitetinin hüquq fakültəsində oxuyuram. 13 ildir ki, bədii gimnastika idman növü ilə məşğul oluram. – Bədii gimnastika idman növündə qazandığınız nailiyyətlər barədə məlumat verərdiniz. –…

Read More
İdman 

Mədət Quliyevin işdən çıxardığı şəxsə yeni vəzifə verildi

Azərbaycan Milli Avarçəkmə Federasiyasının (AMAF) vitse-prezidenti Kamil Hüseynovun sədrliyi ilə qurumun İdarə Heyətinin iclası olub. Federasiyadan verilən məlumata görə, AMAF-ın baş katibi postuna namizədliyi irəli sürülən Fərhad Əliyev iclas iştirakçılarına təqdim edilib. İdarə Heyəti üzvləri yekdilliklə F.Əliyevin federasiyaya baş katib seçilməsinə səs veriblər. Qeyd edək ki, Fərhad Əliyev 2012-ci ilin iyunundan 2022-ci ilin yanvarınadək Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi vəzifəsində çalışıb. O, Mədət Quliyevin həmin federasiyaya prezident seçilməsindən sonra oradan ayrılıb. Xatırladaq ki, “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov dekabrın 22-də Milli Avarçəkmə Federasiyasının prezidenti seçilib.

Read More
İdman 

İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərin maaşı artılıb

İdman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı artılıb. ARANTV.AZ xəbər verir ki, bununla bağlı Nazirlər Kabineti “İdman sahəsində seleksiya üzrə baş mütəxəssislərə aylıq vəzifə maaşlarının müəyyən edilməsi haqqında” qərara dəyişiklik edib. Qərara əsasən, idman sahəsində seleksiya üzrə baş mütəxəssisin aylıq vəzifə maaşı 890 manatdan 1070 manata qaldırılıb. Bu Qərar 2022-ci il yanvarın 1-dən tətbiq edilir.

Read More
İdman 

Cokoviç “11 günlük cəhənnəmdən sonra” Avstraliyanı tərk etdi – YENİLƏNİB

Dünyanın bir nörməli tennisçisi Novak Cokoviç Avstraliyanı tərk edib. Bu barədə bazar günü Serbiyanın “Kurir” nəşri məlumat yayıb. Bildirilib ki, Cokoviç yerli vaxtla saat 22:30-da (Bakı vaxtı ilə 15:30) Dubaya uçan təyyarə ilə Avstraliyadan gedib. “Təyyarə Melburn hava limanından Dubaya 15 dəqiqəlik gecikmə ilə uçub. Bu isə o deməkdir ki, 11 günlük cəhənnəmdən sonra Cokoviç Avstraliyanı tərk edib”, – deyə məlumatda vurğulanıb. Qeyd edək ki, idman həvəskarlaının bütün ümidlərinin əksinə olaraq, Avstraliya Açıq çempionatının 9 qat qalibi builki turnirdə iştirak edə bilməyəcək. Mənbə: TASS 12:40 Avstraliya Federal Məhkəməsi hazırda dünyada…

Read More
İdman 

Azər Mirzəyev “Praqa Open-2022”də qalib gəldi

Azərbaycan şahmatçısı Çexiyada keçirilən “Praqa Open-2022” turnirində uğurla çıxış edib. ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, təmsilçimiz Azər Mirzəyev 9 turda 7,5 xal toplayaraq yarışın qalibi olub. Onunla eyni xalı yığan polşalı Antoni Kozak ikinci pillədə qərarlaşıb. Çexiya təmsilçisi Yakub Vojta isə üçüncü yeri tutub. Turnirdə 5-i qrosmeyster olmaqla, 185 şahmatçı iştirak edib. İsveçrə sistemi üzrə keçirilən yarış 9 turdan ibarət olub.

Read More
İdman 

Azərbaycan Kosiki Karate-do Federasiyasının yığıncağı keçirildi – FOTO

2022-ci il yanvarın 11-də Azərbaycan Kosiki Karate-do Federasiyasının ümumi yığıncağı keçirilib. Tədbirdə federasiyanın vitse-prezidenti, 7-ci dan qara kəmər sahibi, Azərbaycanın Əməkdar məşqçisi Yuri Mustafayev çıxış edərək federasiyanın mərhum prezidenti Talıb Berziqiyarovun xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini yığıncaq iştirakçılarından xahiş etdi. Sonra Yuri Mustafayev federasiyanın son illərdəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edərək gələcəkdə qarşıda duran məsələlərlə əlaqədar qısa məlumat verib. Daha sonra federasiyanın yeni prezidenti vəzifəsinə 6-cı dan qara kəmər sahibi Rafael Rafiq oğlu Bunyatovun namizədliyi irəli sürüldü və seçkilər keçirilərək Rafael Bunyatov Azərbaycan Kosiki Karate-do Federasiyasının yeni prezidenti seçilib.…

Read More