İdman 

“Qarabağ” “Sevilya”nın keçmiş hücumçusunu alır? – FOTO

Ölkə çempionu “Qarabağ” yeni mövsüm üçün transfer çalışmalarına indidən başlayıb. Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, komanda rəsmiləri Polşa”Legiya”sında forma geyinən ispaniyalı hücumçu Mark Qual ilə danışıqlara start verib. “Qarabağ”ın sözügedən transfer üçün 500 min avro büdcə ayırdığı bildirilir. Xatırladaq ki, Qual İspaniyanın “Sevilya”, “Saraqosa”, “Jirona” kimi klublarının formasını tərlədib. Hüseyn

Read More
İdman 

7 ölkə təsdiqlədi: “SSRİ” Azərbaycana gəlir

Azərbaycan 2025-ci ildə MDB məkanının idman mərkəzinə çevrilir – III MDB Oyunlarına 7 ölkə qatılır ARANTV.AZ  Reporta istinadla xəbər verir ki, 2025-ci ilin payızında Azərbaycanın bir neçə şəhərində keçiriləcək III MDB Oyunlarına maraq artmaqdadır. Artıq yeddi ölkə – o cümlədən ev sahibi Azərbaycan bu mötəbər turnirdə iştirakını rəsmi şəkildə təsdiqləyib. Bu məlumatı Bakı Şəhər Halqası Əməliyyat Şirkəti yayıb. Turnirin qeydiyyat mərhələsi davam edir və bu günə olan məlumata əsasən, MDB məkanını təmsil edən 7 ölkədən 1659 idmançı və ümumilikdə 2385 nümayəndə iştirak üçün qeydiyyatdan keçib. Yarışlara qatılan idmançılar 23 müxtəlif…

Read More
İdman 

Gözü görməyən paralimpiyaçımız haqda açıqlama: SAĞALIB

“Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır”. Bu sözləri Yenisabah.az-a açıqlamasında açıqlamasında cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev deyib. Cüdoçu qeyd edib ki, fiziki məhdudiyyətli idmançıların paralimpiya yarışlarında iştirakı üçün il öncə həkim müayinəsi keçirilir: “Bu problem həmişə olub. Elə idmançı olub ki, onun xəstəliyi zaman keçdikcə sağalıb və onun paralimpiyada iştirak etməsi məhdudlaşdırılıb. Göz belədir ki, kimdəsə inkişaf edir və sağalır. İngiltərədən olan paralimpiya çempionu var idi, göz…

Read More
İdman 

“Qarabağ”ın mükafatı bu tarixdə veriləcək

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün qalibi “Qarabağ” mükafatlandırılacaq. Milli.Az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, tədbir 18 mayda “Azərsun Arena”da keçiriləcək. 35-ci tur çərçivəsində, saat 19:00-da start götürəcək “Kəpəz”lə oyundan sonra stadionda təltifetmə mərasimi baş tutacaq. “Qarabağ”a çempionluq kuboku və qızıl medallar təqdim olunacaq. Azərbaycan 1-ci Liqasında 2024/2025 mövsümünün qalibi olan “Qəbələ”yə isə qızıl medallar 26-cı turda təqdim olunacaq. Təltifetmə mərasimi 15 mayda Qəbələ şəhər stadionunda baş tutacaq. “Qəbələ” saat 16:00-da start götürəcək “Zaqatala” ilə qarşılaşmadan sonra çempionluq kuboku və medallarla mükafatlandırılacaq.

Read More
İdman 

“Bəzən danışırıq ki, bizim oyunçulara dəyməyin” – Qurban Qurbanov

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının 34-cü turunda “Araz-Naxçıvan”a 2:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib. Milli.Az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib ki, texniki səhvlər çox olub: “Amma ümumən yaxşı diqqət, konsentrasiya var idi. Qələbə qazanmaq istəyirdilər. Futbolçularımın oyuna yanaşmasından razı qaldım. Bəzi oyunçular oyun ritmindən uzaq idilər. Amma 90 dəqiqə ərzində qalib gəlmək üçün xeyli güc sərf etdilər. Rəqibə uğurlar arzu edirəm”. Mütəxəssis bildirib ki, yerli çempionatda yaxşı legionerlər var: “Mənim diqqətimi cəlb edənlər var. Amma əfsuslar olsun ki, o oyunçular…

Read More
İdman 

Rəşad Sadıqov: “Onlar Azərbaycan futbolunun düşmənləridir”

“Bu gün süni ot örtüyü çətinlklər yaradırdı. Buna baxmayaraq, futbolçularım istəkli, intizamlı idilər. Bilirdilər ki, sonuncu yerin müqəddəratı həll olunur. Biz peşəkarlığı qoruduq”. Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının XXXIV turunda “Səbail”lə oyundan (1:0) sonra bildirib. Təcrübəli çalışdırıcı “Zirə”də çalışdığı 5 ili şərh edib: “Əslində, bu mövzuya bir mətbuat konfransı yetməz. Bu mövsüm nə qədər xal qazanmağımızın fərqi yoxdur. Ötən il 55 xal toplamışdıq. Amma fərqi yoxdur 70, 90 xal yığaq. Qarşımızda 2-ci yeri tutmaq vəzifəsi qoyulmamışdı. İstərdik ki, imkan daxilində daha çox qələbələrimiz olsun. Bizdə…

Read More
İdman 

“Qalatasaray”ı “Trabzonspor” da dayandıra bilmədi

Türkiyə Superliqasında 35-ci turun növbəti oyunu keçirilib. Milli.Az xəbər verir ki, “Trabzonspor” evdə “Qalatasaray”ı qəbul edib. Görüş “Cim-bom”un 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolların müəllifi Abdulkerim Bardakçı və Alvaro Morata olub. Xallarını 86-ya çatdıran “Qalatasaray” turnir cədvəlinin lideridir. “Trabzonspor” isə 46 xalla səkkizinci yerdədir.  

Read More
İdman 

“Qarabağ” ÇL-ə ikinci təsnifatdan başlayacaq? – UEFA-nın Komitə üzvündən açıqlama

“Əslində, “Qarabağ”ın növbəti mövsüm Çempionlar Liqasına ikinci təsnifat mərhələsindən başlamaq şansı hələ də qalır. Amma bu, yayılan xəbərlərdə olduğu kimi deyil”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında UEFA-nın Yarışların Keçirilməsi Komitəsinin və “Qarabağ”ın İdarə Heyətinin üzvü Asif Əsgərov deyib. Qurum rəsmisi “Qarabağ”ın UEFA Çempionlar Liqasının təsnifat mərhələsinə 2-ci təsnifatdan mərhələsindən başlayacağı ilə bağlı xəbərlərə aydınlıq gətirib. O bunun hələ tam dəqiqləşmədiyini bildirib: “Fransa çempionu PSJ-nin ÇL finalına vəsiqə qazanması ilə UEFA balanslaşdırma həyata keçirəcək. Bu nə deməkdir? Qitənin ən nüfuzlu klub turnirində ölkə reytinqlərinə və klub reytinqlərinə görə boşalan yerlərin doldurulması baş verəcək.…

Read More
İdman 

Leyla Əliyeva və Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında turnir keçirilib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevanın təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 10-12 və 13-15 yaşlı oğlan və qızlardan ibarət komandalar arasında “Dostluq Kuboku” minifutbol turniri keçirilib. “İki sahil” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, turnir uşaqların fiziki və psixoloji inkişafına dəstək vermək, onlarda komanda ruhunu, özünəinamı və sosial bacarıqları gücləndirmək məqsədi daşıyıb. AFFA-nın təşkilatçılığı ilə baş tutan yarışda Sosial Xidmətlər Agentliyinin nəzdində fəaliyyət göstərən 1, 2 və 3 saylı Uşaq evlərinin komandaları güclərini sınayıblar. Qızlar və oğlanlar…

Read More