İdman 

Hidayət Heydərovun bu VİDEOsu gündəm oldu

Azərbaycan millisinin üzvü Hidayət Heydərov görüntüsü ilə gündəm olub. İdmançı xarici ölkələrində birində çəkilən məzəli anları diqqət çəkib. Cüdoçunun sözügedən maraqla qarşılanan videosunu təqdim edirik. Xatırladaq ki, H.Heydərov 2024-cü ildə 73 kq çəki dərəcəsində Olimpiya, dünya və Avropa çempionu olub.//Milli.az

Read More
İdman 

Rafael Fiziyev Bakıda döyüşəcək? – ÖZÜ AÇIQLADI

UFC-nin azərbaycanlı döyüşçüsü Rafael Fiziyev iyunun 21-də Bakıda keçiriləcək yarışda iştirak edəcəyini bildirib. 33 yaşlı idmançı bu məlumatı sosial media hesabında yayıb. O, Bakıda yerli azarkeşlər qarşısında döyüşməkdən məmnun qalacağına inandığını bildirib. Fiziyevin rəqibi hələlik açıqlanmayıb. Ancaq “Ataman” ləqəbli təmsilçimizin yarışın əsas kartında yer alacağı ehtimal olunur. UFC Fight Night 260 turnirinin paytaxtımızda keçirələcəyi dünən təsdiqlənib. Bu, Azərbaycanda Mütləq Döyüş Çempionatı üzrə ilk yarış olacaq. Gecənin əsas döyüşü Camahal Hill ilə Xalil Rountri arasında keçiriləcək. Turnirin biletləri aprelin 25-dən etibarən satışa çıxarılacaq. UFC Bakı gecəsi həm Rafael Fiziyev üçün, həm…

Read More
İdman 

Qurban Qurbanov hesabat konfransına qatılmadı

“Qarabağ”ın və AFFA İcraiyyə Komitəsinin üzvü Qurban Qurbanov AFFA-nın hesabat konfransına qatılmayıb. Təcrübəli mütəxəssisin iclasda olmamasının səbəbi bəlli deyil. Qeyd edək ki, bu, ilk belə hal deyil. Qurban Qurbanov ötən günlərdə AFFA-nın Tovuzda keçirdiyi akademiyanın açılışına və AFFA İcraiyyə Komitəsinin iclasına da qatılmamışdı./Qafqazinfo.az/

Read More
İdman 

“Qalatasaray” ulduzundan diqqətçəkən açıqlama: “Psixoloji dəstək alıram”

“Qalatasaray”ın qapıçısı Günay Güvenç futbolçulara psixoloji dəstəyin vacibliyini vurğulayıb. Bu barədə futbolçu klubun rəsmi “YouTube” kanalına verdiyi açıqlamada bildirib. Güvenç şəxsi həyatında neqativ enerjili insanları ətrafında saxlamağa çalışdığını bildirib: “Mən psixoloji dəstəyin çox vacib olduğunu düşünürəm. Amma bəzən bu dəstək ölkəmizdə fərqli görünür. İllərdir ki, alıram” . Futbolçuların psixoloji dəstək almasının əhəmiyyətini qeyd edən Günay, “Öz zəifliklərinizi, nəyə ehtiyacınız olduğunu bilirsiniz. Mənim üçün psixoloji dəstək güclü olmaq deməkdir”, – deyə əlavə edib. O, həmkarı Fernando Musleranı da tərif edərək, “Kaş əvvəllər birlikdə çalışsaydıq. Düşünürəm ki, bir-birimizə çox yaxşı idik” şərhini qeyd…

Read More
İdman 

Azərbaycan güləşçisi Avropa çempionu olub

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. “Report”un məlumatına görə, 125 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Solomon Manaşvilini (Gürcüstan) məğlub edib. Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub. Qeyd edək ki, daha əvvəl güləşçilərimizdən İslam Bazarqanov (57 kq), Əli Rəhimzadə (65 kq), Kənan Heybətov (70 kq) və Ağanəzər Novruzov (74 kq) bürünc, Osman Nurməhəmmədov (92 kq) isə gümüş medala sahib çıxıblar.

Read More
İdman 

Mənə bu barədə suallar verməyin – Qurbanov

“Qarabağ” Azərbaycan Premyer Liqasının 29-cu turunda öz meydanında “Zirə”yə 1:0 hesabı ilə qalib gəlib. Milli.Az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb: – “Futbolçularımı təbrik edirəm. Çox gərgin oyun oldu. Sonda yorulmuşdular, çox əziyyət çəkdilər. Rəşad Sadıqovu təbrik edirəm. Daha da mübariz komanda formalaşdırıb. Bizə çox da imkan verilmədi oynamağa. Daha düzgün və ağıllı müdafiə qurulmuşdu, düşünülmüş hücumlar var idi. Onlara uğurlar arzu edirəm. Azarkeşlərimizə də təşəkkür edirəm”. – Benzianın hazırkı oyunundan nə dərəcədə razısız? – “Onun o mövqedə oynamasından…

Read More
İdman 

“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək yarımfinala yüksəlib

“Qalatasaray” Türkiyə Kubokunun 1/4 final mərhələsində “Fənərbağça”ya qalib gəlib. “Report” xəbər verir ki, “Ülker” stadiyonunda keçirilən matçda 2:1 hesablı qələbə qazanan “sarı-qırmızılar” yarımfinala adlayıblar. Qonaqların heyətində Viktor Osimhen dubl (10, 27) müəllifi olub. Meydan sahiblərinin yeganə qolunu isə Sebastyan Şimanskiy (45+2) vurub. “Qalatasaray” finala gedən yolda “Konyaspor”la üz-üzə gələcək. Qeyd edək ki, günün ilk matçında “Trabzonspor” öz meydanında “Bodrumspor”u 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.

Read More
İdman 

“Qarabağ”ı ziyana saldılar

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının XXVIII turunda qeydə alınan neqativ hallarla bağlı qərarlarını açıqlayıb. “Qarabağ”la matçda 4 futbolçusu sarı vərəqə alan “Turan Tovuz” 700 manat cərimələnib. “Qarabağ”ın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, ağdamlılar 1500 manat cəriməyə məruz qalıb. Əlavə olaraq “Araz-Naxçıvan”la matçda 6 nəfər sarı vərəqə aldığı üçün “Neftçi” 700 manat cərimə olunub. Naxçıvan təmsilçisinin futbolçusunun formasında qüsur olması səbəbindən görüş gec başlayıb ki, bu, klubun 800 manat cərimələnməsi ilə nəticələnib. “Kəpəz” – “Səbail” oyununda isə “Kəpəz”in azarkeşləri tərəfindən sındırılmış 6 ədəd oturacağa görə stadiona dəymiş zərər…

Read More
İdman 

İdmançımızda dopinq aşkarlandı – 36 ay…

Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub. Bu barədə Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) məlumat yayıb. Bildirilib ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib. Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib. Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.

Read More