İdman 

Yeni baş məşqçi Azərbaycan millisinin hücumçusu ilə bağlı qərarını verdi

“Ankaragücü”nün yeni baş məşqçisi Mustafa Dalcı Azərbaycan millisinin hücumçusu Renat Dadaşovla bağlı qərarını verib. Mütəxəssis transferə çıxarılan hücumçunun xidmətinə ehtiyac duymayıb. Dalcı hücum xəttində oyunçu sayının az olduğunu nəzərə alaraq, əsas komandadan kənarlaşdırılanlardan birini kollektivə cəlb edib. O, bosniya və herseqovinalı Riad Bajiçin mövsümün sonuna qədər komandada qalmasını qərara alıb. Ancaq klub Renat Dadaşov, Rikkardo Saponara və Kevin Varqa ilə yolları ayırmaqda israrlıdır. Türkiyədə “transfer pəncərəsi” artıq bağlandığından, adıçəkilən futbolçular fərdi hazırlaşmaqla kifayətlənməli olacaq. Onlarla müqaviləyə xitam verilməsə, mövsümün sonuna qədər heç bir oyunda iştirak etməyəcəklər. Renat Dadaşovun “Ankaragücü” ilə…

Read More
İdman 

Azərbaycanın taekvondoçuları “Turkish Open” turnirində iştirak edəcəklər

Azərbaycanın taekvondoçuları Türkiyədə keçiriləcək “Turkish Open” turnirində iştirak edəcəklər. Azərbaycan Taekvondo Federasiyasının məlumatına görə, milli komanda yarışlarda iştirak etmək üçün Antalyaya yola düşüb. 12-16 fevral tarixlərində böyüklər, gənclər və yeniyetmələr arasında keçiriləcək turnirdə idmançılarımız mükafatlar və dəyərli reytinq xalları uğrunda mübarizə aparacaqlar. Qeyd edək ki, “Turkish Open” beynəlxalq təqvimdə mühüm turnirlərdən biri hesab olunur və Olimpiya Oyunları da daxil olmaqla, ən iri yarışlara seçim sisteminə daxildir.

Read More
İdman 

Azərbaycan güləşçiləri Xorvatiyadakı turnirin son günündə 5 medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirin son günündə 5 medal qazanıblar. Güləş Federasiyasının mətbuat xidmətindən Musavat.com-a verilən məlumata görə, son yarış günündə yunan-Roma güləşi üzrə millinin 11 üzvü xalçaya çıxıb. Elmir Əliyev (55 kq) A qrupunda iranlı Mehdi Əhədi (6:3), özbəkistanlı Jasurbek Ortikboyevə (10:5) və sinqapurlu Aleksandr Kuevasa (8:0) qalib gəlib. Qrup qaibi kimi yarımfinala yüksələn Əliyev amerikalı Bredi Kuntsu da üstələyib – 5:0. Elmir finalda yenidən Əhədi ilə qarşılaşıb və inamlı qələbəylə (7:0) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 60 kq-da ölkəmizi 3 güləşçi təmsil edib. Yuxarı…

Read More
İdman 

“Qalatasaray”ın oyunuda şok hadisə: Rəqib bu qərara görə meydanı tərk etdi – VİDEO

Türkiyə Super Liqasında 23-cü turu çərçivəsində keçirilən “Qalatasaray” – “Adana Dəmirspor” matçı yarımçıq dayandırılıb. Buna səbəb “Adana Dəmirspor” komandasının hakim qərarlarına etiraz olaraq meydanı tərk etməsi olub. Qeyd edək ki, bu ana qədər “Qalatasaray” 1-0 hesabı ilə üstün durumda idi. Həmin mübahisəli anın videosunu təqdim edirik:

Read More
İdman 

“Onun getməsinə üzülürəm”- Qurban Qurbanov

“Qarabağ” bu gün Azərbaycan kubokunun 1/4 final mərhələsinin ilk oyununda “Səbail”in qonağı olub. 1:0 hesabı ilə qalib gələn “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun oyundan sonra mətbuat konfransı keçirilib. Qurbanov futbolçularını təbrik etdiyini bildirib: “Futbolçularımı təbrik edirəm. Yaxşı bir komandaya qalib gəldik. İkinci hissədəki dəyişikliklərlə oyunun sürətini artırdılar. Yaxşı mübarizə aparırdılar. Futbolçularım da istəkli idilər. Qələbəyə görə onlara təşəkkür edirəm. Kadi Borgesin transferi məcburiyyətdən deyil. Əlimizdə belə bir şans oldu. Əvvəlcədən onun komandasından təklif var idi. Belə bir variant yarandı. Ümumiyyətlə, Kadi lazımlı oyunçudur. Julio Romaonun getməsinə üzülürəm. İstər-istəməz öyrəşmişdik,…

Read More
İdman 

Ulduz futbolçu uğrunda “Qalatasaray”- “Fənərbağça” mübarizəsi

“Qalatasaray” və “Fənərbağça” ulduz futbolçunu heyətinə cəlb etmək üçün mübarizə aparır. İstanbul nəhəngləri Markos Reşfordun transferində maraqlı tərəflərdir. Bu barədə “Relevo” məlumat yayıb. Futbolçunun isə karyerasını davam etdirmək istədiyi ilk klubun “Barselona” olduğu qeyd edilib. Lakin kataloniyalılar maaş büdcəsi məsələsi ilə əlaqədar hərəkətə keçmir. Qeyd edək ki, ingiltərəli oyunçu 2024/25 mövsümündə “Mançester Yunayted”in forması ilə 24 oyuna çıxıb və 7 qola, 3 məhsuldar ötürməyə imza atıb.//Offsideplus.az

Read More
İdman 

“Qarabağ”da AYRILIQ

“Qarabağ” mövsümün sonunda bəzi futbolçularla yollarını ayıracaq. Ağdam təmsilçisi U-21 yığmamızın da şərəfini qorumuş Amin Ramazanovla müqavilə müddətini yeniləməyəcək. Belə ki, Azərbaycan çempionu mövsümün sonunda Ramazanovla yollarını ayıracaq. Zədə səbəbindən uzun müddət məşqlərdə də iştirak edə bilməyən Ramazanov hazırda əsas komandanın düşərgəsindədir. “Lokomotiv”(Moskva) klubunun yetirməsi olan Aminin yeni mövsümə Azərbaycan komandalarından birində başlayacağı gözlənilir.  (Apasport.az)

Read More
İdman 

“Qarabağ” üçün yolun sonu göründü – səbəblər…

Azərbaycan çempionu “Qarabağ” yanvarın 23-də Avropa Liqasında növbəti oyununu keçirdi. Rəqib Rumıniyanın FCSB klubu idi. Görüş qonaqların 3-2 hesablı qələbəsi ilə yekunlaşıb və bu nəticə ilə təmsilçimiz pley-off şanslarını tamamən itirib. İndi yalnız Ağdam klubu yanvarın 31-də Yunanıstanda güclü “Olimpiakos”la qarşılaşmada təsəlliverici nəticəyə ümid edə bilər. Oyundan dərhal sonra “Qarabağ”ın ünvanına yerli-yersiz ciddi tənqidlər səslənməyə başlayıb. Çoxları bu nəticədə əfsanəvi məşqçimiz Qurban Qurbanovu günahlandırır, klubun transfer məsələsində xəsislik etdiyini düşünür. Xüsusilə, 10 gün öncə “Qarabağ”ın əsas hücumçusu Juninhonun 5 milyon avroya öz ölkəsinin klubu “Flamenqo”ya keçidi hər kəs də qəzəb…

Read More
İdman 

Qurban Qurbanovdan gözlənilməz QƏRAR

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov şok qərar verib. Sportinfo.Az saytı bu barədə AFFA-dakı mənbələrindən olduqca ilginc məlumat əldə edib. Redaksiyamıza verilən informasiyaya görə, o, İcraiyyə Komitəsindən ayrılmaq niyyətindədir. Tərübəli mütəxəssis özünə yaxın şəxslər vasitəsilə federasiya rəhbərliyini bu barədə məlumatlandırıb. Uzun illərdir Ağdam klubunu çalışdıran Qurbanov bundan sonra bütün diqqətini öz işinə yönəltmək istədiyini bildirib. “Köhlən atlar”ın başında dayanan mütəxəssis ilk dəfə 2016-cı ildə federasiyanın ali qərarverici orqanına üzv seçilib. 2028-ci ildə, millinin sükanı arxasından ayrılandan bir müddət sonra öz təşəbbüsü ilə komitədən ayrılıb. Deyəsən, tarix yenə təkrarlanacaq…

Read More
İdman 

SON DƏQİQƏ: “Qarabağ”da narahatlıq aradan qalxdı

Yassin Benzia “Qarabağ”a qoşulub. Anasının vəfatı ilə bağlı qış toplanışını boşa verən əlcəzairli yarımmüdafiəçi artıq komandanın sıralarındadır. 29 yaşlı futbolçu yanvarın 19-da Bakıya təşrif buyurub, ertəsi məşqləri bərpa edib. Benzianın bir aya yaxın müddətdə komandadan ayrı düşdüyünü nəzərə alsaq, yanvarın 24-də Avropa Liqasının Liqa mərhələsinin VII turunda FCSB ilə qarşılaşmada meydana çıxacağı inandırıcı görünmür. “7 nömrə” cari mövsümdə bütün yarışlarda meydana çıxdığı 29 matçda 7 qol və eyni sayda assistlə yadda qalıb. (sportinfo.az)

Read More