İdman 

Messinin Bakıda imzaladığı papaq fantastik qiymətə satışa çıxarıldı – FOTO

Ulduz futbolçu Lionel Messinin Bakıda imzaladığı papaq satışa çıxarılıb. Bu barədə elan saytlarının birində məlumat yerləşdirilib. Qeyd olunub ki, “Barselona” klubunun emblemi olan papağa dekabrın 11-də Messi öz imzasını çəkib. Satışa qoyulan papaq 10 min manata təklif olunur. Xatırladaq ki, Lionel Messi dekabrın 11-də Bakıya gəlib./ lent.az

Read More
İdman 

Qurban Qurbanov: “Elfsborq”la oyunda çox güc sərf etməli olacağıq”

Sabahkı görüşdə çox güc sərf etməli olacağıq. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasında İsveçin “Elfsborq” komandasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis güclü kluba qarşı oynayacaqlarını bildirib: “Hər iki komanda üçün vacib qarşılaşmadır. Avropa Liqasında 2024-cü il üçün sonuncu oyun olacaq. Rəqib komandanın baş məşqçisi Oskar Hilyemarkın “Qarabağ”la bağlı fikirləri ilə tanış oldum. Bizimlə oyuna çox ciddi hazırlaşırlar və səbirsizliklə bu matçı gözləyirlər. Xüsusi ilə səliqəli oyun nümayiş etdirməliyik. Çalışacağıq ki, bizə sərf edən nəticəni qazanaq. Sabahkı qarşılaşmaya tam olmasa da,…

Read More
İdman 

Messi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdi – FOTOLAR

Azərbaycanda səfərdə olan futbol əfsanəsi Lionel Messi və dünya ulduzları Luis Suares, Serxio Buskets və Xordi Alba Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər. ARANTV.AZ  xəbər verir ki, onlar Ümummilli Liderin xatirəsini anıb, məzarı önünə əklil qoyublar. Dünyaşöhrətli futbolçuları tanınmış iş adamı Adnan Əhmədzadə müşayiət edib.

Read More
İdman 

Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində olublarFOTO

Bakıda səfərdə olan dünya futbolunun əfsanələrindən Lionel Messi və komanda yoldaşları Luis Suares, Serxio Buskets və Xordi Alba Heydər Əliyev Mərkəzində olublar. ARANTV.AZ  xəbər verir ki, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüşən qonaqlar mərkəzdə təqdim olunan sərgiləri də ziyarət ediblər. Lionel Messi və komanda yoldaşları “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı xalça kolleksiyası, “Klassik avtomobil sərgisi” və digər ekspozisiyalarla tanış olublar.

Read More
İdman 

Adnan Əhmədzadənin “Mingəçevir” planıVİDEO

Azərbaycanlı iş adamı Adnan Əhmədzadənin “Mingəçevir” klubuna sponsorluq edəcəyi ilə əlaqədar xəbərlər son dönəmlərdə ölkə gündəmini zəbt etmişdi. Biznesmenin sosial şəbəkədə bu xəbərləri təkzib etməsinə baxmayaraq, mingəçevirli futbolsevərlərə şad xəbər var. “Offside” verilişinin bugünkü buraxılışında Ceyhun Rzayev A.Əhmədzadənin adı hallanmasa da, yaxını vasitəsilə bu kluba himayədarlıq edəcəyini açıqlayıb. Videonu təqdim edirik:    

Read More
İdman 

Suriya millisi forma və loqosunu dəyişdiFOTO

Suriya Futbol Federasiyası ölkənin yeni bayrağının rənglərinə uyğun olaraq komandanın loqotipinin və formasının qırmızıdan yaşıla dəyişdirildiyini açıqlayıb. Təşkilat bunu “Suriya idmanında qohumbazlıq, favoritizm və korrupsiyadan uzaq ilk tarixi dəyişiklik” adlandırıb. Xatırladaq ki, noyabrın sonunda Bəşər Əsədin hücuma başlayan əleyhdarları dekabrın 8-nə keçən gecə Dəməşqə daxil olaraq prezidentin devrilməsini elan ediblər. Müxalifətin bayrağı yaşıl, qara və ağ rənglərdə, mərkəzdə üç qırmızı ulduzdan ibarətdir. Bu bayraq 1958-ci ilə qədər Suriyada dövlət bayrağı olub. Əsədin dövründə Suriya bayrağı qırmızı, ağ və qara rənglərdən, mərkəzdə iki yaşıl ulduzdan ibarət idi.//Oxu.Az

Read More
İdman 

“Qarabağ” azarkeşlərinə müraciət etdi

“Qarabağ” Avropa Liqasının Liqa mərhələsində “Elfsborq”a (İsveç) qarşı səfərdə keçirəcəkləri matçla əlaqədar azarkeşlərinə müraciət edib. Müraciətdə bildirilib ki, matçı “Borås Arena” stadionunda izləmək və komandanı dəstəkləmək istəyən azarkeşlər üçün ayrılmış vauçerlər sabah saat 12:00-dan etibarən iTicket.az-da onlayn şəkildə satışa çıxarılacaq. Azarkeşlər əldə etdikləri vauçerləri oyun günü saat 16:00-dan 18:00-a kimi “Scandic Plaza Borås” (Allégatan 3, 503 32 Borås, Sweden) otelinin məlumat şöbəsinə yaxınlaşaraq biletə dəyişməlidir. Biletlərin qiyməti 30 AZN-dir. Vauçerləri əldə edən şəxslər vauçerləri biletə dəyişərkən  şəxsiyyətini təsdiq edən sənəd üzərində olmalıdır. Vauçeri əldə edən azarkeş şəxsi məlumatları şəxsiyyətini təsdiq edən sənəddə olduğu kimi doldurmalıdır. Qeyd…

Read More
İdman 

“Qarabağ” çətin durumda

Son ölkə çempionu “Qarabağ” çətin durumdadır. Ağdam təmsilçisi 2 ciddi itki ilə üzləşib. Klubdan aldığımız məlumata görə, Aleksey İsayev və Kevin Medina ciddi zədələnib. Onlar üçün bu il başa çatıb. Yarımmüdafiəçi dünən əməliyyat olub. Alekseydə qasıq yırtığı aşkarlanıb. Millimizin üzvü 1 ay yaşıl meydanlardan uzaq qalacaq. Kevin Medinanın isə baldır əzələsi gərilib. Kolumbiyalı 4-6 həftə müalicə alacaq. Bu zədələlər Ağdam təmsilçisini çətin duruma salıb. Belə ki, “Qarabağ” 1 həftə ərzində 2 çətin oyuna çıxacaq. “Köhlən atlar” şənbə günü Premyer Liqada “Sabah”ın qonağı olacaq. Gələn cümə axşamı günü isə Avropa Liqasının…

Read More
İdman 

Azərbaycan Kuboku matçında bədbəxt hadisə: Futbolçunun ayağı bir neçə yerdən sındı

Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ayağı bir neçə yerdən sınan “Turan Tovuz”un müdafiəçisi Denis Marandiçi mövsümü erkən başa vura bilər. Bu barədə “Report”a qərb təmsilçisinin İdarə Heyətinin sədr müavini Əli Balakişiyev məlumat verib. O, “Sabah”la matçın 21-ci dəqiqəsində rəqib oyunçu ilə girdiyi mübarizədə zədələnən futbolçunun dərhal təcili tibbi yardım maşını ilə Gəncəyə aparıldığını bildirib: “Marandiçi Gəncədəki özəl klinikalardan birinə aparıldı. İlkin müayinədən sonra onun ayağının bir neçə yerdən sındığı müəyyən edildi. Ayağına gips qoyulub və oradan da əməliyyat üçün Bakıya göndəriləcək. Böyük ehtimalla sabah və ya o biri gün…

Read More
İdman 

Azərbaycanda görünməmiş hadisə – Bir rayonda 4-cü klub yaradıldı

Azərbaycan futbolunda nadir hadisə baş verib. Eyni rayonda dördüncü futbol klubu fəaliyyətə başlayıb. Söhbət İmişlidən gedir. Burada «Araz» adlı yeni komanda formalaşdırılıb. Sözügedən kollektiv ilk addımlarını Region Liqasında atacaq. AFFA tərəfindən qeydiyyata alınan «Araz» qarşıdakı mövsümün iştirakçıları arasında yer alıb. İmişli buna qədər I və II Liqada təmsil olunub. Rayonun eyniadlı komandası I Liqada çıxış edirsə, «Kür-Araz» II Liqada qüvvəsini sınayır. «Araz» və «Lokomotiv» Region Liqasında adından söz etdirməyə çalışacaq. (sportinfo.az)

Read More