İdman 

“Mən ət istəyirəm”- Paris-2024-dən şikayətləndi

Üzgüçülük üzrə üçqat olimpiya çempionu Adam Piti Parisdə keçirilən Olimpiya Oyunlarında idmançılara verilən yeməklərin keyfiyyətindən şikayətlənib. “Qafqazinfo” xəbər verir ki, bu barədə ​“iNews” məlumat yayıb. 29 yaşlı britaniyalının sözlərinə görə, idmançılar Olimpiya kəndindəki restoranlarda onlara verilən balıqlarda qurd tapırlar. “Burada qidalanma idmançıların çıxış etməli olduğu səviyyədə deyil. Bacardığımız hər şeyi göstərməyə borcluyuq. Tokioda yeməklər heyrətamiz, Rioda isə inanılmaz idi. Amma bu dəfə… Növbə sistemi olmadığından yemək üçün 30 dəqiqə gözləməli oluruq. Mən ət istəyirəm, mübarizə aparmaq üçün mənə bu lazımdır. Evdə də belə qidalanıram. Bəs niyə mən nəyisə dəyişməliyəm? Mən…

Read More
İdman 

“Fənərbaxça” uduzdu – ÇL-də nəticələr

Bu gün Çempionlar Liqasında 3-cü təsnifat mərhələsinə start verilib. QOL.az xəbər verir ki, ilk oyun günündə 7 matç keçirilib. Azərbaycan çempionu “Qarabağ” evdə Bolqarıstan “Ludoqorets”ini qəbul edib və 1:2 hesabı ilə uduzub. Türkiyə təmsilçisi “Fənərbaxça” isə Fransada “Lill”in qonağı olub. Görüş İstanbul təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, bu mərhələnin cavab oyunları 13 avqustda keçiriləcək. Çempionlar Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar 6 avqust 20:00. “Qarabağ” (Azərbayan) – “Ludoqorets” (Bolqarıstan) Qollar: Diniş Almeyda, 56 (0:1), Juninyo, 64 (1:1), Kayo Vidal, 87 (1:2) Qırmızı vərəqə: Kayo Vidal, 89 (“Ludoqorets”)…

Read More
İdman 

“Qarabağ” hesabı bərabərləşdirdiFOTOCANLI

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçında hesab bərabərləşib. “Report” xəbər verir ki, Juniniyo 65-ci dəqiqədə rəqib qapısına yol tapıb – 1:1. Qonaqlardan isə Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib. *** UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçirilən “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçında hesab açılıb. “Report” xəbər verir ki, qonaqların futbolçusu Diniş Almeyda 56-cı dəqiqədə fərqlənib – 0:1 Qarşılaşmanın baş hakimi isveçrəli Urs Şniderdir. ***   UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində “Qarabağ” – “Ludoqorets” (Bolqarıstan) matçında…

Read More
İdman 

“Qarabağ”ın qarşısında iki “dişli” rəqib

Bu gün “bolqar bibəri”ni əzsək… Azərbaycan çempionu “Qarabağ” Çempionlar Liqasında növbəti oyununa çıxır. Bakı vaxtı ilə saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunda rəqib 13 ildir arda-arda Bolqarıstan çempionu olan  “Ludoqorest”dir. Bundan əvvəlki turda Cəbəllütariqin “Linkoln” klubunu darmadağın edərək növbəti mərhələyə yüksələn, eyni zamanda Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanan Ağdam klubunu dəfə çox çətin bir oyun gözləyir. Çünki rəqib “Linkoln” deyil, adlı-sanlı “Ludoqorest”dir.  Qeyd edək ki, azərbaycanlı futbolsevərlərin diqqəti dünən İsveçrənin Nyon şəhərinə yönəlmişdi. Belə ki, bu şəhərdə Çempionlar Liqasının pley-off mərhələsinin püşkü atılırdı və “Qarabağ”ımız…

Read More
İdman 

Mahir Emreli Almaniya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin üzvü Mahir Emreli Almaniyanın “Nürnberq” klubu ilə müqavilə bağlayıb. “Report”un əldə etdiyi məlumata görə, 27 yaşlı hücumçu bu gün “qırmızı-qaralar”la “1+1” illik sözləşmə imzalayıb. II Bundesliqa təmsilçisi keçidi sabah açıqlayacaq. Qeyd edək ki, M.Emrelinin son olaraq çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu ilə müqaviləsinə qarşılıqlı şəkildə xitam verilib.

Read More
İdman 

Olimpiya çempionlarımız Şəhidlər xiyabanını ziyarət ediblər

Olimpiya çempionlarımız Zelim Kotsoyev və Hidayət Heydərov Şəhidlər xiyabanını ziyarət ediblər. Oxu.Az xəbər verir ki, Hidayət Heydərov və Zelim Kotsoyev şəhidlər xiyabanını ziyarət edib onların əziz xatirələrini bir dəqiqəlik sükutla yad ediblər. Qeyd edək ki, Hidayət Heydərov və Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bütün rəqiblərini üstələyərək qızıl medalın sahibi olublar. 13:06 Olimpiya çempionlarımız Hidayət Heydərov və Zelim Kotsoyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər. Oxu.Az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında çıxış edən və qızıl medalın sahibi olan cüdoçularımız Vətənə qayıtdıqdan sonra həmçinin…

Read More
İdman 

Daha bir idmançımız FİNALDAVİDEO

Azərbaycanın bokusçusu Alfonso Dominqes (92 kq) Paris Olimpiadasında finala yüksəlib. Təmsilçimiz yarımfinalda ispaniyalı Emmanuel Reyes Planı məğlub edib. Döyüş boksçumuzun üstünlüyü ilə keçib. Hər 3 raundu aktivinə yazan boksçu Fransa paytaxtında ardıcıl 3-cü qələbəsini qazanıb – 4:1 (28:29, 29:28, 29:28, 29:28, 30:27). Final görüşü avqustun 9-da baş tutacaq. Qeyd edək ki, Tokio-2020-də bürünc medal qazanan A.Dominqes Azərbaycan tarixinə iki olimpiya medalı qazanan ilk boksçu kimi düşüb.//Report

Read More
İdman 

“Sevincimdən üç gündür yatmıram”

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Zelim Kotsoyev sevincdən üç gün yata bilmədiyini deyib. Bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib. “Eyforidayam. Üçüncü gündür ki, sevincdən yata bilmirəm. Azərbaycana qızıl medal gətirə bildiyimə görə çox şadam”, – o söyləyib. İdmançı onun üçün “dua edən, nigaran qalan, dəstəkləyənlərə qısamüddətli də olsa xoşbəxtlik verməkdən” məmnun olduğunu vurğulayıb. Xatırladaq ki, Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarında qızıl medal qazanmış cüdoçular Hidayev Heydərov və Zelim Kotsoyev, həmçinin onlarla birgə mübarizə aparmış azərbaycanlı cüdoçular Bakıya qayıdıblar./Report

Read More
İdman 

Hidayət Heydərov: 2028 Olimpiadasında da birinci olmaq istəyirəm

Olimpiadanın qızıl mükafatçısı cüdoçu Hidayət Heydərov 2028-ci ildə keçiriləcək Los-Anceles Olimpiadasının da birincisi olmaq niyyətində olduğunu açıqlayıb. Bu barədə idmançı Parisdən qayıtdıqdan sonra hava limanında jurnalistlərin suallarını cavablandırarkən söyləyib. “Qarşıda, əlbəttə ki, 2028 – Los-Anceles Olimpiadasıdır, lakin o vaxtadək çoxlu yarışlar var – Avropa çempionatı, dünya çempionatı. Qısa fasilədən sonra yenidən arenaya qayıdacağam”, – cüdoçu söyləyib. O, “ikinci dəfə olimpiya çempionu olmaq istədiyini, bunun üçün əlindən gələni edəcəyini” vurğulayıb. “İkinci dəfə olimpiya çempionu olacağam”, – deyə idmançı əminliyini ifadə edib. O, olimpiya çempionu olmaq arzusunda olanlara üz tutaraq söyləyib: “Olimpiya…

Read More