İdman 

“Şamaxı”nın baş məşqçisi istefa verdi

Azərbaycan 1-ci liqası təmsilçisi “Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli istefa verib. Klubun mətbuat xidmətindən verilən məlumata görə, o, bu gün 9-cu turda “Karvan”a məğlubiyyətindən sonra klub rəhbərliyi ilə görüşüb və ilk dövrədən sonra qazanılan nəticəni qənaətbəxş saymadığına görə komandadan ayrılmaq istədiyini bildirib. Müzakirədən sonra klub rəhbərliyi baş məşqçinin istefasını qəbul edib. Qeyd edək ki, V.Əsgərli ötən ilin iyulundan “Şamaxı”nı çalışdırırdı.

Read More
İdman 

Türkiyə millisini aparan təyyarə Almaniyaya təcili eniş edib

AVRO-2024-ün seçmə mərhələsində Uelslə oyundan qayıdan Türkiyə millisini aparan təyyarə Almaniyada təcili eniş edib. Buna “ay-ulduzlular”ın baş məşqçisi Vinçentso Montellanın qardaşı Emanuel Montellanın səhhətinin pisləşməsi səbəb olub. Təyyarə Münhenə təcili eniş edib. Türkiyə Futbol Federasiyasının İcraiyyə Komitəsinin üzvü Hamit Altıntop və V.Montella yığmanın həkimi ilə birlikdə xəstəxanaya yollanıblar. Qeyd edək ki, Uelslə 1:1 hesablı heç-heçə edən Türkiyə millisi D qrupunu 17 xalla lider başa vurub. Mənbə: İHA

Read More
İdman 

Erməni idmançıya qalib gələn boksçumuz: “Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm”

“Püşkdən sonra yarımqruplara baxanda finalda erməni idmançı ilə qarşılaşacağımı təxmin edirdim”. “Report” xəbər verir ki, bu sözləri Monteneqronun Budva şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatının qalibi olan Nicat Hüseynov (51 kiloqram) jurnalistlərə açıqlamasında deyib. Finalda ermənistanlı Rudolf Qarboyanı 5:0 hesabı ilə məğlub edən boksçumuz həlledici görüşə rahat çıxdığını söyləyib: “Dörd döyüş keçirdim. Erməni idmançı ilə qarşılaşmamışdan öncə özümü psixoloji cəhətdən bu görüşə hazırlamışdım. Rinqdə yalnız qələbə qazanmağı düşünürdüm və bu səbəbdən də ona asanlıqla qalib gəldim. Sevinirəm ki, buna nail oldum”. İkiqat qitə çempionu bu qalibiyyətə görə baş…

Read More
İdman 

De Byazinin hərəkəti ilə bağlı ciddi tədbir görüləcək – RƏSMİ

“AFFA milli komandanın baş məşqçisi Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsinin Belçika ilə səfər oyunundan sonra azərbaycanlı jurnalistlər haqqında işlətdiyi qeyri-etik ifadələrə görə ciddi tədbir görəcək”. Bu barədə AZƏRTAC-a açıqlamasında milli assosiasiyanın vitse-prezidenti Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, bunu nəinki italiyalı mütəxəssisə, heç kimə yaraşdırmadığını bildirib: “Onu bu çıxışı etməyə nəyin vadar etdiyini bilmirəm. Amma hesab edirəm ki, tamamilə yanlış addım idi. Heç kimin haqqı yoxdur ki, mətbuat konfransında jurnalistlərə təhqiramiz ifadələr işlətsin. AFFA-nın baş katibi də bununla bağlı jurnalistlərdən üzr istədi. Əminəm ki, bu məsələyə ilə bağlı…

Read More
İdman 

Fransa səfiri Mahmudovla Mbappenin qollarını müqayisə edib

Fransanın Azərbaycandakı səfiri Ann Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransanın futbolçusu Kilian Mbappenin qollarını müqayisə edib. “Report” xəbər verir ki, bu barədə diplomat UEFA AVRO-2024-ün sosial şəbəkə səhifəsindəki “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb. “Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!”, – Fransa nümayəndəsi qeyd edib. Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FIFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçu Kilian Mbappe sözügedən reytinqdə – 198-ci pillədə qərarlaşan Cəbəllüttariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə endirərək fərqlənib.

Read More
İdman 

Domeniko Tedesko: “Azərbaycan çox ciddi rəqibdir”

“Azərbaycan çox ciddi rəqibdir”. “Report” xəbər verir ki, bunu Belçika millisinin baş məşqçisi Domeniko Tedesko Azərbaycan yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı mətbuat konfransında deyib. İtaliyalı mütəxəssis heyətdə bəzi dəyişikliklər olacağını gizlətməyib: “Start heyəti barədə heç nə deməyəcəyəm, amma bəzi dəyişikliklər olacaq. Onu deyə bilərəm ki, yenilik istəyirik. Yeri gəlmişkən, Azərbaycan İsveç kimi güclü komandanı 3:0 hesabı ilə məğlub etdi. Unutmayaq ki, Bakıda da çətin anlar yaşamışdıq”. Qeyd edək ki, noyabrın 19-da Brüsseldəki “Kinq Baudouin” stadionunda keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.…

Read More
İdman 

Azərbaycan millisi Belçika ilə səfər oyununda dəstəksiz qalacaq?

Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsinin son turunda Belçika ilə keçirəcəyi səfər oyununda dəstəksiz qalmayacaq. Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib. Assosiasiya rəsmisi bildirib ki, sayt vasitəsilə satışa çıxarılan biletlərin hamısı alınıb. E.Məmmədli təhlükəsizliklə bağlı Azərbaycanın Belçikadakı səfirliyinə müraciət olunduğunu da bildirib. Qeyd edək ki, noyabrın 19-da Brüsseldə keçiriləcək Belçika – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Final mərhələsinə vəsiqəni əvvəlki turlarda təmin edən “qırmızı şeytanlar” hazırda F qrupunda 17 xalla ikinci pillədədir. Millimiz isə 7 xalla 4-cü yerdə qərarlaşıb.

Read More
İdman 

“Onun fatihəsini verincə…” – Rövnəq Abdullayev

“Azərbaycan futbolu üçün önəmli oyunlardan biri oldu. Hər kəsi təbrik edirəm”. Bunu AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, Azərbaycan yığmasının AÇ-2024-ün seçmə mərhələsində İsveçə 3:0 qalib gəldiyi oyundan sonra danışıb. R.Abdullayev, həmçinin baş məşqçi Canni De Byazinin vəzifədə qalıb-qalmayacağı ilə bağlı suala da cavab verib: “Bu artıq dönüşdür. Çempionat da maraqlı keçir. De Byazinin qalıb-qalmayacağını müzakirə etmək İcraiyyə Komitəsinin işidir. Onun fatihəsini verincə, gəlin motivasiya edək, Belçikada da qələbə qazansın”. AFFA prezidenti Belçikadakı nəticənin De Byazi üçün həlledici olacağını bildirib. R.Abdullayev mart ayında baş tutacaq AFFA prezidenti seçkilərində yenidən federasiya…

Read More
İdman 

Avropa çempionatı: Qadın və kişi şahmatçılarımız turu qələbə ilə başa vurublar

Monteneqroda şahmat üzrə komandalar arasında Avropa çempionatında V turun oyunları keçirilib. “Qafqazinfo” xəbər verir ki, kişi şahmatçılardan ibarət Azərbaycan millisi hesabat turunda Monteneqronu məğlub edib. Bu tur Azərbaycan millisində Şəhriyar Məmmədyarovla Rauf Məmmədov heç-heçə oynayıblar. Nicat Abasovla Vasif Durarbəyli qələbə qazanıblar. Yekunda milli 3:1 hesablı qələbəni aktivinə yazdırıb. Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Almaniya ilə üz-üzə gəlib. Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova turu heç-heçə ilə başa vurublar. Birinci lövhədə Günay Məmmədzadənin Elizabet Petsi məğlub etməsi Azərbaycan komandasına 2,5:1,5 hesabı ilə qələbə qazandırıb. V turdan sonra kişilərdən ibarət Azərbaycan…

Read More
İdman 

Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək

Çövkən üzrə II dünya çempionatı Azərbaycanda keçiriləcək. Bu barədə “Report”a Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibi Bəhruz Nəbiyev məlumat verib. Federasiya rəsmisi bildirib ki, yarışın 2024-cü ilin sentyabrında təşkili planlaşdırılır: “İştirakçı komanda sayının daha çox olmasına çalışırıq. Çövkən bizim üçün qədim, ənənəvi idman növü olsa da, bir çox ölkə üçün yenidir. İlk mərhələdə bu idman növünü tanıtmalı, ətrafımıza mümkün qədər çox komanda toplamalıyıq”. Qeyd edək ki, çövkən üzrə I dünya çempionatı noyabrın 5-8-i aralığında altı komandanın iştirakı ilə Binə Atçılıq Mərkəzində təşkil olunub. Yarışda keçirdiyi hər üç görüşdə qələbə…

Read More