İdman 

“Trabzonspor”dan darmadağın – VİDEO

Türkiyə Super Liqasında 35-ci tura yekun vurulub. Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün daha bir görüş baş tutub. “Trabzonspor” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb və darmadağın sevinib. Hazırda 79 xala malik “Qalatasaray” vahid liderdir. “Fənərbaxça” ilə “Beşiktaş”ın 74 xalı var. “Adana Dəmirspor” 63, “Başakşəhər” 53, “Trabzonspor” 51, “Konyaspor”la “Kayserispor” 49 xal toplayıb. Türkiyə Super Liqası 35-ci tur 20 may Kasımpaşa – İstanbulspor 1:0 Qol: Y.Özcan, 58. Qalatasaray – Sivasspor 2:0 Qol: İkardi, 13; 63. Kayserispor – Alanyaspor 0:4 Qol: E.Yardımcı, 9; 16. Kuluris, 65. Balkoveç, 90+3. 21 may Ümraniyəspor…

Read More
İdman 

Azərbaycanın tanınmış veteran futbolçusu: “Evin bir kişisi olar”

Artıq Azərbaycan Premyer Liqasında cari mövsüm sona yaxınlaşır. Tam bitməyə cəmi bir tur qalsa da, mükafatçılar və çempion məlumdurlar. Bu gün baş tutacaq oyunlarda yalnız sonuncu pillənin sahibi müəyyənləşə bilər ki, bu da növbəti turun formallığına şərait yaradacaq… Azərbaycanın tanınmış veteran futbolçularından olan Kamal Quliyev “Qaynarinfo”ya açıqlamasında mövsümü dəyərləndirib: “Qarabağ” elə “Qarabağ”lığında, yəni şahlığında qalır. “Neftçi”yə təəssüf edirəm. Səriştəsiz idarəçiliyin sonu belə də olmalıdır. Baş məşqçiyə o qədər pul vermək, lazımsız transferlər… Çox heyif ki, kubokun finalına çıxmaqla nəyisə ört-basdır etmək istəyirlər. Bunlar hamısı boş şeylərdir, cəfəngiyyatdır. Hələ finalda qələbə…

Read More
İdman 

“Qalatasaray”ın İkardi üçün təklifi məlum oldu

“Qalatasaray”ın icarə əsasında komandada çıxış edən Mauro İkardi üçün onun müqavilə ilə məxsus olduğu Fransanın PSJ klubuna göndərəcəyi təklif müəyyənləşib. İstanbul təmsilçisi argentinalı ulduzu transfer etmək üçün 8 milyon avro ödəməyə hazırdır. “Qalatasaray”, həmçinin oyunçunun özünə 4,5 milyon avro məvaciblə 3 illik müqavilə təklif edəcək. Sözləşmədə bonuslar da nəzərdə tutulacaq. 2022-ci ilin sentyabrından “Qalatasaray”da çıxış edən 30 yaşlı forvard bu mövsüm İstanbul klubunun heyətində bütün turnirlərdə 24 oyun keçirib və 20 qol vurub. Mənbə: Spor Arena

Read More
İdman 

Azərbaycan məktəbliləri Avropa çempionatında beş medal qazandılar

Albaniyada keçirilən şahmat üzrə məktəblilər arasında Avropa çempionatı sona çatıb. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, 25 ölkədən 208 “iti zəka sahibi”nin iştirak etdiyi qitə birinciliyində Azərbaycan təmsilçiləri 5 medal qazanıblar. Məktəbli şahmatçılarımız 2 qızıl, 2 gümüş və bir bürünc medala layiq görülüblər. Bununla komandamız medal sıralamasında 3-cü yeri tutub. 17 yaşadək oğlanlar kateqoriyasında çıxış edən Aqil İsrailov və 9 yaşadək oğlanların yarışında mübarizə aparan Yasin Əzimov çempionatın qızıl medalına sahib çıxıblar. 13 yaşadək olan kateqoriyada Səadət Bəşirli qızların, Mirsaleh Seyidli isə oğlanların yarışında gümüş medal qazanıblar. 15 yaşadək qızlar kateqoriyasında…

Read More
İdman 

“İnter” “Napoli”yə məğlub oldu

İtaliya A Seriyasında 36-cı turun oyunları keçirilir. ARANTV.AZ  matc.az-a istinadən bildirir ki, bu gün daha 4 görüş baş tutub. “Leççe” – “Spetsiya” və “Torino” – “Fiorentina” matçlarında qalib müəyyənləşməyib. Yeni çempion “Napoli” bu turda “İnter”lə ev oyunundan inamlı qələbə ilə ayrılıb. “Udineze” isə evdə “Latsio”ya uduzub. İtaliya A Seriyası 36-cı tur 19 may Sassuolo – Montsa 1:2 Qol: Berardi, 45+6-pen – Çiurriya, 60. Pessina, 90+3. 20 may Kremoneze – Bolonya 1:5 Qol: Çiofani, 90+1 – Arnautoviç, 14. Ferquson, 27. Poş, 45+1. Orsolini, 45+1. Sansone, 80. Atalanta – Verona 3:1 Qol:…

Read More
İdman 

Azərbaycanın qadın boksçuları Polşada beynəlxalq turnirdə iştirak edəcək

Polşanın Pultusk şəhərində boks üzrə beynəlxalq turnir keçiriləcək. Federasiyadan APA-ya verilən məlumata görə, mayın 22-26-da baş tutacaq yarışda Azərbaycan qadınlardan ibarət milli komanda ilə təmsil olunacaq. Baş məşqçi Yadigar Məmmədov və məşqçi İlkin Ağayev Pultuskda 6 boksçunu yoxlayacaq. Qalib adı uğrunda Mehparə Məmmədova (48 kq), Anaxanım İsmayılova (50 kq), Zeynəb Rəhimova (54 kq), Məhsəti Həmzəyeva (57 kq), Şəhla Allahverdiyeva (66 kq) və Aynur Rzayeva (75 kq) mübarizə aparacaqlar. Bu gün səfərə yollanan yığma mayın 27-də Bakıya qayıdacaq.

Read More
İdman 

Stolüstü tennisçimiz beynəlxalq yarışın mükafatçısı oldu

Stolüstü tennisçimiz Yağmur Məmmədli daha bir beynəlxalq yarışın mükafatını qazanıb. “Report” xəbər verir ki, istedadlı idmançı mayın 15-dən 21-dək Bolqarıstanın Panaqyurişte şəhərində keçirilən dünya seriyalı “WTT Youth Contender” turnirində bürünc medala layiq görülüb. 22 ölkənin tennişçilərinin qatıldığı turnirin qrup mərhələsini ikinci yerdə başa vuran Yağmur ¼ finalda serbiyalı Teodora Sudzumu mübarizədən kənarlaşdırıb. Yarımfinalda isə o, Cənubi Koreya idmançısı Li Haelinə uduzaraq bürünc medalla kifayətlənib. Qeyd edək ki, “Eurotalent” seçimlərindən uğurla keçən Yağmur Məmmədli Avropanın ən istedadlı stolüstü tennisçiləri sırasındadır.

Read More
İdman 

Gimnastımız Avropa çempionatında topla hərəkətlərdə üçüncü yeri tutdu

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa çempionatında Azərbaycan idmançısı Zöhrə Ağamirova topla hərəkətlərdə üçüncü yeri tutub. Trend xəbər verir ki, o, çıxışına görə 32,850 xal toplayıb. İtaliyalı Sofiya Raffaeli 33,650 xalla birinci olub. İkinci yeri 33,350 xalla Bolqarıstanı təmsil edən Stilyana Nikolova tutub. Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir. Bakıda “Shine like a star” (Ulduz kimi parla) şüarı altında keçirilən Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər.

Read More
İdman 

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının final günüdür

Mayın 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarının final gününə start verilib. ARANTV.AZ  Trend-ə istinadən xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla final mərhələsində çıxış edəcəklər. Azərbaycan gimnastı Zöhrə Ağamirova üç finalda çıxış edəcək, o, halqa, top və gürzlərlə kompozisiya təqdim edəcək. Saat 16:00-dan sonra böyüklərdən ibarət komandalar arasında beş halqa, həmçinin üç lent və iki topla proqramlarda qrup hərəkətləri üzrə final mərhələsi başlayacaq. Qrup hərəkətləri yarışlarında isə Güllü Ağalarzadə,…

Read More