İdman 

Azərbaycan güləşçiləri Qazaxıstanda 11 medal qazandılar

Astanada Qazaxıstanın olimpiya və dünya çempionu Jaksılık Uşkempirovun xatirəsinə güləş üzrə gənclər arasında (U-20) beynəlxalq turnir keçirilib. Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, mayın 16-dan 18-dək davam edən ənənəvi yarışda böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında iştirak edən millimizin 11 üzvü fəxri kürsüyə qalxıb. İlkin Qurbanov (60 kq), Kənan Abdullazadə (67 kq) və Ruslan Nurullayev (72 kq) qızıl, İsmayıl Rzayev (82 kq), Əli Quliyev (87 kq) və Məzaim Mərdanov (130 kq) gümüş, Fərid Sadıxlı (55 kq), Təvəkgül Həziyev (67 kq), Rəvan Nuriyev, Aqil Musayev (hər ikisi…

Read More
İdman 

Azarkeşləri “Qarabağ”ı ziyana saldılar

İntizam Komitəsinin iclası keçirilib. Peşəkar Futbol Liqasından verilən məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının XXXIV turunda baş verənlərlə bağlı aşağıdakı qərarlar qəbul edilib: “Qəbələ” – “Turan Tovuz” oyununda “Qəbələ” klubunun futbolçusu Urfan Abbasov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 200 manat cərimə edilir (maddə 47.1); “Səbail” – “Qarabağ” oyununda ictimai təhlükəsizlik düzgün təşkil edilmədiyinə görə “Səbail” klubu 4000 manat cərimə edilir (maddə 49.1); “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra kənar şəxslər meydançaya daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2); “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra…

Read More
İdman 

“Qalatasaray” əfsanələri Heydər Əliyevin 100 illiyi şərəfinə toplanır

Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının (AİJA), “Qalatasaray” İdman Klubunun və Azərbaycan Minifutbol Federasiyasının (AMF) təşkilatçılığı, “Azfar Group”un baş sponsorluğu və Beynəlxalq Futvole Federasiyasının dəstəyi ilə “Qalatasaray”ın UEFA kubokunu qazandığı gündən düz 23 il sonra, sabah İstanbulda – “Florya Metin Oktay” təsislərində türk dünyasının lideri Heydər Əliyevin 100 illiyi şərəfinə qardaşlıq görüşü keçiriləcək. Sports.az xəbər verir ki, matçda “Qalatasaray”ın əfsanələri ilə Azərbaycan idman jurnalistlərinin milli komandası üz-üzə gələcək. Oyunun keçirilməsinin ideya müəllifi AİJA-nın vitse-prezidenti, Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilovun köməkçisi və Sports.az saytının baş redaktoru Anar Şabanoğludur. O, “Qalatasaray” klubuna ölkəmizdə…

Read More
İdman 

Serxio Ramos PSJ-də qalacaq.

İspaniyalı futbolçu qərarını artıq verib. O, Paris klubu ilə yayda başa çatacaq müqaviləni 2024-cü ilin iyununa qədər artıracaq. 37 yaşlı müdafiəçi bu mövsüm 42 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. Yayda Lionel Messi, Neymar, Marko Verratti kimi futbolçuların PSJ-ni tərk edəcəyi gözlənilir. Mənbə: Le Parisien

Read More
İdman 

FHN əməkdaşı Avropa çempionatında bürünc medal qazanıb

İspaniyanın Santa-Susanna şəhərində bodibildinq və fitnes üzrə keçirilən Avropa çempionatına yekun vurulub. Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, nüfuzlu idman tədbirində 43 ölkədən 1200 atlet mübarizə aparıb. Avropa çempionatında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin Xilasetmə və dalğıc işləri şöbəsinin baş məsləhətçisi Adil Cəfərov da iştirak edib. Adil Cəfərov 80 kq çəki dərəcəsində mötəbər yarışın “Masters” kateqoriyasında Avropa çempionatının bürünc medalını qazanıb.

Read More
İdman 

Azərbaycanın iki cüdoçusu Avropa Kubokunda bürünc medal qazanıb

Azərbaycanın gənc qız cüdoçulardan ibarət milli komandası Litvanın Kaunas şəhərində keçirilən Avropa Kubokunda iki medal qazanıb. Azərbaycan Cüdo Federasiyasından (ACF) verilən məlumata görə, yığmanın iki üzvü yarışda bürünc mükafata yiyələnib. Qızların mübarizəsində Leyla Dəmirova (48 kq) və Nigar Süleymanova (+78 kq) fəxri kürsüyə qalxıblar. Digər cüdoçulardan Rita Əliyeva (52 kq), Pərvanə Abdullayeva (70 kq), Nərmin Əmirli (78 kq) beşinci, Gülnarə Bayramova və Nuray Quliyeva (hər ikisi 57 kq) 7-ci yeri tutublar.

Read More
İdman 

Niyaməddin Paşayev: “Dünya çempionu olmağa potensial taekvondoçularımız var”

“Həm kişi, həm də qadınlardan ibarət milli komandalarımız dünya çempionatının hazırlığına yanvardan başlayıblar. Hazırda son məşqlərini edirlər”. Bunu APA-ya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev deyib. O, taekvondo yığmalarımızın Bakıda keçiriləcək dünya çempionatına hazırlıqlarını dəyərləndirib. Paşayev bildirib ki, hər iki milli komanda mundial üçün son toplanışını keçir: “Kişilərdən ibarət yığma Şamaxıda toplanışdadır. Onlar bu gün Bakıya qayıdıb, hazırlığı paytaxtda davam etdirəcəklər. Qadın taekvondoçularımız isə federasiyanın inzibati binasında hazırlıq keçirlər. Komandalarımız son hazırlıq dönəmindədir və hər şey yüksək səviyyədədir”. Vitse-prezident 143 ölkənin qatılacağı mundialda taekvondoçularımızın şansları barədə də danışıb. Onun sözlərinə…

Read More
İdman 

Azərbaycan taekvondoçuları Multi Avropa Oyunlarında daha 3 medal qazanıblar

Azərbaycanın yeniyetmə taekvondoçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Multi Avropa Oyunlarında daha 3 medal qazanıblar. Federasiyadan ARANTV.AZ-ya verilən məlumata görə, yarışın ikinci günü dayanq üzərinə idmançılardan İlyas Hətəmli (160 sm) və Şəms Əlizadə (160 sm) çempion tituluna yiyələnib. Yalnız finalda komanda yoldaşına məğlub olan Novruz Əliyev gümüş medala layiq görülüb. Azərbaycan yeniyetmələrin yarışında ümumi hesabda oğlanlar arasında ikinci, qızların mübarizəsində üçüncü olub. Beləliklə, milli komanda Multi Avropa Oyunlarını 6 medalla bitirib. Yarışın ilk günü Məmməd Abdullayevin rəhbərliyi etdiyi yığmanın heyətində Məhəmməd Həsənli (48 kq) ikinci, Hüseyn Xudiyev (78 kq)…

Read More