İdman 

“Neftçi” keçmiş hücumçusuna borcunu ödəyib

“Neftçi” keçmiş futbolçusu Mirabdulla Abbasova borcunu ödəyib. Bu barədə AFFA rəsmi saytı vasitəsilə məlumat yayıb. Oyunçuların Statusu və Transferi Komitəsi 28 yaşlı hücumçunun paytaxt klubuna qarşı işi ilə bağlı tələbinin təmin olunduğunu açıqlayıb. “1 iyun 2021-ci il tarixli Mülki Hüquqi müqaviləyə xitam verilməsi haqqında” 2022-ci il sentyabrın 1-dəki razılaşmaya əsasən, iddiaçının tələb etdiyi 80 000 manat kompensasiya məbləğinin qalan 23 585,5 manatı “Neftçi” tərəfindən ödənilib. Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Mirabdulla Abbasov 2022-ci ilin sentyabrında “Səbail”ə keçib.

Read More
İdman 

Azərbaycan paralimpiyaçıları Qran-pri yarışında iştirak edəcəklər

Azərbaycanın iki paralimpiyaçısı İtaliyanın Cesolo şəhərində keçiriləcək Qran-pri yarışında iştirak edəcək. Milli Paralimpiya Komitəsindən verilən məlumata görə, atletika üzrə paralimpiya çempionları Orxan Aslanov və Lamiyə Vəliyeva turnirdə mübarizə aparacaqlar. Onlar bu gün start götürəcək Qran-priyə qatılmaq üçün İtaliyaya yollanıblar. Turnir mayın 15-dək davam edəcək. Qeyd edək ki, Qran-pri bu ilin iyulunda Fransanın paytaxtı Parisdə keçiriləcək dünya çempionatına lisenziya qazandırır.

Read More
İdman 

Ərəblərdən dünya çempionuna fantastik təklif

“Tottenhem”in qapıçısı Uqo Lyoris karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər. Fransa millisinin sabiq kapitanı hələlik adı açıqlanmayan bir klubdan fantastik təklif alıb. Ərəblər 2018-ci ilin dünya çempionuna illik 115 milyon avro məvacib ödəməyə hazırdırlar. Lyoris 2012-ci ildən “Tottenhem”də çıxış edir. 36 yaşlı qolkiperin London klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. Lyoris bu mövsüm 31 oyun keçirib, 45 qol buraxıb. Xatırladaq ki, bu qış Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubuna keçib. Lionel Messinin isə yayda “Əl-Hilal”a üz tutacağına dair xəbərlər yayılıb. Mənbə: talkSPORT

Read More
İdman 

“Qarabağ” klub rekordunu təkrarlayıb

“Qarabağ” klub tarixinin rekordunu təkrarlayıb. Peşəkar Futbol Liqasının rəsmi saytının məlumatına görə, komanda Azərbaycan çempionatının 2022/23 mövsümündə 26-cı qələbəsini qazanaraq bunu reallaşdırıb. Qurban Qurbanovun yetirmələri XXXIII turda “Qəbələ” ilə ev görüşündə 3:0 hesablı qələbə qazanıblar. Ağdam təmsilçisi buna qədər ölkə çempionatında bir mövsüm ərzində qazanılan qələbə sayında ən yüksək göstəriciyə 2015/16 mövsümündə imza atıb. Həmin vaxt 36 matçdan 26-da rəqiblərini məğlub edən “Qarabağ” yeddi ildən sonra həmin nəticəni təkrarlayıb. Mövsümün sonuna üç tur qaldığı üçün Qurbanovun komandası bu rekordu yeniləmək imkanına da malikdir. Qeyd edək ki, bir mövsümdəki qələbə sayında…

Read More
İdman 

“Real”dan tarixi nailiyyət: İspaniyada 100 titul qazanan ilk klub oldu

“Real Madrid” İspaniyada 100 rəsmi titul qazanan ilk klub olub. Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, ölkə kubokunun finalında “Osasuna”ya 2:1 hesabı ilə qalib gələn paytaxt təmsilçisi tarixə düşüb. 20 dəfə Kral Kubokuna sahib çıxan “Real” İspaniyada ümumilikdə 69 titul əldə edib. Bura ölkə kubokundan əlavə, 35 La Liqa çempionluğu, 13 Super Kubok və 1 Liqa Kuboku daxildir. Klub avrokuboklarda 23 dəfə uğur qazanıb. 14 dəfə Çempionlar Liqasını qazanan madridlilər, iki dəfə UEFA Kubokunun (Hazırkı Avropa Liqası – red.), beş dəfə UEFA Super Kubokunun və…

Read More
İdman 

“Neftçi”nin darmadağını: Pis tendensiya və üzə çıxan problemlər

Son illərdə “Neftçi”nin böyükhesablı məğlubiyyətləri adiləşib. Ancaq bu məğlubiyyətlər bir qayda olaraq “Qarabağ”la görüşlərdə və ya avrokubok oyunlarında qeydə alınırdı. Premyer Liqanın 33-cü turunda “Turan Tovuz” səfərindəki 0:4 hesablı məğlubiyyət bu baxımdan gözlənilməz oldu. Tovuz klubu Premyer Liqaya bu mövsüm qayıdıb. Baş məşqçi Ayxan Abbasov möhkəm komanda formalaşdırmağı bacarıb. “Turan Tovuz” elitanın ortabablarındandır, kubokda yarımfinala qədər irəliləməyi də bacardı və orada son dəqiqə qolları ilə elə “Neftçi”yə uduzub, mübarizəni dayandırdı. Ancaq debütantın ilk ilində xoş təsir bağışlaması əsas vermir ki, “Neftçi” ona belə hesabla uduzsun. “Ağ-qaralar”ın mövsümü neçənci sırada başa…

Read More
İdman 

Fövqəladə Hallar Nazirliyi dövlət qurumları arasında keçirilən minifutbol turnirinin qalibi oldu – FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. Gənclər və İdman Nazirliyinin və Azərbaycan Minifutbol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışda dövlət qurumlarının 50-dən çox komandası mübarizə aparıb. 2022-ci ilin noyabr ayından start götürən turnirin həlledici oyununda Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) və Fövqəladə Hallar Nazirliyinin (FHN) komandaları qarşılaşıblar. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçən oyunun əsas vaxtı qolsuz heç-heçə ilə nəticələnib. Penaltilər seriyasında isə daha dəqiq oynayan FHN komandası turnirin qalibi adını qazanıb. Beləliklə, ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan turnirin çempionu…

Read More
İdman 

“Yuventus”dan səfərdə vacib qələbə – VİDEO

İtaliya çempionatının 34-cü turunun matçında “Yuventus” səfərdə “Atalanta”ya qalib gəlib. Hesabı görüşün 56-cı dəqiqəsində hücumçu Samuel Aylinq açıb. 90+8-ci dəqiqədə Duşan Vlahoviç komandasının fərqini dubl edib – 2:0. Beləliklə, “Yuventus” 66 xal toplayaraq A Seriyasının turnir cədvəlində ikinci pilləyə yüksəlib.Atalanta isə 58 xalla altıncı pillədə qərarlaşıb.

Read More
İdman 

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəldi

Azərbaycan boksçusu Nəbi İsgəndərov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatına qələbə ilə başlayıb. Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, 67 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü 1/16 finalda Ali Habibinejadla (İran) döyüşüb. Görüş İsgəndərovun qələbəsi ilə yekunlaşıb. O, rəqibini 4:1 (27:30, 29:28, 29:29, 30:26, 29:28) hesabı ilə məğlub edib. İsgəndərov 1/8 finalda rusiyalı Tarxan İdiqovla üz-üzə gələcək. Döyüş mayın 9-da olacaq. Qeyd edək ki, 107 ölkədən 538 boksçunun qatıldığı dünya çempionatı mayın 14-də başa çatacaq.

Read More
İdman 

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi Fransaya qarşı

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turniri davam edir. ARANTV.AZ  xəbər verir ki, Bakı Tennis Akademiyasında təşkil edilən yarışda bu gün pley-off və yarımfinal oyunları keçiriləcək. A qrupunu 3-cü pillədə başa vuran Azərbaycan millisi yarımfinala yüksəlmək uğrunda Fransa ilə qarşılaşacaq. Digər cütlükdə isə Çexiya və Ukrayna üz-üzə gələcəklər. Bu cütlərin qalibləri axşam saatlarında yarımfinal mərhələsində müvafiq olaraq Serbiya və Qazaxıstanla üz-üzə gələcəklər. Pley-off 1. 11:00. Fransa – Azərbaycan 2. 12:30. Çexiya – Ukrayna Yarımfinal 20:00. Serbiya – 1-ci cütün qalibi 21:30. Qazaxıstan – 2-ci cütün qalibi

Read More