İdman 

FIDE prezidenti Bakıya gəlir

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Arkadi Dvorkoviç Bakıya gələcək. Azərbaycan Şahmat Federasiyasından verilən məlumata görə, məqsəd ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunan “Baku Open 2023” Beynəlxalq Şahmat Festivalının açılış mərasimində iştirak etməkdir. Arkadi Dvorkoviç səfər zamanı bir sıra mühüm görüşlər keçirəcək. Qeyd edək ki, mayın 5-də açılış mərasimi təşkil olunacaq “Baku Open 2023”ə mayın 12-də yekun vurulacaq.

Read More
İdman 

Zabit Səmədov: O videodakı “müəllimin”…

“Zabit Səmədov” döyüş klubunun rəhbəri, Azərbaycanın dünyaca məşhur K1 döyüşçüsü, “Mauqli” ləqəbli Zabit Səmədov yeddi yaşlı Fərid Bakarovun idman məşqçisi Mehman Xəlilov tərəfindən kobud davranış nəticəsində ölməsi ilə bağlı fikirlərini bölüşüb. Zabit Səmədov, sözügedən hadisənin baş verdiyi anın videosunu məyusluqla izlədiyini qeyd edib. Təəssüflər olsun ki, belə bir hal yaşanıb. Həmin videodakı hərəkətlər nəinki müəllimə, heç insanlığa da sığmır. Biz müəllim olaraq uşaqlara öz övladımız kimi yanaşmalıyıq. Mənim özümün döyüş məktəbim var, burada məşqçilərin hər biri müəyyən titullu və təcrübəyə malik şəxslərdir. Hazırda bizimlə çalışan müəllimlər arasında öz ölkəmizlə yanaşı,…

Read More
İdman 

Azərbaycanda federasiyanın baş katibi istefa verdi – YENİ TƏYİNAT

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyində dəyişiklik olub. Məlumatı federasiyanın mətbuat xidməti yayıb. Bildirilib ki, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub. Qeyd edək ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsini bitirən Həsənov bu vəzifəyə qədər “Avto Lizinq Azərbaycan” MMC-də çalışıb.

Read More
İdman 

Mahir Emrelinin rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb oldu

Türkiyənin “Konyaspor” klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin “Trabzonspor”la matçdan öncə rəqib baş məşqçi ilə şəkil çəkdirməsi müzakirələrə səbəb olub. Yerli azarkeşlər forvardın rəqib komandanın çalışdırıcısı ilə səmimi görüntüsünü qəribə qarşılayıblar. Araşdırmalardan sonra məlum olub ki, Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda oynayarkən “Osiyek”in baş məşqçisi olan Byelitsa onu komandasında görmək istəyib. Fotonun da səbəbi xorvat çalışdırıcının Mahiri forvard kimi bəyənməsi olub. Mənbə: yenihaberden.com

Read More
İdman 

Gənclər və İdman Nazirliyi yeddi yaşlı uşağın ölümü ilə bağlı açıqlama yaydı

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovun ölümü ilə bağlı açıqlama yayıb. Açıqlamada azyaşlı uşaqlara qarşı qəddarlıq edən şəxs – Mehman Xəlilovun qanun qarşısında cavab verəcəyinə əminlik ifadə olunub: “Gənclər və İdman Nazirliyi 2016-cı il təvəllüdlü Fərid Bakarovun vəfatından kədərləndiyini bildirir və ailəsinə dərin hüznlə başsağlığı diləyir. Allah rəhmət eləsin! Son günlər mətbuatda yayılan videogörüntülərdə məşqçi Mehman Xəlilovun Fərid Bakarov və digər uşaqlarla qəddarlıqla davranması əks olunub. Hadisə ilə bağlı…

Read More
İdman 

“Şuşa” BƏƏ-də keçirilən futvoley üzrə beynəlxalq turnirin qalibi olub – FOTO

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində futvoley üzrə beynəlxalq turnir keçirilib. Beynəlxalq Futvoley Federasiyasının prezidenti, həmyerlimiz Vüsal Xəlilov turnirin açılış mərasimində çıxış edərək, yarışda iştirak edən komandaların üzvlərini salamlayıb, ulu öndər Heydər Əliyevin fəaliyyəti və Azərbaycan xalqı qarşısındakı xidmətləri barədə məlumat verib. Ölkəmiz turnirdə “Şuşa” komandası ilə təmsil olunub. Komandamızın heyətində futvoley üzrə dəfələrlə beynəlxalq yarışların qalibi olmuş məşhur braziliyalı futvoleyçilər Anderson Aguia və Eduardo Dos Santos da çıxış ediblər. Komandamız qrup oyunlarında Danimarka, Braziliya və BƏƏ komandalarına qalib gələrək qrup…

Read More
İdman 

Azərbaycanın daha iki paraatleti Dünya Kubokunda medal qazanıb

Azərbaycanın daha iki paraatleti Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda medal qazanıb. Bu barədə Milli Paralimpiya Komitəsi məlumat yayıb. Bildirilib ki, para-pauerliftinq üzrə millinin üzvü Talıb Zeynalov +107 kq çəki dərəcəsində gənc idmançılar kateqoriyasında qızıl medal əldə edib. O, 146 kq nəticə ilə fərdi çəkidə ən yaxşı göstəriciyə imza atıb. Bununla Zeynalov ümumi çəkidə də daha bir qızıl medalın sahibi olub. Talıb Zeynalov böyüklər arasında yarışı isə 5-ci pillədə tamamlayıb. Yığmanın digər paraatleti Şamo Aslanov +107 kq çəki dərəcəsində 3 cəhdin cəmində 595 kq nəticə göstərərək, gümüş mükafata yiyələnib. O,…

Read More
İdman 

FIDE reytinqi: İlk “10-luq”da bir təmsilçimiz var, o da onuncudur

Beynəlxalq Şahmat Federasiyası (FIDE) may ayı üçün reytinq cədvəlini açıqlayıb. Bu barədə FIDE-nin rəsmi saytı məlumat yayıb. Bildirilib ki, ilk “10-luq”da Azərbaycanın yenə bir təmsilçisi yer alıb. Teymur Rəcəbov 2 747 xalla 10-cu sıradakı mövqeyini qoruyub. Şəhriyar Məmmədyarov isə 2 738 xalla 16-cı yerdə qalıb. Qədir Hüseynov (2 661) bir pilləlik geriləmə ilə 80-ci sıraya düşüb. Rauf Məmmədov (2 646) isə əksinə, bir addım irəliləyib. O, hazırda 97-ci pillədədir. Siyahıya əvvəlki kimi norveçli dünya çempionu Maqnus Karlsen (2 853) başçılıq edir. Rusiyalı Yan Nepomnyaşşi (2 794) ikinci, çinli Din Liren…

Read More
İdman 

Azərbaycanın beş güləşçisi Qazaxıstanda keçirilən beynəlxalq turnirdə medal qazanıb

17 yaşadək sərbəst güləşçilərdən ibarət Azərbaycan yığması Qazaxıstanın Atırau şəhərində keçirilən beynəlxalq turnirdə beş medal qazanıb. Azərbaycan Güləş Federasiyasından (AGF) verilən məlumata görə, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Vahid Məmmədovun rəhbərliyi altında millinin heyətində Yusif Dursunov (110 kq) bütün rəqiblərinə qalib gələrək çempion olub. Eltun Mamedov (45 kq) gümüş, Bəşir Verdiyev (51 kq), İsmayıl Rəhimli (71 kq) və Səid Paşayev (92 kq) isə bürünc medal qazanıblar. Azərbaycan yığması komanda hesabında üçüncü yeri tutub.

Read More
İdman 

Fərid Qayıbov: “Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir”

“Formula 1” Azərbaycan Qran-prisi bütün ölkə üçün böyük qürur mənbəyidir və indi daha üç il ərzində azarkeşlərimizi ruhlandırmağa və həyəcanlandırmağa davam edəcək”. “Report”un məlumatına görə, bunu Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov “Formula-1”lə müqavilə müddətinin uzadılması ilə bağlı fikirlərini bildirərkən deyib. Nazir qeyd edib ki, bu təşkilatla davamlı tərəfdaşlığı təsdiqləməkdən məmnunluq hissi keçirir: “2016-cı ildən – bu tədbirə ev sahibliyi etdiyimiz vaxtdan – idmanın ölkəmizə və şəhərimizə diqqətçəkən iqtisadi, sosial və mədəni təsiri olub”. “Bakıdakı son altı yarış bu idman növünün uzun tarixində ən yaxşı və ən dramatik mübarizələrdən…

Read More