İdman 

“Haber Global” Bakıdan canlı yayıma bağlandı: “Azərbaycanda “Formula-1” həyəcanı yaşanır” – VİDEO

Azərbaycan “Formula-1” üzrə dünya çempionatında mövsümün 4-cü yarışına ev sahibliyi edir. “News Global Sports”un redaktoru Ata Selçuk “Haber Global”ın canlı yayımda mövzu ilə bağlı təfərrüatlı məlumat verib. Qeyd edilir ki, “Formula-1” ilk dəfə olaraq yeni formatda keçiriləcək və burada 2023-cü il üçün sprint cədvəlinə “sprint shootout” kimi tanınan ikinci təsnifat mərhələsi əlavə olunacaq. “Sprint shootout” sprint yarışının sıralamasını müəyyən edəcək. Yeni format bu mövsüm altı yarışda istifadə olunacaq ki, onlardan birincisi bu həftəsonu keçiriləcək Azərbaycan Qran-prisidir.

Read More
İdman 

Halqada adrenalin: Tarixi Bakı küçələri yeddinci dəfə trekə çevrildi – REPORTAJ + FOTO

Azərbaycan artıq yeddinci dəfə “Expect the unexpected”, yəni “Gözlənilməzə hazır olun” şüarı ilə tarixi Bakı küçələrini “Formula-1” trekinə çevirib. “Formula-1”də mövsümün ən maraqlı mövzularından biri də Xəzər dənizinin sahilində salınan küçə trekində yarışın necə olacağıdır. Bildiyiniz kimi, “Formula-1” Azərbaycan Qran-prisi hər il öz unikallığı və yarışın maraqlı nəticələri ilə yaddaşlarda iz qoymağı bacarır. Bu il də ölkənin ən gözəl şəhərlərindən biri olan Bakının izdihamlı küçələrində təşkil olunan yarışlar üçün işlər fasiləsiz olaraq davam edir. Heç şübhəsiz, Bakı Şəhər Halqası müxtəlif çətinlikli 20 döngəsi və Xəzərə paralel möhtəşəm trası ilə yenidən…

Read More
İdman 

Dörd günlük bilet sahiblərinin pit-leyn gəzintisindən FOTOREPORTAJ

“Formula-1” Azərbaycan Qran Prisində dörd günlük bilet sahibləri pit-leyndəki gəzintisindən fotoreportaj hazırlanıb. Qeyd edək ki, sabah Azərbaycanda “Formula-1” Azərbaycan Qran-prisi başlayır. “Formula-1” üzrə dünya çempionatının həyəcanı Bakı şəhər halqasında aprelin 30-dək davam edəcək. PhotoStock.az-ın pit-leyndəki gəzintidən hazırladığı fotoreportajı təqdim edirik:  

Read More
İdman 

Türkiyəli idmançı Nuray Güngör: “Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır” – VİDEO

“Ermənistanda iki dövlət, bir millətin gücünü göstərdim”. ARANTV.AZ xəbər verir ki, bunu Ermənistanın paytaxtı İrəvanda keçirilən ağırlıqqaldırma üzrə Avropa çempionatının qalibi olan Türkiyə millisinin üzvü Nuray Güngör Bakıdakı qarşılama mərasimində jurnalistlərə açıqlamasında deyib. O, təmtəraqlı qarşılanmaya görə təşəkkürünü bildirib: “Bu bir daha Azərbaycan və Türkiyə qardaşlığını ortaya qoyur. Orada Azərbaycana qarşı olan hörmətsizlik bizə də edilmiş sayılır. Azərbaycan yığması həmin hadisədən sonra yarışı tərk etməli oldu. Dedim ki, onlar yoxdurlarsa, biz varıq. Ən gözəl cavabımız dövlət himnimizin səslənməsi oldu. Bunun ayrı qüruru var. Medallarımı Azərbaycan xalqına ərməğan edirəm”.

Read More
İdman 

“Formula-1” üçün Azərbaycana gələn məşhur model: “Bakıda bunu edə bilməyəcəyəm”

“Bakıya ilk səfərimdir. Yaxşı mənada təəccübləndim. Şəhər çox gözəl görünür”. “Report”un məlumatına görə, bunu “Formula-1” üzrə Azərbaycan Qran-Prisində iştirak etmək üçün Bakıya gələn Xorvatiyalı model İvana Knoll qala gecəsində jurnalistlərə açıqlamasında deyib. Səfərlə bağlı təəssüratlarını bölüşən xanım azarkeş Azərbaycan xörəklərinin dadlı olduğunu söyləyib: “Açığı, pəhriz saxlamaq istəyirdim. Amma əminliklə deyə bilərəm ki, Bakıda bunu edə bilməyəcəyəm”. Knol bildirib ki, Bakıdakı yarışda ilk dəfə iştirak etsə də, digər ölkələrdə keçirilən Qran-Prilərdə dəfələrlə yer alıb: “Qətərdəki dünya çempionatı ilə buradakı atmosferi müqayisə edə bilmərəm. Çünki tamam fərqli turnirlərdir. Ölkələrin müqayisəsinə gəlincə, bu…

Read More
İdman 

Ölümdən dönən sabiq “Qarabağ”lı üçün mövsüm erkən başa çatdı

Rusiyanın “Krasnodar” klubunda çıxış edən “Qarabağ”ın keçmiş futbolçusu Kadi Borges üçün mövsüm erkən başa çatıb. Bu barədə yarımmüdafiəçi özü məlumat verib. Rusiya Premyer Liqasının XXIV tur oyununda “Spartak”ın müdafiəçisi Georgi Cikiya ilə toqquşma nəticəsində beyin silkələnməsi və kəllə sümüyünün çoxsaylı sınıqlarına məruz qalan 27 yaşlı hücumameyilli oyunçu gələn mövsümün hazırlığı zamanı kollektivə qoşulacağını deyib. “Reabilitasiya müddəti 15-20 gün olacaq. Hərtərəfli bərpa dönəmi isə 1-2 ay çəkəcək. Bu müddət ərzində qoruyucu maskadan istifadə edəcəyəm. Böyük ehtimalla növbəti mövsümün hazırlığı zamanı komandaya qoşulacağam”, – braziliyalı açıqlamasında bildirib. Mənbə: Sport24.ru

Read More
İdman 

Mikayıl Cabbarov Azərbaycan Prezidentinin təbriklərini güləşçilərə çatdırıb – FOTO

Zaqrebdə keçirilmiş güləş üzrə Avropa çempionatında əldə edilmiş nailiyyətlər, qarşıdan gələn mühüm yarışlar, yeniyetmə və gənc nəslin sağlam ruhda yetişməsi və onlar arasında idmanın təşviqi, eləcə də regionlarda güləşin inkişafı istiqamətində görüləcək işlərlə bağlı müzakirələr aparılıb. Xorvatiyanın Zaqreb şəhərində keçirilən güləş üzrə Avropa çempionatında idmançılarımızın uğurlu nəticələri ilə bağlı tədbir keçirilib. Tədbirdə Azərbaycan Güləş Federasiyasının (AGF) rəhbəri Mikayıl Cabbarov qitə birinciliyində qazanılmış tarixi uğurlarla bağlı idmançılara Prezident İlham Əliyevin təbriklərini çatdırıb. Vurğulanıb ki, artıq bütün sərhədlərimiz boyunca Azərbaycan bayrağı dalğalanır və güləşçilərimiz Avropa çempionatında qazandıqları uğurları sərhədlərimizi qoruyan hərbi qulluqçularımıza, Ali Baş…

Read More
İdman 

AÇ-də qızıl medal qazanmış güləşçi: “Qələbəmi şəhidlərə və atama həsr edirəm” – VİDEO

“İlk təbrik edən anam oldu. Mən bu qələbəmi şəhidlərimizə və atama həsr edirəm. Ruhları şad olsun”. “Report” xəbər verir ki, bunu Avropa çempionatında qızıl medala layiq görülmüş Azərbaycanın yunan-Roma güləşçisi Ülvü Qənizadə Vətənə qayıtdıqdan sonra jurnalistlərə açıqlamasında bildirib. “Qarşıda dünya çempionatı var. Məqsəd dünya çempionluğudur. Ümid edirəm ki, bu bizə nəsib olacaq. Boşalmaq olmaz, hələ hər şey irəlidədir. İnanıram ki, nəticələrin ardı gələcək”, – idmançı əlavə edib.

Read More
İdman 

“Formula-1” komandasının direktoru: “Bakı bolidimizin imkanlarına uyğun trekdir”

“Düşünürəm ki, Bakı bizim bolidimizin imkanlarına uyğun trekdir”. “Report” xəbər verir ki, bunu “Formula-1” üzrə dünya çempionatında çıxış edən “Williams” komandasının direktoru Ceyms Voulz yarışın rəsmi saytına açıqlamasında deyib. 44 yaşlı funksioner indiyədək Azərbaycan Qran-prisinin hər birində xallar uğrunda mübarizə apardıqlarını bildirib: “Sadəcə, əvvəlki yarışlardan hər şeyi öyrəndiyimizə əmin olmalıyıq. Qarşıdakı həftəsonunda əlimizdən gələnin ən yaxşısını edəcəyik”. Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə baş tutacaq.

Read More