İdman 

“Qarabağ”ın ÇL matçlarından bu qədər QAZANIB

Azərbaycan çempionu “Qarabağ”ın UEFA Çempionlar Liqasının (ÇL) əsas mərhələsinə yüksəldiyi üçün qazandığı məbləğ bəlli olub. Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacağı üçün daha 18,62 milyon avro (təqribən 36,76 milyon manat) gəlir əldə edib. “Qarabağ” ümumilikdə cari mövsüm ÇL-dən qazandığı məbləğ isə 23,77 milyon avrodur (təqribən 46,93 milyon manat). Qeyd edək ki, “köhlən atlar” turnirin əsas mərhələsində əldə etdiyi nəticələrə görə əlavə gəlirlər qazanacaq. /Metbuat.az

Read More
İdman 

Hamı sevincindən ağladı… – Video

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq 8 ildən sonra əsas mərhələyə vəsiqə qazanıb. “Qafqazinfo”nun məlumatına görə, qarşılaşmanın baş hakiminin final fitindən sonra Tofiq Bəhramov adına Respublika stadionunda sevincdolu anlar yaşanıb. Həmin anın görüntülərini təqdim edirik:

Read More
İdman 

Qurban Qurbanova dedilər ki, Prezident təbrik edib… – Və o anın videosu

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev “Qarabağ”ı Çempionlar Liqasınının əsas mərhələsinə yüksəlməsi münasibətilə təbrik edib. “Qafqazinfo”nun məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov dövlət başçısının rəsmi X hesabında etdiyi təbriklə mətbuat konfransında tanış olub. Təcrübəli mütəxəssis də öz növbəsində Prezident İlham Əliyevi təbrik edib: “Prezident bir daha göstərdi ki, gözü bizim üzərindədir və bizim məsuliyyətimiz daha da artdı”.

Read More
İdman 

Qurban Qurbanovdan qələbə şərhi

“Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”. Bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib. “Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” – Qurbanov deyib. Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə görə “Ferentsvaroş”u…

Read More
İdman 

İlham Əliyev “Qarabağ”ı təbrik edib – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sosial şəbəkə hesablarında “Qarabağ” futbol klubunun qələbəsi ilə bağlı paylaşım edib. Musavat.com-un məlumatına görə, paylaşımda deyilir: “Azərbaycanın “Qarabağ” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanaraq futbol tariximizdə yeni bir səhifə yazdı! “Qarabağ” klubunun bütün komanda heyətini və azarkeşləri təbrik edirəm!”   Musavat.com

Read More
İdman 

Sevinc gözyaşları sel oldu – VİDEO

Xəbər verdiyimiz kimi, “Qarabağ” Çempionlar Liqasının pley-offunda “Ferentsvaroş”u mübarizədən kənarlaşdıraraq 8 ildən sonra əsas mərhələyə vəsiqə qazanıb. Qarşılaşmanın baş hakiminin final fitindən sonra Tofiq Bəhramov adına Respublika stadionunda sevincdolu anlar yaşanıb. Həmin anın görüntülərini təqdim edirik.//Milli.Az

Read More
İdman 

Qurban Qurbanov: “Qarabağ”ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər”

“Qarabağ”ın qələbəsini ən çox azarkeşlər haqq edirdilər. “Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş”a (Macarstan) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib. Təcrübəli mütəxəssis Liqa mərhələsinə yollandıqları üçün hədsiz sevincli olduqlarını söyləyib: “Gərgin oyuna şahidlik etdik. Futbolçularım böyük nailiyyət təbrik edirəm. Sanki çoxdandır stadionda bu cür atmosferə şahidlik etmirdim. Bu qalibiyyəti ən çox azarkeşlərimiz haqq edirdilər”. O, Prezident İlham Əliyevin təbrikini sevinclə qarşıladığını bildirib: “Prezident İlham Əliyev “Qarabağ”ı təbrik edib. Bunu qürur hissi ilə qarşılayıram. Bir daha gördük ki, ölkə…

Read More
İdman 

AFFA prezidenti: “Qarabağ” futbol klubuna yeni qələbələr diləyirəm

AFFA prezidenti Rövşən Nəcəf “Qarabağ”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edib. “Report” xəbər verir ki, milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb. “Qarabağ” futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm”, – qurumun prezidenti qeyd edib.

Read More
İdman 

Qurban Qurbanovdan ilk reaksiya

“Hamı görürdü ki, gərginlik var idi. Bu, məsuliyyətdən irəli gələn bir şey idi”. “Qafqazinfo” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Ferentsvaroş”la matçdan sonra deyib. “Futbolçularım qəhrəmandırlar. Onları təbrik edirəm. Neçə il idi ki, bunu istəyirdik. Allah bu gün bizə bunu nəsib etdi. İstəyirdik ki, daha yaxşı oyun göstərək. Ümumi nəticə çox sevindiricidir. İnanın ki, bu gün daha gərgin oyun oldu. İlk dəqiqələrdən bu, hiss olundu. 1:3-dən sonra hamı deyirdi ki, qalib olacağıq. Futbol göstərir ki, istənilən nəticə ola bilər” – Qurbanov deyib. Qeyd edək ki, “Qarabağ” iki oyunun nəticəsinə…

Read More
İdman 

“Qarabağ” Çempionlar Liqasında!VİDEO

“Qarabağ” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda “Qarabağ” Bakıda Macarıstanın “Ferentsvaroş” klubuna 2:3 hesabı ilə məğlub olub. Musavat.com xəbər verir ki, buna baxmayaraq, Ağdam təmsilçisi iki görüşün ümumi nəticəsinə əsasən (5:4) tarix yazaraq ikinci dəfə Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. Bu qələbə Azərbaycan futbolu üçün yeni səhifə, “Qarabağ” üçün isə Avropada atılan daha bir böyük addım kimi qiymətləndirilir. UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ” – “Ferentsvaroş” (Macarıstan) oyununda beşinci qol qeydə alınıb. Musavat.com xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada…

Read More