Dünya 

Fidan amerikalı həmkarı ilə Qəzza və Livanı müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı Antoni Blinkenlə ilə Livandakı son prosesləri, habelə Qəzzanın şimalındakı humanitar vəziyyəti müzakirə edib. “Report” xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb. Telekanalın məlumatına görə, Türkiyənin XİN başçısı “Qəzzanın şimalındakı humanitar vəziyyətin fəlakət miqyasına çatdığına diqqət çəkərək humanitar yardımların Qəzzaya aramsız şəkildə çatdırılmasının önəminə toxunub”. “Görüşdə Livandakı son hadisələr də müzakirə edilib. Müharibənin bütün regiona yayılmasının qabaqlanması üçün bütün tərəflərin təmkinli davranmalı olduğunu vurğulayan nazir Fidan vaxt itirmədən Qəzzada atəşkəs elan edilməsi və İsrailin Livana qarşı hücumlarını dayandırması lazım olduğunu bir…

Read More
Dünya 

Putin: Nəqliyyat marşrutlarının inkişafında Azərbaycanın rolu çox vacibdir

Xüsusilə, regionda logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox böyükdür. “Report”un Kazana ezam olunan əməkdaşının məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin XVI BRICS Sammitinin “Outreach”/“BRİCS+” formatının geniş tərkibdə görüşü zamanı deyib. “Logistika dəhlizlərinin inkişafında Azərbaycanın rolu çox vacibdir. Onun Rusiya və digər BRICS ölkələri ilə artan ticarət dövriyyəsinin həcmi də böyük əhəmiyyət kəsb edir”, – o bildirib.

Read More
Dünya 

Paşinyandan SON DƏQİQƏ SÜLH AÇIQLAMASI

Dünən Ermənistan parlamenti Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi üzrə komissiyanın və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası üzrə dövlət komissiyasının birgə fəaliyyəti haqqında əsasnaməni ratifikasiya edib. Bunu BRİKS sammitində Ermənistanın baş naziri Nikol Paşinyan deyib. N.Paşinyan prosesin nə zaman intensivləşəyinə aydınlıq gətirib: “Sözügedən sənəd hər iki ölkədə qüvvəyə mindikdən sonra biz 1991-ci il Alma-Ata Bəyannaməsinin əsas prinsipləri əsasında Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası prosesini intensivləşdirə biləcəyik. Xüsusilə vurğulamaq istərdim ki, Ermənistan Konstitusiya Məhkəməsinin bu sənədlə bağlı qərarı nəhayət bütün narahatlıqları aradan qaldırdı və Ermənistan…

Read More
Dünya 

Sağ adama “öldü” deyib, orqanlarını çıxarmaq istədilər – ŞOK

Beyin ölümü keçirən şəxs orqan donorluğu əməliyyatında həyata qayıdıb. Hadisə ABŞ-da qeydə alınıb. 2021-ci ildə Kentukki ştatında Həddindən artıq dozaya görə xəstəxanaya yerləşdirilən 36 yaşlı Thomas ‘TJ’ Hoover II-yə beyin ölümü diaqnozu qoyulub və ailəsi tərəfindən orqan donorluğu təsdiqlənib. Xəstəxanada orqan donorları üçün keçirilən “qürur paradı” zamanı Huver gözlərini açıb ətrafa baxması ailəsini narahat edib. Həkimlər bunun sadəcə bir refleks olduğunu deyərək ailəni inandırıblar. Lakin əməliyyat otağında cərrahlar orqanları çıxarmağa hazırlaşarkən Huver hərəkətə keçərək ağlamağa başladı. Keçmiş xəstəxana işçisi Nyckoletta Martinin ifadəsinə görə, vəziyyət bildirilsə də, KODA orqan nəqli koordinasiya…

Read More
Dünya 

“Terrorun bu vaxt baş verməsi təsadüfi deyil”

“Terror hücumunun Prezident Rəcəb Tayyib Ərdoğanın səfərdə olduğu vaxt həyata keçirilməsi təsadüfi deyil”. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Qurtulmuş deyib. TBMM sədri bildirib ki, Türkiyə terrorla mübarizəni sona qədər davam etdirəcək. Xatırladaq ki, ötən gün Ankarada TUSAŞ aerokosmik şirkətinin obyektində baş verən terror aktı nəticəsində 5 nəfər ölüb olub, 22 nəfər isə yaralanıb./qafqazinfo

Read More
Dünya 

ABŞ və Almaniya Ukraynanın alyansa daxil olmasına qarşıdır

NATO-ya üzv olan 7 ölkə Ukraynanın alyansa daxil olmasına qarşıdır. “Report” xəbər verir ki, bu barədə “Politico” alyansadakı rəsmi mənbələrə istinadən yazır. Nəşr qeyd edir ki, bu ideyaya qarşı çıxan ölkələrə Rusiya ilə birbaşa müharibəyə cəlb olunmaqdan qorxan ABŞ və Almaniya – Kiyevin ən böyük tərəfdarlarından ikisi rəhbərlik edir. Bundan əlavə, Slovakiya və Macarıstan da hökumətlərinin Rusiyayönlü xəttinə görə bunun əleyhinədir. “Belçika, Sloveniya və İspaniya da ABŞ və Almaniyanın arxasında gizlənir. Onlar da bunu istəmir”, – NATO rəsmilərindən biri nəşrə deyib.

Read More
Dünya 

Buxarestdə Bakı gündəmi: Rumıniya Diplomatik İnstitutunda Qlobal İqlim Diplomatiyası müzakirə edildi – FOTOLAR

Rumıniya Diplomatik İnstitutunda “Qlobal İqlim Diplomatiyası” adlı tədbirdə COP29-a həsr olan panel müzakirələr keçirilib. Bu barədə Musavat.com-a Rumıniyadakı səfirliyimizdən məlumat verilib. Məlumatda bildirilir ki, 23 oktyabr tarixində  Rumıniya Diplomatik İnstitutunda Enerji Siyasəti Qrupunun təşkilatçılığı ilə  “Qlobal İqlim Diplomatiyası: COP28, COP29 və COP30” adlı panel müzakirələr keçirilib. Tədbirdə Rumıniyanın ekologiya, su və məşələr naziri Mirça Feket, Rumıniyanın Prezident Administrasiyasının iqlim və davamlılıq üzrə dövlət müşaviri Aleksandra Bokşe, energetika nazirinin müavini Dan-Dragoş Dragan, Azərbaycanın səfiri Qüdsi Osmanov və Braziliyanın səfiri Rikardo Guerra de Araujo çıxış ediblər. Natiqlər çıxışlarında ətraf mühit böhranları ilə mübarizə,…

Read More
Dünya 

Ermənistan ehtiyatda olan zabitləri orduya çağırır

Qeyri-döyüş itkilərinin qarşısını almaq üçün istefada olan zabitlər Ermənistan ordusuna qaytarılır. Bu barədə erməni mətbuatı xəbər yayıb. Ermənistanda 2024-cü ilin yanvarından bəri silahlı qüvvələrdə 26 hərbçinin öldüyü bildirilib. Bu səbəbdən qeyri-döyüş şəraitində ölənlərin sayını azaltmaq üçün istefada olan zabitlər Ermənistan ordusunda xidmətə qaytarıla bilər. Məlumata görə, Ermənistan hakimiyyət zabitlərin kəskin çatışmazlığını qəbul edib və təcili tədbirlər görülmədən qeyri-döyüş şəraitində artan itkiləri dayandırmağın çətin olacağını başa düşüb. Oktyabrın 22-də hökumət bu problemi müzakirə edib. Parlamentin müdafiə və təhlükəsizlik komissiyasının sədr müavini Armen Xaçatryan “Hərbi xidmət haqqında” qanuna təqaüddə olan zabitlərin pensiyalarını…

Read More
Dünya 

Rusiyanın məşhur yağ brendləri istehsalı dayandırır

Rusiyanın iri kərə yağı istehsalçıları istehsalı azaltmağa və məhsulların pərakəndə satış şəbəkələrinə daşınmasını dayandırmağa başlayıb. ARANTV.AZ  Rusiya KİV-ə istinadən xəbər verir ki, onlar qiymət artımı barədə razılığa da gəliblər. Belə ki, sentyabrın 1-dən kərə yağının tədarükü müvəqqəti dayandırılacağı barədə pərakəndə satış şəbəkələrinə məlumat verən şirkətlər arasında Danone-nin keçmiş bölməsi olan H&N brendi var. Söhbət 72,5 və 82% yağ tərkibli məhsullardan gedir. Bu dinamikaya kərə yağının dünya bazarında bahalaşması, alınan çiy südün aşağı yağlılığı, süd emalı zavodlarının yüksək tələbatı və az miqdarda ehtiyatlar təsir edib. Qeyd olunub ku, “Milkom” kərə yağı…

Read More