Dünya 

Rusiyada uşaqsızlığa görə vergi tətbiq oluna bilər

Rusiyada uşaqsızlığa görə verginin tətbiqi müzakirə olunur. Deputatlar bununla bağlı hələlik konkret qərar açıqlamayıblar. Dövlət Dumasının deputatı Yevgeni Fedorov hesab edir ki, əlavə vergi hələ övladı olmayan rusiyalı gənc ailələri müsbət qərar qəbul etməyə – ən azı bir uşaq sahibi olmağa sövq edəcək. Bununla belə, deputat Yaroslav Nilov hesab edir ki, belə bir tədbir vəziyyəti daha da pisləşdirə bilər. Dövlət Dumasının Ailənin Müdafiəsi, Atalıq, Analıq və Uşaqlıq Məsələləri Komitəsinin rəhbəri Nina Ostanina da verginin tətbiqi ideyasını pisləyib. Onun sözlərinə görə, uşaqsızlığa görə vergi rusiyalılar arasında qorxu və hakimiyyətə inamsızlıq yaradacaq.…

Read More
Dünya 

“Sizin kostyumunuz yerli istehsaldır?” – Putindən qəribə sual

Rusiya prezidenti Vladimir Putin Nijni Novqorod vilayətinin qubernatoru Qleb Nikitinin Rusiya istehsalı olan kostyumunu yüksək qiymətləndirib və rusların yüksək keyfiyyətli yerli məhsullar hazırladığını deyib. Dövlət başçısı öz kabinetində Nijni Novqorod parçasından üzlüyü olan stul sifariş verməyə hazırlaşır. Putin Nijni Novqorod vilayətinin rəhbəri Qleb Nikitinin geyiminin haradan olması ilə də maraqlanıb: “Qleb Sergeeviç, sizin kostyumunuz yerli istehsaldırmı?” Bölgə qubernatoru pencəyin kənarını geri itələyərək əmin edib ki, etiketin olmamasına baxmayaraq, kostyum Rusiyada yerli parçadan tikilib. “Biz çalışmalıyıq ki, bizi əhatə edən, yerli istehsal olanı geyinməkdən və istifadə etməkdən xoşbəxt olaq. Və o,…

Read More
Dünya 

Kişi müəllimdən 5-ci sinif şagirdinə qarşı İYRƏNC HƏRƏKƏT – VİDEO

Rusiyada tarix müəlliminin davranışı müzakirələrə səbəb olub. Videoda o, beşinci sinif şagirdinin ombasına toxunur. Həmin an şagir müəllimə “Bura mənim məktəbimdir, sizin isə iş yerinizdir” deyib. Müəllim isə “Və bu bizim birgə işimizdir” deyə cavab verib. Araşdırmalar zamanı bəlli olub ki, videodakı şəxs Stavropol Stepnoy kənd 1 saylı məktəbin tarix müəllimi Valeri Aleksandroviçdir. O, 30 ildən artıqdır ki, bu məktəbdə çalışır. Valeri Aleksandroviçin özü hərəkətlərində səhv bir şey görmədiyini və şagirdə ata kimi yanaşdığını bildirib. Müəllim artıq işdən çıxarılıb.//News24.az

Read More
Dünya 

NATO ölkələrinin iclası təxirə salındı

Oktyabrın 12-də Almaniyada NATO ölkələrinin liderləri səviyyəsində “Ramşteyn” formatında keçirilməli olan iclas qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə “Azadlıq” radiosunun Ukrayna xidməti NATO-nun mənzil-qərargahındakı mənbələrə istinadən məlumat yayıb. Bundan əvvəl Ağ Evdən bildirilib ki, yaxınlaşan “Milton” qasırğası ilə əlaqədar ABŞ Prezidenti Cozef Baydenin Avropaya səfəri və iclasda iştirakı təxirə salınıb. Bu yaxınlarda Ukrayna Prezidenti Volodimir Zelenski iclasda “qələbə planı”nı təqdim edəcəyini açıqlamışdı.

Read More
Dünya 

2024-cü ildə Avropada səyahət etmək üçün ƏN UCUZ 10 ŞƏHƏR

Dünyada qiymətlərin artması və qeyri-sabit valyuta məzənnələri fonunda turistlər üçün səyahət getdikcə bahalaşır. Buna baxmayaraq, Avropada hələ də aşağı büdcə ilə ziyarət edə biləcəyiniz çox gözəl yerlər var. Turistlərə beynəlxalq qatar biletləri təqdim edən xidmət “Eurail” 2024-cü ildə Avropanın ən ucuz 10 şəhərinin siyahısını hazırlayıb. Reytinqdə bir turistə düşən orta gündəlik xərc 36,49 avro təşkil edən Bolqarıstanın paytaxtı Sofiya başçılıq edir. Bununla belə, şəhər qonaqlara bəzi pulsuz xidmətlər təklif edir – yerli incəsənət qalereyasına pulsuz girişdən məşhur Banya Başı bulaqlarından pulsuz isti mineral suya qədər. Siyahıda ikinci yeri səyahətçilərin gündə…

Read More
Dünya 

Özbəkistanda parlament seçkilərində erkən səsvermənin vaxtı məlum olub

Özbəkistanda parlament seçkilərində erkən səsvermə oktyabrın 16-23-də keçiriləcək. “Report” Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb. “MSK-nın növbəti iclasında seçki günü yaşayış yeri üzrə ola bilməyən seçicilər üçün 2024-cü il oktyabrın 16-23-də erkən səsvermənin təşkili ilə bağlı qərar qəbul edilib”, – məlumatda bildirilib. Seçki məntəqələrində erkən səsvermə iş günləri saat 9.00-dan 18.00-dək, həftə sonları isə saat 11.00-dan 17.00-dək keçiriləcək. Özbəkistanda parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçki kampaniyasına iyulun 26-da start verilib, sentyabrın 22-dən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası keçirilir.

Read More
Dünya 

ABŞ Prezidentinin baş müşaviri Azərbaycana gəlib

ABŞ Prezidenti Cozef Baydenin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podesta Azərbaycanda səfərdədir. “Report” bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin “Facebook” səhifəsindəki paylaşımına istinadən xəbər erir. “Mən COP-dan (PreCOP) əvvəl görüşlər keçirmək və iki ölkə arasında ən mühüm iqlim məsələlərində əməkdaşlığı gücləndirmək üçün Azərbaycana gəlmiş ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə baş müşaviri Con Podestanı ürəkdən salamlayıram”, – paylaşımda ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbinin sözləri sitat gətirilir.

Read More
Dünya 

İsrailin Suriyada əsas hədəfi olan SEPAH generalı kimdir?

İsrail mediası ötən gecə Suriyaya qarşı hava zərbələrində əsas hədəfinin kim olduğunu açıqlayıb. Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə son hücumunun hədəfi SEPAH-ın Qüds qanadının komandan müavini general Məhəmmədrza Fəllahzadə olub. Qeyd olunub ki, hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya edilib, nəticədə dörd nəfər ölüb, 15 nəfər yaralanıb. Azad İran

Read More
Dünya 

Yaraların sağalmasını sürətləndirən tikiş sapları hazırlandı

Çin biokimyaçıları cərrahi əməliyyatdan sonra yaraların sağalmasını sürətləndirən parçalanan tikiş sapları hazırlayıblar. Tədqiqatın nəticələri “Nature Communications” elmi jurnalında dərc edilib. Material insan və ya heyvan orqanizminə daxil edildikdə zəif elektrik sahəsi yaradır. Bu sahə yaranın sağalmasını təxminən 59 % sürətləndirir və əməliyyatdan sonrakı infeksiyaların inkişaf riskini əhəmiyyətli dərəcədə azaldır. Onun hazırlanması zamanı alimlər insan və heyvan bədəninin bütün toxumalarının həyat fəaliyyəti prosesində nisbətən zəif, lakin yaxşı qeydə alınan elektrik sahəsi yaratdığını və bunun insan bədəninin böyüməsi və yaraların sağalması prosesində mühüm rol oynadığını nəzərə alıblar. Son illər həkimlər və bioloqlar…

Read More
Dünya 

Güney Azərbaycanda ZƏLZƏLƏ

Güney Azərbaycanda zəlzələ baş verdi. “Tasnim News” xəbər verir ki, bu gün səhər saatlarında Mərkəzi və Qəzvin əyalətlərinin sərhədində 4,1 bal gücündə zəlzələ olub. Məlumata görə, Qəzvin əyalətinin Danesfehan şəhərində baş verən zəlzələ 12 kilometr dərinlikdə qeydə alınıb. Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması bəlli deyil./ Azad İran

Read More