Dünya 

İsrailin Suriyada əsas hədəfi olan SEPAH generalı kimdir?

İsrail mediası ötən gecə Suriyaya qarşı hava zərbələrində əsas hədəfinin kim olduğunu açıqlayıb.

Məlumata görə, İsrail Hərbi Hava Qüvvələrinin Dəməşqə son hücumunun hədəfi SEPAH-ın Qüds qanadının komandan müavini general Məhəmmədrza Fəllahzadə olub.

Qeyd olunub ki, hücum İranın Dəməşqdəki səfirliyinin yaxınlığındakı binaya edilib, nəticədə dörd nəfər ölüb, 15 nəfər yaralanıb. Azad İran

Daha çox xəbərlər