Dünya 

TƏCİLİ! COVID-in yeni versiyası dünyada sürətlə yayılır

COVID-in yeni versiyası dünyada sürətlə yayılır. Bu barədə Türkiyə KİV-i məlumat yayıb. Bildirilib ki, COVID XEC mutasiyasına ilk dəfə bu ilin iyun ayında Almaniyanın paytaxtı Berlin şəhərində rast gəlinib. Mütəxəssislər havaların soyuması ilə bu versiyanın daha təhlükəli olacağını proqnozlaşdırırlar. Məlumata görə, COVID-ə yoluxanların 10 faizində yeni mutasiyaya rast gəlinir. Xüsusilə Danimarka, Almaniya, Böyük Britaniya və Niderlandda COVID XEC sürətlə yayılır. Həkimlər qeyd edirlər ki, yeni mutasiyanın əsas əlamətləri yüksək temperatur, öskürmə, dadbilmə və qoxu qabiliyyətinin itməsi, yorğunluqdur. Vurğulanıb ki, mövcud vaksinlər yeni mutasiyaya qarşı da keçərlidir.//Report

Read More
Dünya 

Əhalini çox çətin gecə gözləyir – DİQQƏT!

“Daşqın səbəbindən Polşada təbii fəlakət rejiminin tətbiqinə hazırlıq gedir”. Bunu Polşanın Baş naziri Donald Tusk öz “X” hesabında yazıb. O qeyd edib ki, rejimin tətbiqi ilə bağlı Nazirlər Şurasının qərarının hazırlanması barədə qərar aidiyyəti nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra verilib. Sentyabrın 15-də Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət orqanlarının “Boris” qasırğası səbəbindən bəndləri gücləndirmək üçün tədbirlər gördüyü bildirilib . Bəzi yaşayış məntəqələri işıqsız qalıb. Həmçinin, Çexiyada baş verən daşqınlar səbəbindən Moraviya-Sileziya bölgəsində dəmir yolu hərəkəti demək olar ki, tamamilə iflic olub. Daşqın səbəbindən Praqadan qatarlar indi Ostravadan xeyli cənubda yerləşən Olomouca…

Read More
Dünya 

Bu ölkədə güclü zəlzələ oldu

İndoneziyada 5,5 maqnitudalı zəlzələ qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Qeyd olunur ki, zəlzələnin episentri 172 min insanın yaşadığı Bontanq şəhərindən (Kalimantan adası) 101 km şimal-şərqdə, ocağı 11 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.//Report

Read More
Dünya 

Türkiyə XİN Bakının işğaldan azad edilməsinin ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib

Türkiyənin Xarici İşlər Nazirliyi Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü ilə əlaqədar Azərbaycanı təbrik edib. “Report” xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin sosial şəbəkədəki paylaşımında qeyd olunub: “Can Azərbaycanın gözəl paytaxtı Bakının işğaldan azad edilməsinin 106-cı ildönümü münasibətilə azərbaycanlı qardaşlarımzı təbrik edirik. Müstəqillik uğrunda həyatını fəda edən bütün şəhidlərimizi hörmət və ehtiramla yad edirik”.

Read More
Dünya 

Ermənistan və Fransa XİN başçıları gələn həftə danışıqlar aparacaqlar

Sentyabrın 16-da Ermənistan və Fransa xarici işlər nazirləri arasında danışıqlar aparılacaq. “Report” Ermənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat katibi Ani Badalyan məlumat verib. O, Fransa xarici işlər naziri Stefan Sejurnenin sentyabrın 15-16-da Ermənistana səfər edəcəyini təsdiqləyib. “Sentyabrın 16-da Ermənistan XİN-də hər iki ölkənin xarici işlər nazirləri Ararat Mirzoyan və Stefan Sejurnenin rəsmi görüşü, daha sonra isə birgə mətbuat konfransı keçiriləcək”, – o qeyd edib.

Read More
Dünya 

KİV: Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub

Zəngəzur dəhlizi məsələsi İranla Rusiyanı qarşı-qarşıya qoyub. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i yazıb. Bildirilib ki, İran Zəngəzur dəhlizinin açılmasına qarşıdır: “Rəsmi Tehran düşünür ki, Zəngəzur dəhlizinin açılması ilə Türkiyə və Azərbaycanın regiondakı nüfuzu daha da güclənəcək. İran bunu təhdid kimi qəbul edir. İran bunun regionda, xüsusilə Cənubi Azərbaycanda milli kimlik hissini artıracağından narahatdır. Başqa bir məsələ isə İranın regional mənada geosiyasi nüfuzunun azalması ilə bağlıdır. Həmçinin Türkiyə ilə Mərkəzi Asiyadakı türk dövlətləri arasındakı əlaqədə İran faktoru indiki kimi təsirli olmayacaq. Növbəti məqam İranın Ermənistanla sərhəddəki nəzarət imkanlarının…

Read More
Dünya 

Dövlət Departamenti: Blinken Azərbaycanla Ermənistan arasında danışıqlardakı irəliləyişi alqışlayır

ABŞ Azərbaycan və Ermənistanın münasibətlərin normallaşdırılması ilə bağlı danışıqlarda əldə etdiyi irəliləyişi alqışlayır, xüsusilə sərhədlərin delimitasiyasının tənzimlənməsi haqqında Əsasnaməyə dair razılaşmaları qeyd edir. “Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Antoni Blinkenlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında bu yaxınlarda baş tutmuş telefon danışığını şərh edən Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Millerin yazılı açıqlamasında bildirilib. M.Miller vurğulayıb ki, A.Blinken N.Paşinyanla söhbətində Cənubi Qafqazda davamlı və layiqli sülhün bərqərar olmasının vacibliyini təsdiqləyib. Xatırladaq ki, daha əvvəl Ermənistan hökumətinin yaydığı məlumata görə, A.Blinken və N.Paşinyan ikitərəfli gündəliyi və Ermənistan-Azərbaycan…

Read More
Dünya 

Demokratiyaya 250 milyon ayıran antidemokrat– ABŞ-nin burnu bu dəfə də Ermənistanda

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) Ermənistana beş illik yardım paketini iki dəfədən çox artıraraq, 120 milyon dollardan 250 milyon dollara çatdırıb. Məlumata görə, vəsaitlər guya demokratik proseslər, regional əməkdaşlıq, fəlakət risklərinin idarə edilməsi, kibertəhlükəsizlik, ərzaq və enerji təhlükəsizliyi və s. kimi sahələrə yönəldiləcək. Təbii ki, qeyd olunanlar sadəcə aysberqin görünən tərəfidir.  USAİD-in maliyyə dəstəyi, əslində, Qərbin qonşu ölkəyə irimiqyaslı dəstəyinin bir hissəsidir və bu riyakar planın əsası bu ilin aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan üçtərəfli görüşündə qoyulub. Qeyri-şəffaf, qeyri-inklüziv xarakter daşıyan bu görüş Azərbaycanın haqlı iradlarına baxmayaraq, təxirə…

Read More
Dünya 

Ərdoğan: Bəzi gənclər ölkədə türk və İslam düşmənçiliyi yayır

Bəziləri Türkiyədə irqçilik adı ilə türkofobiya, islamofobiyanı yayırlar. “Report” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Marmara universitetinin yeni binalarının açılışında çıxışı zamanı deyib. O, bildirib ki, belə hərəkətlər türklərə düşmən olanların dəyirmanına su tökməkdir. R.T.Ərdoğan gəncləri diqqətli olmağa, həmin tələlərə düşməməyə çağırıb.

Read More