Əhalini çox çətin gecə gözləyir – DİQQƏT!
“Daşqın səbəbindən Polşada təbii fəlakət rejiminin tətbiqinə hazırlıq gedir”.
Bunu Polşanın Baş naziri Donald Tusk öz “X” hesabında yazıb.
O qeyd edib ki, rejimin tətbiqi ilə bağlı Nazirlər Şurasının qərarının hazırlanması barədə qərar aidiyyəti nazirlər və xidmətlərlə məsləhətləşmələrdən sonra verilib.
Sentyabrın 15-də Avropanın müxtəlif şəhərlərində yerli hakimiyyət orqanlarının “Boris” qasırğası səbəbindən bəndləri gücləndirmək üçün tədbirlər gördüyü bildirilib . Bəzi yaşayış məntəqələri işıqsız qalıb.
Həmçinin, Çexiyada baş verən daşqınlar səbəbindən Moraviya-Sileziya bölgəsində dəmir yolu hərəkəti demək olar ki, tamamilə iflic olub.
Daşqın səbəbindən Praqadan qatarlar indi Ostravadan xeyli cənubda yerləşən Olomouca gedir. Polşadan gələn qatarlar Ostravanın şimalında yerləşən Bohumin şəhərində dayanır.
Polşanın cənubunda da güclü yağışlardan sonra baş verən daşqınlar səbəbindən hava şəraiti çətinləşib.
RMF FM-nin məlumatına görə, ölkənin bəzi rayonlarında ən yüksək (üçüncü) dərəcə intensiv yağış yağacağına dair xəbərdarlıq var. Ekspertlərin fikrincə, sakinləri “çox çətin gecə” gözləyir./Publika.az