Dünya 

Rəsmi Moskva: Ermənistan üçün Rusiyadan yaxşı sabitlik təminatçısı yoxdur

Fransa Prezidenti Emmanuel Makronun səfəri “qərblilərin regionda destruktiv fəaliyyəti” paradiqmasında qurulacaq. “Report” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə “News.ru”nun sualını cavablandırarkən deyib. O, həmçinin qeyd edib ki, Ermənistanın qayıtması üçün KTMT-nin qapıları həmişə açıqdır. “Təşkilat respublika ilə tam əməkdaşlığa açıqdır. Bu ölkə üçün sabitliyin təminatçıları kimi KTMT və Rusiyanın alternativi yoxdur”, – XİN rəsmisi vurğulayıb. M.Zaxarova qeyd edib ki, Ermənistan-Rusiya əməkdaşlığı əsrlərin sınağından keçib. “Yeri gəlmişkən, bu əməkdaşlıq Ermənistanın tarixində əks olunub və hər hansı saxta dərsliklər nəşr edilsə belə, onu yenidən…

Read More
Dünya 

Ukrayna Ali Radası Roma Statutunu ratifikasiya edib

Ukrayna Ali Radası Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) Roma Statutunu ratifikasiya edib. “Report” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı “Avropa həmrəyliyi” fraksiyasının üzvü Aleksey Qonçarenkoya istinadən məlumat yayıb. Onun sözlərinə görə, Ali Radanın bu gün keçirilən plenar iclasında 281 deputat müvafiq qanun layihəsinin lehinə səs verib. Qanun layihəsinə verilən izahat qeydində bildirilib ki, Roma Statutunun ratifikasiyası Ukraynaya Beynəlxalq Cinayət Məhkəməsinin tamhüquqlu üzvü olmağa imkan verəcək. Roma Statutu qüvvəyə mindikdən sonra Ukrayna Statutun iştirakçısı olan dövlətlərin Assambleyasının işində iştirak edəcək, eləcə də BCM-in hakim və prokurorlarının seçilməsi üçün namizədliklər təqdim edə…

Read More
Dünya 

Hakan Fidan Blinkenlə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ-nin dövlət katibi Antoni Blinken arasında telefon danışığı olub. “Report” xəbər verir ki, bu barədə Türkiyə XİN sözçüsü Öncü Keçeli məlumat verib. O bildirib ki, qarşı tərəfin təşəbbüsü əsasında baş tutan telefon danışığı zamanı HƏMAS ilə İsrail arasında atəşkəs danışıqlarındakı son vəziyyət və bölgədəki vəziyyət müzakirə edilib.

Read More
Dünya 

Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı qeydə alınıb

Ermənistanda Qərbi Nil qızdırması virusuna 58 yoluxma halı qeydə alınıb. “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzinin direktoru Stepan Atoyan deyib. Onun sözlərinə görə, hazırda 41 nəfər xəstəxanaya yerləşdirilib: “Onlardan 4-nün vəziyyəti ağır, qalanlarının vəziyyəti isə orta-ağırdır. Hazırda vəziyyəti çox ağır olan xəstələr yoxdur”.

Read More
Dünya 

İranda AĞIR QƏZA – 35 zəvvar öldü

İranın Yəzd əyalətində pakistanlı zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, daha 15 nəfər yaralanıb. Bu barədə “Radio Pakistan” məlumat yayıb. Məlumata görə, hadisə avqustun 20-də axşam saatlarında baş verib. Avtobus Pakistandan İraqa gedirmiş. Qəzaya səbəb kimi əyləc sisteminin texniki nasazlığı göstərilib. Pakistan Prezidenti Asif Əli Zərdari həlak olanlarla bağlı başsağlığı verib. O, Xarici İşlər Nazirliyinə həlak olanların meyitlərinin vətənlərinə çatdırılması ilə bağlı tapşırıqlar verib.//Report

Read More
Dünya 

HƏMAS-ın 40 üzvü öldürüldü

İsrail hərbçiləri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərinin qərbindəki Tell-əs-Sultan bölgəsində döyüşlər zamanı 40 silahlı radikalı məhv ediblər. ARANTV.AZ  TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. Əməliyyat zamanı qumbaraatanla silahlanmış terrorçular da öldürülüb. “Bundan başqa, son 24 saat ərzində İsrail müdafiə ordusu tərəfindən Xan Yunis ərazisində çoxlu sayda terrorçu öldürülüb və bir çox infrastruktur obyektləri dağıdılıb”, – məlumatda bildirilib.

Read More
Dünya 

ÜST meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyi ilə bağlı insanları vaksinasiyaya çağırıb. “Report” “NTV Haber”ə istinadən xəbər verir ki, bu barədə qurumun sözçüsü Marqarit Harrisi danışıb. O bildirib ki, suçiçəyi xəstəliyinə qarşı vaksin meymunçiçəyi üçün də keçərlidir: “Çünki sözügedən xəstəliyin yayılmasının qarşısının alınması COVİD-19-a nisbətən daha asandır. Meymunçiçəyinin iki növü var: “Klad-1” və “Klad-2”: “Biz “Klad-1”in yayılmasından narahatıq. Çünki çox sürətlə yayılır. Xüsusilə uşaqlar arasında ölüm halları çoxdur”. ÜST rəsmisi vurğulayıb ki, əsas narahatlıq xəstəliyin çox sürətlə yayılması ilə bağlıdır: “Hələ ki qapanmalara ehtiyac yoxdur. Amma meymunçiçəyinin bütün dünyaya yayılmasını və…

Read More
Dünya 

Çində faizlər dəyişmədi

Çin Xalq Bankı bir illik kreditlər üzrə əsas faiz dərəcəsini (LPR) illik 3,35 faiz səviyyəsində saxlayıb. ARANTV.AZ xəbər verir ki, Bank beş illik kreditlər üzrə faiz dərəcəsini də 3,85 faiz səviyyəsindən dəyişməyib. “Trading Economics”in xəbərinə görə, analitiklər də onların dəyişəcəyini gözləmirdilər. Hər iki faiz dərəcəsi rekord aşağı səviyyədədir. Çin Xalq Bankı sonuncu dəfə iyul ayında onları gözlənilmədən 10 baza bəndi aşağı salaraq dəyişib. LPR 2019-cu ilin avqustunda Çin Mərkəzi Bankı faiz dərəcəsi islahatını həyata keçirdikdən sonra meyar olub. 2020-ci ildən başlayaraq ÇMB banklardan yeni kreditlər üzrə dərəcələri müəyyən edərkən xüsusi…

Read More
Dünya 

Putin Bakını regionun vahəsi adlandırıb

Bakı fəal şəkildə inkişaf edərək Cənubi Qafqaz regionunda vahəyə çevrilir. “Report” xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib. “Bakıda olmaqdan çox məmnunam”, – o bildirib. Putin qeyd edib ki, Azərbaycan Prezidenti Bakının inkişafına böyük diqqət yetirir. “Bu, göz önündədir. Şəhər uğurla inkişaf edir, deyərdim ki, regionda bu cür vahəyə çevrilir. Biz Bakını sevirik – gözəl şəhərdir! Ən əsası isə Azərbaycanın bir çox digər yaşayış məntəqələri kimi intensiv inkişaf edir”, – Putin əlavə edib.

Read More
Dünya 

İƏT donorlar konfransı keçirəcək

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) oktyabrın 26-da Sahel və Çad gölü bölgələrində qaçqın və köçkünlərə kömək məqsədilə resursların səfərbər edilməsi üçün donorlar konfransı keçirəcək. “Report” xəbər verir ki, bu barədə qurumun Baş katibliyinin 19 avqust – Ümumdünya Humanitar Günü ilə bağlı yaydığı bəyanatda bildirilib. Baş katiblik regional humanitar problemlərin həllinə dəstək məqsədilə hər kəsi bu kollektiv səyə qoşulmağa çağırıb.

Read More