Dünya 

ABŞ ordusu Yəmənə zərbələr endirib

ABŞ ordusu Yəmənə husilərə məxsus pilotsuz uçuş aparatını hədəfə alaraq zərbə endirib. “Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” səhifəsində məlumat yayıb. “CENTCOM qüvvələri Yəməndə husilərin nəzarətində olan ərazidə PUA-nı uğurla məhv edib”, – məlumatda deyilir. Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.

Read More
Dünya 

Qəzzada xəstəxanalar yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır

Qəzza zolağının şimalındakı əsas xəstəxanalardan biri elektrik generatorları üçün yanacaq çatışmazlığı səbəbilə fəaliyyətini dayandırır. APA xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı tibb müəssisəsinin nümayəndəsinə istinadən məlumat yayıb. Əl-Avda xəstəxanasının direktoru Məhəmməd Salehin sözlərinə görə, tibb müəssisəsi elektrik generatorları üçün yanacaq almasa, 24 saat ərzində fəaliyyətini dayandıracaq. “Bütün əməliyyatlar, ümumilikdə 56 əməliyyat təxirə salınıb. Yanacaq tezliklə verilməsə, xəstələrdə qanqren və iltihab yaranacaq. Nəticədə ya əzalarını kəsəcəklər, ya da öləcəklər. Qeysəriyyə əməliyyatı da risk altında olan bölmələrdəndir”, – deyə o bildirib. Bundan əlavə, telekanal Qəzzanın şimalında yerləşən Kamal Advan xəstəxanasında…

Read More
Dünya 

İran və Ermənistan mədəni əlaqələri genişləndirir

İsfahan şəhərinin başçısı Əli Qasemazadə Qafan şəhərinin bələdiyyə başçısına “Qafan” günü münasibətilə təbrik ünvanlayıb. İran Ermənistanın Sünik (Zəngəzur) vilayətinin mərkəzi olan Qafan şəhərində konsulluğun yaradılması barədə qərar qəbul etdikdən sonra qərara alınıb ki, İranın baş konsulluğu ilə Sünik vilayəti arasında əlaqə mərkəzi İsfahanda olsun. İranın cənubunda və İsfahanda Erməni Yeparxiyasının yerləşdiyi ərazidə 5 min erməni yaşadığı üçün Qafan bələdiyyəsinin rəhbəri İsfahana səfərində birgə tədbir keçirilib və hər il Qafanda İsfahan həftəsi keçirilməsi nəzərdə tutulub. İafahan və Qafan şəhərləri arasındakı əlaqələr İsfahanın ermənilər yaşayan 5 saylı yaşayış massivinin rəhbəri tərəfindən koordinasiya…

Read More
Dünya 

Solçular Makronu istefaya göndərə bilər

Fransanın solçu “İtaətsiz Fransa” partiyasının rəhbərliyi solçu Yeni Xalq Cəbhəsi alyansının namizədi Lyüsi Kasten baş nazir postuna təyin edilməsə, Milli Assambleyanın (parlamentin aşağı palatası) Bürosuna ölkə prezidenti Emmanuel Makronun vəzifəsindən kənarlaşdırılması təklifini təqdim etmək niyyətindədir. Bu barədə “İtaətsiz Fransa” alyansının qurucusu Jan-Lyük Melanşon və onun ən yaxın silahdaşları həftəlik “La Tribune Dimanche” üçün məqalələrində yazıblar. Qeyd olunub ki, ölkə konstitusiyasının 68-ci maddəsi prezidentin vəzifədən kənarlaşdırılması şərtlərini müəyyən edir: “Bu, qanunda göstərildiyi kimi, onun öz vəzifələrini yerinə yetirməməsi, mandatına uyğunsuzluğun aşkar əlamətləri olan halda baş verə bilər”. Partiya nümayəndələri hesab edirlər…

Read More
Dünya 

Lukaşenko postunu tərk etməyə hazırlaşır

Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə sakinlərini onun gələcək dövlət başçısı postundan getməsinə hazırlayır. Bu barədə Belarus lideri “Rossiya” telekanalına müsahibəsində danışıb. “Mən insanları prezidentlikdən getməyə hazırlayıram, heç bir məyusluq və uğursuzluq olmasını istəmirəm. Biz bu yaxınlarda dəyişikliklər edərək Belarus konstitusiyasını yenidən yaratdıq. Amma biz dəyişiklik istəmirik, çünki bir növ inqilab olsun. Mən inqilabi deyil, təkamül dəyişikliklərinin tərəfdarıyam. Və bu illər ərzində indi gördüyünüzü qurmaq üçün çox şey etdik. Bəzilərinin xoşuna gəlir, bəzilərinin xoşuna gəlmir, amma ümumiyyətlə insanlar özlərini rahat hiss edirlər”, – deyə o bildirib.//Report

Read More
Dünya 

Qəzzada ölənlərin sayı AÇIQLANDI

Qəzzada son sutkada 25 fələstinli ölüb, 73 nəfər yaralanıb. Bu barədə Qəzzadakı səhiyyə qurumu məlumat yayıb. Son sutkada İsrailin hücumları nəticəsində 32 nəfər ölüb. Beləliklə, indiyə qədər Qəzza zolağında ölənlərin sayı 40 099 nəfərə, yaralananların sayı 92 609 nəfərə çatıb. Xatırladaq ki, ötən ilin oktyabrın 7-də HAMAS gözlənilmədən İsrailin cənubuna hücum edib. Hücum nəticəsində 1 110-dən çox israilli qətlə yetirilib. Buna cavab olaraq İsrail Qəzza zolağında havadan və qurudan hərbi əməliyyatlara başlayıb.//APA

Read More
Dünya 

İngilis və fransızların əyləncəsi: Morqa gedirlər, mumiya oğurlayır və yanan çəlləyi daşıyırlar

Zövqlər və maraqları müzakirə etmək düzgün hesab olunmur. Amma bəzən bu maraqlar, hobbilər cəmiyyətdə həm həyat, həm etik normalar üçün təhlükə saçır. Texnologiyanın sürətli inkişafı insanların maraqlarına təsir edir, eyni zamanda onları eyniləşdirir. İndi demək olar ki, hər kəsin arzuları, zövqləri müasir texnologiyaya uyğunlaşıb. Bəs texnologiyanın yox sayıldığı zamanlarda insanlar necə əylənirdilər? Başlarını nə ilə qatırdılar? Budəfəki məqaləmiz tarixin müəyyən dövrlərində müxtəlif cəmiyyətlərdə insanların qəribə maraq və zövqlərinə həsr olunub. 1800-cü illərin əvvəllərində Paris əhalisinin demək olar ki, yeganə “əyləncə məkanı” morqlar idi. Müstəmləkələrin amansız istismarı alovlanmadan öncə morq ekskursiyaları…

Read More
Dünya 

Qəzzanın yarıdan çoxu xarabalığa çevrilib, İsraillə HƏMAS kritik danışıqlar aparır…

Dohada gedən atəşkəs müzakirələrində irəliləyiş gözlənilir; bu danışıqlar kimlərə sərf etmir – analitiklərin rəyi Qəzzada atəşkəsin elan edilməsi ilə bağlı Qətərdə danışıqlar baş tutub. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Dohada keçirilən görüşdə Qətər, ABŞ, Misir və İsrail nümayəndələri iştirak ediblər. Maraqlıdır ki, ABŞ mediası qızışdırıcı mövqeli yazılarla çıxış edir. “İsrail Qəzza zolağında HƏMAS-a qarşı hərbi cəhətdən əlindən gələn hər şeyi edib və qruplaşma ötən ilin oktyabrın 7-dəki miqyasında hərəkat planlaşdırmaq və ya həyata keçirmək iqtidarında deyil”. Bu barədə The New York Times məlumat yayıb. Eyni zamanda, nəşrin mənbələri…

Read More
Dünya 

Fələstinli müharibə qurbanlarının sayını kim və necə hesablayır?

Fələstin səhiyyə orqanlarının məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi quru və hava əməliyyatları nəticəsində əksəriyyəti mülkilər olan 40 min nəfər həlak olub və anklavın 2.3 milyonluq əhalisinin çoxu evlərindən didərgin düşüb. İsrailin sözü gedən əməliyyatları ötən ilin 7 oktyabrında, ABŞ və Aİ-nin terrorçu saydığı HƏMAS radikal silahlıları sərhəd üzərindən İsrail icmalarına basqın edəndən sonra başlanıb. Bu hücumda əksəriyyəti mülkilər olan 1200 israilli və əcnəbinin həlak olduğu, 253 nəfərin isə girov götürülərək Qəzzaya aparıldığı bildirilir. Səhiyyə Nazirliyinin avqustun 15-ə olan rəsmi rəqəmlərinə görə, 40,005 fələstinli ölüb, daha 92,401 nəfər yaralanıb. Bəs…

Read More
Dünya 

SON DƏQİQƏ! Türkiyədə bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb

Türkiyənin Sakarya şəhərində bir nəfər meymunçiçəyi xəstəliyinə yoluxma şübhəsi ilə karantinə alınıb. “Report” xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb. Xəstəxanaya yerləşdirilən həmin şəxsdə virusun bəzi əlamətləri aşkarlanıb. Yanına kimsə buraxılmır. Xatırladaq ki, bundan əvvəl Pakistanda da meymunçiçəyinə yoluxma halı qeydə alınmışdı. Qeyd edək ki, Afrika İttifaqının Səhiyyə Xidməti mpox (meymunçiçəyi) virusunun yayılması ilə əlaqədar qitədə sağlamlıqla bağlı fövqəladə vəziyyət elan edib. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) meymunçiçəyi xəstəliyinin yayılmasını fövqəladə hal adlandırıb. ÜST-ün son məlumatlarına görə, dünyada meymunçiçəyi xəstəliyinə 77 264 yoluxma, 36 ölüm qeydə alınıb. Bunu 109…

Read More